2021-01-05 21:15:09 | AKTUAL
Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapıldı

Yanvarın 4-də Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsi tərəfindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu Qiyaslı kəndi ərazisində xeyli sayda mərminin tapılması barədə məlumat daxil olub.

Fact-info.az-ın xəbərinə görə, ANAMA-dan APA-ya bildirilib ki, məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və DİN-in Ağdam rayon Polis şöbəsinin əməkdaşları həmin əraziyə göndəriilib. Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib.

Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atışların həyata keçirildiyi müəyyən olunub. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 528 ədəd sursat: 3 ədəd top mərmisi, 72 ədəd "Qrad" qurğusundan açılan 122 mm-lik 9M22U raketi, 5 ədəd minatan mərmisi, 2 ədəd TM62P tank əleyhinə minası, 919 ədəd partladıcı, eləcə də 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi aşkar edilib.

Aşkar olunmuş sursatlar Agentliyin çütəxəssisləri tərəfindən DİN və DTX-nın əməkdaşlarının iştirakı ilə partlayış yolu ilə zərərəsizləşdirilib.

***

ANAMA-nın mütəxəssisi Xaliq Zülfüqarov bildirib ki, işğaldan azad olan ərazilərdən partlamamış hərbi sursatlarla yanaşı, həm də ermənilərin bilərəkdən açıq yollarda və gizlin keçidlərdə quraşdırdığı minalar da aşkarlanır. Daşınması mümkün olmayan hərbi sursatlar yerində zərərsizləşdirilir: “Dünən və bu gün əraziyə baxış keçirilib. Ərazidə çoxlu sayda partlamamış hərbi sursatların olduğu aşkarlandı. Bu gün onların bir neçəsini zərərsizləşdirmişik. Həmin sursatlar Qiyaslı kəndində, yol kənarından 30 metr içəridə aşkar edilib. Təxmin edirik ki, ermənilərin bu ərazidə anbarları olub. Müharibə vaxtı bizimkilər tərəfindən düşmənin atəş nöqtələri susdurulan zaman həmin anbar dağıdılıb".

X. Zülfüqarov onu da qeyd edib ki, işğaldan azad olan ərazilərdi onlarla belə faktlara rast gəlmək mümkündür. Bu səbəbdən də yerli sakinlərin bu ərazilərə girməsi tövsiyə olunmur.

Baxış sayı : 111
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22