2021-01-07 09:05:31 | MƏDƏNİYYƏT
“Qarabağ Azərbaycandır!” ssenari müsabiqəsi elan olunub

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Qarabağ Azərbaycandır!” devizi ilə ssenari müsabiqəsi elan edib.

İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib ki, müsabiqənin məqsədi təqdim olunan ssenarilərdə Azərbaycan Ordusunun vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq mübarizəsini, gənclərimizin hərbi-vətənpərvərlik ruhunun daha da yüksəldilməsi ilə bağlı həyata keçirilən ideoloji-siyasi tədbirlərin səmərəliliyinin artırılması, arxa cəbhədə çalışan, Ordumuzun qarşısında duran vəzifələrin reallaşdırılmasına hərtərəfli dəstək göstərən sadə, fədakar Azərbaycan vətəndaşlarının fəaliyyətini bütün parametrləri, əlvanlığı və obyektivliyi ilə əks etdirməkdir.

Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər. Müsabiqəyə bədii, sənədli, qısametrajlı film və animasiya filmləri ssenariləri qəbul olunur. Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır. Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim edilməlidir. Hər bir müəllif bir ssenaridən artıq təqdim edə bilməz. Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər fevralın 1-dən aprelin 30-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti məxfi seçim nəticəsində dörd ssenarini qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Belə ki, Ən yaxşı bədii film ssenarisinə 5 min, Ən yaxşı sənədli film ssenarisinə 3 min 500, Ən yaxşı qısametrajlı film ssenarisinə 3 min, Ən yaxşı animasiya film ssenarisinə 2 min manat pul mükafatı təqdim olunacaq.

Baxış sayı : 72
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22