İQTİSADİ
A- A A+

"Azərbaycan enerji diversifikasiyası baxımından strateji tərəfdaşdır"

2016-01-13 09:35:05

“Azərbaycan Bolqarıstan üçün çox qiymətli və etibarlı tərəfdaşıdır”

APA-nın “Focus” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Bolqarıstanın prezidenti Rosen Plevneliyev Azərbaycanın Sofiyadakı səfiri Emil Kərimovu birinci dərəcəli “Stara Planina” ordeni ilə təltif edərkən deyib. 
O, çıxışı zamanı iki ölkə arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında sazişin imzalandığını xatırladıb: 
“Bu saziş ikitərəfli əməkdaşlıq üçün yeni səhifə açıb. Ötən il ticarət dövriyyəmizdə də müsbət inkişaf müşahidə olunub. Biz Azərbaycanla qaz satışı ilə bağlı razılaşmanın tez bir zamanda həyata keçirilməsinə və müvafiq infrastrukturun tikilməsinə ümid edirik”.
 Bolqarıstan prezidenti bildirib ki, Azərbaycan ölkəsi üçün enerjinin diversifikasiyası və enerji resursları üçün rəqabətli qiymət əldə etmək məqsədləri üçün də strateji tərəfdaşdır: 
“İldə 1 milyon kubmetr qazın  tədarük edilməsi və danışıqlar yolu ilə bu miqdarın artırıla biləcəyi barədə 2013-cü ildə imzalanan müqavilə Azərbaycanla Bolqarıstan arasında enerji əməkdaşlığı üçün baza rolunu oynayır. 2014-cü ildə Bolqarıstanın Cənubi Qaz Dəhlizinin təntənəli açılış mərasimində iştirakı bizim bu strateji layihəyə verdiyimiz əhəmiyyətin göstəricisidir. Bolqarıstan həmçinin ölkəmiz və ümumilikdə Avropa regionu üçün qaz tədarükündə diversifikasiyanı təmin edəcək TAP layihəsinin icrasının sürətləndirilməsini dəstəkləyir”. 


Kateqoriya : İQTİSADİ Baxış sayı : 870

QHT və MEDİA

2019-06-14 07:00:21

QHT və MEDİA
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...
Sərhədçilərimiz 5.1 km uzunluğunda dövlə...

Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dövl...

2019-06-12 11:30:45

QHT və MEDİA
Azay Quliyev: "Bölgədə həll olunmayan m...
Azay Quliyev: "Bölgədə həll olunmayan m...

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq gərginl...

CƏMİYYƏT

2019-06-15 09:00:41

CƏMİYYƏT
Türk dünyasında milli mücadilə və ədəbiy...
Türk dünyasında milli mücadilə və ədəbiy...

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Nizami Gən...

2019-06-12 08:50:53

CƏMİYYƏT
Şanlı tarix: müstəqillik və inkişaf yolu...
Şanlı tarix: müstəqillik və inkişaf yolu...

28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı Prezident İ...

İQTİSADİ

2019-06-14 22:40:47

İQTİSADİ
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...
SOCAR-ın AMEA ilə əməkdaşlığı çərçivəsi...

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayənd...

2019-06-13 18:40:16

İQTİSADİ
Yohannes Han: “Azərbaycan Avropanı Avras...
Yohannes Han: “Azərbaycan Avropanı Avras...

Fact-info.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının Avrop...