2021-01-06 08:40:31 | SİYASƏT
Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqaləsində Ermənistanın məğlubiyyətinin səbəblərindən bəhs edir

Ermənistanın baş naziri Nikol Paşinyan “44 günlük müharibənin kökləri” adlı məqalə yazıb və həmin məqalə onun rəsmi saytında yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan diplomatiyasının, hərbisinin məğlubiyyətinin səbəbləri, ölkəni hazırkı acınacaqlı vəziyyətə gətirən yol barədə söhbət açılır. Paşinyan mövcud vəziyyətin əsas səbəbkarlarının Köçəryan-Sarkisyan cütlüyü olduğunu bildirir. O, eyni zamanda, uzun illər danışıqların imitasiya xatirinə aparıldığını da etiraf edir.

Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın məqsədyönlü diplomatiya həyata keçirdiyi və faktiki olaraq Ermənistanı və onun tərəfdarlarını mürəkkəb vəziyyətə saldığı etiraf olunur. Baş nazir etiraf edir ki, Azərbaycan Prezidenti bütün danışıqlarda qətiyyətli, prinsipial mövqe nümayiş etdirib və mövqeyini getdikcə daha da möhkəmləndirib.

Paşinyan bildirir ki, Azərbaycan bölgədəki prosesləri diqqətlə izlədi və geosiyasi şəraitdən öz mənafeyi üçün maksimum dərəcədə faydalanmağı bacardı.

Özündən əvvəl hakimiyyətdə olanları ittiham edən Paşinyan yazır ki, atəşkəsin qüvvəyə mindiyi 1994-cü ilin mayından bəri aparılan bütün danışıqlar prosesində Ermənistan bir dəfə də olsun uğur qazana bilməyib. Hələ 1996-cı ildə keçirilmiş Lissabon sammitində Heydər Əliyev Ermənistanı çıxılmaz vəziyyətə saldı. Bu sammit Ermənistanın dünyada tək qalmasının əyani nümunəsidir.

Aprel döyüşlərində də uğursuzluğun olduğunu etiraf edən Paşinyan qeyd edir ki, Dağlıq Qarabağdakı qondarma qurumu danışıq tərəflərindən birinə çevirmək üçün çox cəhdlər etsə də, hər şey üçün artıq gec idi.

Məqalədə ötən ilin iyul ayında Ermənistanın törətdiyi təxribatdan söz açan baş nazir “iyul döyüşləri”nin guya Ermənistanın xeyrinə olduğunu iddia edir və bundan ürəkləndiklərini bildirir: “Lakin həmin vaxt Azərbaycanın güc və imkanlarını düzgün hesablamadıq”.

Sentyabrda müharibəyə tək başlamadığını bildirən Paşinyan müharibə qərarının Ermənistan hakimiyyətində geniş müzakirə edildiyini, kollektiv şəkildə verildiyini qeyd edir.

Bu məqalə Ermənistanın bütün cəbhələrdə məğlubiyyətinin daxili auditoriyaya etirafı və izahı kimi də qiymətləndirilə bilər. Ancaq Paşinyan bu amillərin gələcəyə realist baxışda nəzərə alınmasını istəməklə bir növ öz cəmiyyətini nəticələrlə, Azərbaycanın və onun liderinin yaratdığı vəziyyətlə barışmağa çağırır.

Baxış sayı : 149
Qubadlı rayonunun Əfəndilər kəndi - VİDEO 2021-02-27 11:40:59 ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamının 29-cu ildönümünə həsr edilmiş tədbirlər keçirilib 2021-02-27 09:25:36 Elm Tarixi İnstitutu Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirib 2021-02-27 08:15:31 "Özünü qondarma "DQR"ın rəhbəri elan etmiş şəxsin məsuliyyətə cəlb olunmasına nail olacağıq" 2021-02-27 07:25:14 ABŞ mətbuatı Xocalı həqiqətlərindən yazdı 2021-02-27 07:20:08 Hikmət Hacıyev: “Ədalət barışığın vacib bir hissəsidir!” 2021-02-26 15:25:59 “Ermənistan növbəti dəfə tarixi şansı itirə bilər” 2021-02-26 15:15:51 Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsini ziyarət edib 2021-02-26 10:30:24 İtaliyalı jurnalist: "Xocalı faciəsinin səbəbkarları cəzalandırılmalıdır" 2021-02-26 09:55:13 Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı kimi faciələr unudula bilməz 2021-02-26 09:00:29 Ermənistan Qarabağa 30 il ərzində 340 milyon dollar dəyərində mina basdırıb 2021-02-26 08:45:33 Xocalı soyqırımından 29 il ötür 2021-02-26 08:35:15 Azay Quliyev ATƏT PA-da Xocalı canilərinin cəzalandırılmasını tələb etdi 2021-02-25 19:15:32 Prezident İlham Əliyev: Göstərdik ki, müzəffər xalq Azərbaycan xalqıdır 2021-02-25 19:00:19 Ermənilərin talan etdiyi Qubadlının Yusifbəyli kəndi - VİDEO 2021-02-25 11:05:50 Hərbi təyinatı olmayan Azərbaycan torpaqlarının minalanmasına təsadüfi əməl kimi baxılmamalıdır - Politoloq 2021-02-25 09:35:08 Xocalını xatırlayarkən 2021-02-25 09:10:31 Xarici işlər nazirləri üçtərəfli görüşə dair birgə bəyanat qəbul etdilər 2021-02-25 09:00:39 “Ermənistanın müharibə zamanı muzdlu və terrorçulardan istifadə etməsi faktdır” 2021-02-25 08:35:42 “Xocalıya ədalət” kampaniyası çərçivəsində petisiya yayılıb 2021-02-24 16:05:51 “Twitter” müəyyən siyasi məqsədlər üçün yaradılmış erməni akkauntlarını silib 2021-02-24 10:35:00 Qubadlı rayonunun Hal kəndi - VİDEO 2021-02-24 09:55:02 ABŞ-da Xocalı soyqırımına aid televeriliş nümayiş etdirilib 2021-02-24 09:35:59 Beynəlxalq ictimaiyyət Qarabağda yenidənqurma işlərini dəstəkləməlidir 2021-02-24 09:20:35