QHT və MEDİA
A- A A+

Krımda azərbaycanlı gənci öldürən ermənilər beynəlxalq axtarışa verilib

2016-01-13 09:55:36

“Krımda öldürülən azərbaycanlı gəncin qatillərinin kimliyi dəqiqləşdirilib. Onların milliyyətcə erməni olmaları təsdiqlənib, bir nəfərin erməni diasporunun fəalı olduğu üzə çıxıb”

Bunu APA-ya açıqlamasında qətlə yetirilən Rahil Mehdiyevin atası Əbdürrəhman Mehdiyev deyib.
 Məsələ ilə əlaqədar ötən həftə Yalta prokurorluğunda olduğunu deyən Ə. Mehdiyev qeyd edib ki, ona qatillərin 4 nəfər olduğu və onların beynəlxalq axtarışa verildiyi bildirilib. 
Onun sözlərinə görə, onlardan birinin yeri məlum olsa da, hələlik saxlanılması mümkün olmayıb: “Mənə bildirdilər ki, həmin şəxslər saxlanılanadək onların adlarını açıqlamayacaqlar”.
 Qeyd edək ki, 2015-ci ilin avqustun 16-da ailəsi Ukraynanın Xerson şəhərində yaşayan 1987-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Rahil Mehdiyev Yaltada çalışdığı ticarət mərkəzində kütləvi dava zamanı bıçaqlanaraq qətlə yetirilib.
 Hadisəyə səbəb onun obyektin yaxınlığında digər azərbaycanlı gənclə iki erməni arasında baş vermiş mübahisə olub. R. Mehdiyev ermənilər tərəfindən təhqirə məruz qalan həmyerlisini müdafiə etməyə çalışıb. 
Bu zaman ermənilər onun ünvanına nalayiq ifadələr işlədiblər və nəticədə kənardan edilən müdaxilələr nəticəsində kütləvi dava düşüb. 
Dava nəticəsində R. Mehdiyev aldığı çoxsaylı bıçaq zərbələri nəticəsində yerindəcə keçinib. 

 

 

 


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1035

QHT və MEDİA

2019-08-22 11:55:39

QHT və MEDİA
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...
Müdafiə Nazirliyi: “MiQ-29” tipli döyüş ...

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi “MiQ-29” tipli döyüş təyyarəsini...

2019-08-22 09:55:34

QHT və MEDİA
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...
Los-Anceles sinaqoqunda Azərbaycanın tol...

Los-Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaq...

CƏMİYYƏT

2019-08-23 07:40:56

CƏMİYYƏT
Soyqırımdan bəhs edən və ingilis dilində...
Soyqırımdan bəhs edən və ingilis dilində...

Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Ni...

2019-08-20 21:55:46

CƏMİYYƏT
Pakistan mətbuatı Azərbaycandan yazdı...
Pakistan mətbuatı Azərbaycandan yazdı...

Jurnalda dərc olunan məqalədə Azərbaycan xalqının uzun sürən azadlıq arzuları...

İQTİSADİ

2019-08-21 09:00:05

İQTİSADİ
Altı ayın uğurları: Azərbaycan liderliyi...
Altı ayın uğurları: Azərbaycan liderliyi...

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ay...

2019-08-19 12:05:41

İQTİSADİ
Yeddi ayda 45 milyard manatadək ümumi da...
Yeddi ayda 45 milyard manatadək ümumi da...

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu dövrdə informasiya və rabitə...