2020-12-18 10:15:12 | CƏMİYYƏT
Vətən öz igid övladlarının töhfəsini layiqincə qiymətləndirir

Prezident İlham Əliyev Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin hərbi qulluqçu­larının təltif edilməsi haqqında sərəncam im­zalayıb.

Bu mühüm sənədlə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Res­publikası Silahlı Qüvvələrinin yüzlərlə hərbi qulluqçusu Vətənin orden və medalları ilə təltif ediliblər.

Bu xəbər məni sonsuz dərəcədə sevindirdi. Ona görə ki, təltif olu­nanların hər biri bu böyük müka­fatlara layiqdirlər. Fakt budur ki, Azərbaycanın hərbi qulluqçuları ikinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar və qeyri-adi şücaətlər göstəriblər. Onlardan bir çoxu, daha dəqiq desək, 2783 qəhrəman əsgər və zabitimiz Vətən uğrunda ağır döyüşlərdə həlak olub. Çox sayda qazilərimiz var. Şəhidlərimizə uca Allahdan rəhmət diləyir, qazilərimizə tezliklə sağalmalarını arzulayıram.

Qeyd etmək lazımdır ki, möhtərəm Prezidentimiz hər bir əsgər və zabitin qələbəmizə verdi­yi töhfəni layiqincə qiymətləndirib. Siyahıya diqqətlə nəzər yetirəndə gördüm ki, Vətənin orden və medal­ları ilə təltif olunan böyük bir hissəsi şəhidlərdir. Onların hər biri xalqı­mızın qəlbində özünə dərin sevgi, sonsuz məhəbbət qazanıb. Vətənin azadlığı naminə canlarından keçməyi bacaran mərd oğullar tərbiyə edib böyüdən şəhid analarının əllərindən öpürəm!

Azərbaycan xalqı qəhrəman xalqdır. Bunu 44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibə zamanı elə bir gün olmadı ki, Azərbaycan Or­dusu hansısa bir cəbhədə müvəqqəti də olsa geri çəkilsin. Bu, müharibələr tarixində görünməmiş bir hadisədir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli əsgər və zabitlərimiz daim irəli getdilər, yağı düşmənin başını əzdilər. Düşmənin canlı qüvvəsi və çox sayda texnikası məhv edildi. İşğalçı Ermənistan açıq döyüşlərdə də, diplomatiya cəbhəsində layiqli ca­vabını aldı. Bununla da, Azərbaycan xalqı onun torpağına xor baxanlar­dan öz qisasını aldı. Düşmənlərimiz bu dərsi heç vaxt unutmamalıdır. Unutsalar, yenə layiqli cəzalarını alacaqlar.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı ədalətli müharibə aparırdı. İşğalçı Ermənistanın silahlı qüvvələrindən fərqli olaraq, xalqımı­zın mərd övladları ana Vətən, doğma torpaq uğrunda ölüm-dirim savaşı apararaq, dünyanın hərb tarixində bir-birindən şanlı qəhrəmanlıq səhifələri yazdılar. Xüsusilə Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın tacı olan Şuşanın alın­ması zamanı Azərbaycan əsgərinin göstərdiyi qeyri-adi şücaətlər bütün dünyanı heyrətə gətirib.

Bəli, biz bu gün tariximizin ən şanlı günlərini yaşayırıq. Biz hamı­mız əl-ələ verərək bundan sonra da xalqımızın, dövlətimizin inkişaf və tərəqqisinə çalışmalıyıq. Elə etməliyik ki, Azərbaycanın şanı-şöhrəti heç zaman azalmasın, əksinə, daha da artsın! İnşallah, belə də olacaq!

Sərraf ORUCOV

Beynəlmiləl Əlil Döyüşçülər Fondunun prezidenti

Baxış sayı : 1045
Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini Azərbaycana verib 2021-12-04 16:15:14 QHT Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsini elan etdi 2021-12-03 21:00:20 Hərbi qulluqçumuza hücum edən erməni əsilli şəxs zərərsizləşdirilib 2021-12-03 15:05:30 Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var 2021-12-03 11:50:35 Agentlik QHT Evlərinin yaradılmasını BMT-nin ölkə əlaqələndiricisi ilə müzakirə etdi 2021-12-03 11:35:49 Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində 2021-12-03 11:10:30 "Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb" 2021-12-03 09:35:40 Ermənistanın Azərbaycana məxsus mədəniyyət ocaqlarında törətdiyi dağıntılarla bağlı Hesabat 2021-12-02 19:00:01 Prezident İlham Əliyev Qrant müsabiqəsi ilə bağlı fərman imzaladı 2021-12-02 18:25:41 "UNESCO-nun azad edilmiş ərazilərə faktaraşdırıcı missiya göndərməsini gözləyirik” 2021-12-02 10:40:42 Bakıda 41 küçəyə Vətən müharibəsi şəhidlərinin adı verilib 2021-12-02 10:10:59 Gələn il 45 milyona yaxın insan aclıqla üzləşə bilər - BMT 2021-12-02 09:45:06 Azərbaycan-İran əlaqələrinin tənzimləməsi ilə bağlı əldə olunan müsbət nəticələr Aşqabad Sammitinin ən maraqlı tərəflərindəndir 2021-12-02 09:20:24 Regionda yaranmış yeni geosiyasi vəziyyət Azərbaycanın gələcək inkişafı üçün yol açır - Səfir 2021-12-02 07:10:36 Nursultan Nazarbayev helikopter qəzasına görə Prezident İlham Əliyevə başsağlığı verib 2021-12-01 18:15:35 Türk Dövlətləri Təşkilatı helikopter qəzası ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib 2021-12-01 10:30:38 “Qalib sərkərdə” adlı kitab çapdan çıxıb 2021-12-01 09:30:53 Laçına suyun verilməsi təmin edilib 2021-12-01 09:10:30 Laçının işğaldan azad edilməsinin ildönümüdür 2021-12-01 08:30:33 Soçidə imzalanmış bəyanatda Azərbaycanın mövqeyi tam olaraq öz əksini tapdı 2021-12-01 07:15:53 Ermənistanın mina xəritələrini Azərbaycana tam verməməsi ciddi problem yaradır 2021-11-30 19:15:30 Prezident İlham Əliyev helikopter qəzasında həlak olanların ailələrinə başsağlığı verib 2021-11-30 19:10:12 BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03