SOSİAL
A- A A+

“Qan yaddaşımız 20 Yanvar tələbələrin gözü ilə”

2016-01-14 09:40:11

Naxçıvan Dövlət Universitetində (NDU) 20 Yanvar hadisələrinin 26-cı ildönümünə həsr olunmuş “Qan yaddaşımız 20 Yanvar tələbələrin gözü ilə” adlı rəsm sərgisi keçirilib

NDU-nun mətbuat şöbəsindən bildirilib ki, sərginin açılış mərasimində ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizədən danışıb.

Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusunun Azərbaycana qarşı hərbi əməliyyatları nəticəsində dinc əhali vəhşicəsinə öldürülüb. Bu hadisə sovet ordusunun erməni quldur dəstələri ilə birlikdə Azərbaycan xalqına qarşı terror aktı idi. Həmin faciəli günlərdə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar. Bu faciə hər il Azərbaycan xalqı tərəfindən ehtiramla yad edilir.

Saleh Məhərrəmov diqqətə çatdırıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib.

Təsviri-incəsənət kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq Rəssamı Hüseynqulu Əliyev sərgidə Qanlı Yanvar hadisələri ilə bağlı tələbə rəssamların və onların müəllimlərinin 25-dən artıq rəsm əsərlərinin nümayiş etdirildiyini qeyd edib. O, müəllimlərdən Ləman Məmmədovanın çəkdiyi və sərgidə nümayiş olunan “Azərbaycan göz bəbəyim” adlı yeni rəsm əsərinin öz orijinallığı ilə seçildiyini xüsusi vurğulayıb.(AZƏRTAC)

Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. 

Sərgidə universitetin tələbələri Fəridə Əhmədovanın “Kompozisiya”, “Əriyən şamlar”, Çimnaz Gözəlovanın “Şəhid anası", Tünzalə Orucovanın “Şəhid”, Araz Yusifovun “Soyqırımı”, Turanə Hüseynovanın “Alov bina” və digər əsərlər nümayiş etdirilib.


Kateqoriya : SOSİAL Baxış sayı : 2541

QHT və MEDİA

2019-12-09 11:00:11

QHT və MEDİA
“Çingiz dastanı” Horadizdə təqdim edili...
“Çingiz dastanı” Horadizdə təqdim edili...

Müdafiə Nazirliyinin dəstəyi ilə cəbhəyanı bölgəyə səfər edən Bakı Bələdiyyə ...

2019-12-06 09:20:55

QHT və MEDİA
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...
Əcnəbi KİV-ləri Azərbaycanda həyata keçi...

Ukrayna və Belarusun qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin f...

CƏMİYYƏT

2019-12-04 10:50:22

CƏMİYYƏT
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...
Elxan Ələsgərov: Erməni nazir Rusiyaya q...

Yerevanda İordaniyanın xarici işlər və miqrantlarla iş üzrə naziri Ayman Safa...

2019-12-02 12:05:29

CƏMİYYƏT
Klassik irsimizin zirvəsi
Klassik irsimizin zirvəsi

Əsərləri klassik Azərbaycan poeziyasının incilərindən sayılan Mirzə Şəfi Vaze...

İQTİSADİ

2019-12-08 09:30:36

İQTİSADİ
“Abşeron” yatağı Azərbaycanın daxili təl...
“Abşeron” yatağı Azərbaycanın daxili təl...

Dekabrın 6-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın TOTAL şirkəti...

2019-12-02 09:45:15

İQTİSADİ
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...
Ukrayna Analitik Mərkəzinin rəhbəri: TAN...

Bu gün dünyada aktual olan məsələlərdən biri enerji təhlükəsizliyidir. Bu bax...