SİYASƏT
A- A A+

“Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu”

2015-04-07 13:40:12

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixinin öyrənilməsində muzeylərin rolu” V Respublika elmi konfransı keçirilib.

Konfrans Azərbaycanın ilk peşəkar arxeoloqu və muzeyşünası Davud bəy Şərifovun anadan olmasının 130 illiyinə həsr edilib.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək mövzunun əhəmiyyətini, tariximizin öyrənilməsində muzeylərin xüsusi rolunu vurğulayıb. N. Vəlixanlı Davud bəy Şərifovun muzeyin inkişafındakı xidmətlərindən danışaraq bildirib ki, o, 1923-cü ildə Azərbaycan Dövlət Tarix Muzeyinə müdir təyin edilib. Onun rəhbərliyi müddətində muzeydə zəngin arxeoloji və etnoqrafik fondlar yaradılıb.

Davud bəy Şərifovun səyi nəticəsində Tblisi, Moskva, Sankt-Peterburq muzeylərində saxlanılan Azərbaycana məxsus yüzlərcə nadir və dəyərli maddi mədəniyyət nümunələri vətənə geri qaytarılıb. Onların içərisində mis, gümüş və qızıldan zəngin sikkə kolleksiyaları, yüksək zərgərlik məmulatı, Azərbaycan xanlıqlarının rəmzləri, silah və bəzək nümunələri, vaxtilə mahir azərbaycanlı sənətkarları tərəfindən toxunmuş xalılar və digər sənət əsərləri olub. 1927-ci ildə görülən işlər nəticəsində muzeydə toplanan eksponatların sayı 50 minə çatıb.

Konfransda “Davud bəy Şərifovun Tarix Muzeyinin inkişafında rolu”, “Gəncənin XIX-XX əsr ənənəvi toxuculuq məmulatlarının tədqiqində yerli muzey eksponatlarının mənbəşünaslıq dəyəri”, “Muzey tarixin güzgüsüdür”, “Azərbaycan tarixinin təbliğində muzeylərin təhsil müəssisələri ilə qarşılıqlı əlaqələri” və digər mövzularda məruzələr dinlənilib


Kateqoriya : SİYASƏT Baxış sayı : 1187

QHT və MEDİA

2017-12-09 09:50:15

QHT və MEDİA
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...
“Məscidlər: İslamın möhtəşəmliyi” kitabı...

Heydər Əliyev Mərkəzində Leyla Uluxanlının “Məscidlər: İslamın möhtəşəmliyi” ...

2017-12-08 09:40:27

QHT və MEDİA
Fransalı gənclər Azərbaycana tanışlıq sə...
Fransalı gənclər Azərbaycana tanışlıq sə...

Azərbaycanın Gənclər və İdman Nazirliyinin, ölkəmizin Fransadakı səfirliyinin...

CƏMİYYƏT

2017-12-10 23:05:03

CƏMİYYƏT
Xarici media nümayəndələri Azərbaycanda ...
Xarici media nümayəndələri Azərbaycanda ...

Misirin geniş oxucu auditoriyasına malik “Əxbar əl-yaum” qəzeti ölkənin aparı...

2017-12-07 21:05:37

CƏMİYYƏT
Şura qrant müsabiqəsi elan edib
Şura qrant müsabiqəsi elan edib

Şura sədrinin müavini Vusal Quliyev iclası açaraq gündəliyə təklif olunan “...

İQTİSADİ

2017-12-08 09:50:29

İQTİSADİ
“Azerspace-2” gələn ilin əvvəlində orbit...
“Azerspace-2” gələn ilin əvvəlində orbit...

Gələn ilin əvvəlində Azərbaycanın ikinci telekommunikasiya peyki - “Azerspace...

2017-12-04 09:40:50

İQTİSADİ
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...
Cocuq Mərcanlıda 5 hektardan çox ərazi t...

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalını...