2021-01-02 10:20:51 | TƏDQİQATLAR-ANALITIKA
Azərbaycan beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı

Nəhayət, tarixi ədalət bərpa edildi. Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş rayonları azad edildi.

Bu, müasir beynəlxalq münasibətlər tarixində misilsiz bir hadisədir. İlk dəfə BMT üzvü olan bir ölkə beynəlxalq hüququn prinsiplərini təkbaşına həyata keçirməyi bacardı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, 28 il ərzində “ölü sənəd” kimi qalmış 4 qətnaməsinin olmasına baxmayaraq, biz qanunu özümüz tətbiq etdik. İndi yeni bir dövr başlayır: işğaldan azad olunmuş ərazilərin yenidən qurulması.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Le Courrier de l’Atlas” portalında dərc edilmiş “Dağlıq Qarabağ: beynəlxalq hüquq bərqərar oldu” adlı müsahibəsində bildirib.

Müsahibədə Ermənistan tərəfinin münaqişəyə dini don geyindirməyə çalışdığı qeyd edilərək bildirilib ki, ermənilərin münaqişə ilə bağlı tarixi və hüquqi dəlilləri yoxdur. Ermənistan din amilindən istifadə edərək Avropa ölkələrində, xüsusilə də Fransada xristianların dəstəyini qazanmaq niyyəti güdür və münaqişəni dinlərarası qarşıdurma kimi təqdim etmək istəyir. Azərbaycan isə hüquqi yola üstünlük verir. BMT Təhlükəsizlik Şurasının, eləcə də bir çox beynəlxalq təşkilatların qətnamə və qərarları ilə təsdiqləndiyi kimi, münaqişənin əsil mahiyyəti Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğal olunmasıdır. Bu, siyasi məsələdir.

Ermənilərin regionda olmasına dair suala cavab verən səfir deyib ki, regionda ermənilərin olması inkar edilmir. Regionda azərbaycanlılar, ermənilərlə yanaşı, 48 etnik və dini azlığı təmsil edən xalqların nümayəndələri də olub. Birinci Qarabağ müharibəsi zamanı ermənilər bütün bu dini və etnik azlıqların nümayəndələrini də doğma evlərindən didərgin saldılar. Dini və etnik müxtəlifliyin qorunub saxlanıldığı regionu Ermənistan monoetnik hərbi kazarmaya çevirdi.

Səfir təəssüflə bildirib ki, bu gün Fransada siyasi və bir çox digər mülahizələrə görə müəyyən təsir dairələri erməni icmasının maraqlarını Azərbaycan icmasının maraqlarından üstün tutur. Ən pisi də odur ki, ölkədə həddən artıq müdafiə edilən kommunitarizm beynəlxalq hüquqdan və Fransanın qanunlarından üstün tutulur. Azərbaycan Respublikası isə bizim tərəfimizdə olan beynəlxalq hüququn norma və prinsiplərindən ilhamlanır.

Baxış sayı : 125
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22