2020-12-17 09:30:13 | MÜSAHİBƏ
Hulusi Kılıç: Minsk qrupunun qətiyyətsiz mövqeyi işğalçı Ermənistanı daha da arxayınlaşdırmışdı

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı.

ATƏT-in Minsk qrupu ötən 28 ildəki yarıtmaz fəaliyyətinə görə BMT və beynəlxalq hüquq, eləcə də ötən illər ərzində işğal səbəbindən hüquq və haqqı tapdalanan Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Məlum münaqişənin həlli istiqamətində heç bir əməli nəticə əldə etməyən ATƏT-in Minsk qrupunun hazırkı cəhdlərinin sağlam niyyətli olmasına şübhə ilə yanaşdığını diqqətə çatdıran Hulusi Kılıç deyib: “Prezident İlham Əliyevin həmsədrlərlə açıq və qəti şəkildə danışması məni son dərəcə qürurlandırdı. Müzəffər Ali Baş Komandanın fikirləri təkcə Azərbaycan və Türkiyə xalqlarının deyil, bütövlükdə sülhsevər dünya ictimaiyyətinin mövqeyi kimi başa düşülməlidir. Şahidi olduqlarımız dünyadakı münaqişələrin həlli ilə məşğul olan xüsusi statuslu bütün səlahiyyətlilər üçün mənəviyyat dərsidir. İndi hər kəsi maraqlandıran mühüm bir sual var: Həmsədrlər Bakıya nə üzlə gəlir və istədikləri nədir? Ötən dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını düşmənə vermək üçün daha nələr etmədilər ki? Əgər 28 illik zamanımızı qəsb edən həmsədrlər bu suallara səmimi və inandırıcı cavab versələr o zaman bəlkə niyyətlərinin təmiz olduğu barədə rəy formalaşdırmaq üçün ilk addımları atarlar”.

Səfir deyib ki, Azərbaycan Ordusu 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. İndi söz də, hökm də Azərbaycanındır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu Azərbaycan xalqından, xüsusilə də şəhid ailələrindən və qazilərdən üzr istəməlidir.

Baxış sayı : 253
Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35 Prezidentin Şuşa səfəri 2021-01-19 07:25:17 Dini konfessiya rəhbərləri 20 Yanvarla bağlı bəyanat veriblər 2021-01-19 07:05:00 Kompleks yanaşma, innovativ təşəbbüslər medianı xilas edə bilər 2021-01-18 18:10:18 Prezident İlham Əliyev: “Hər şey planlı şəkildə, düzgün aparılmalıdır” 2021-01-18 18:50:05 Ərdoğan: "Qarabağda ortaya qoyduğumuz güclü iradə və qətiyyəti bütün dünyaya göstərdik" 2021-01-18 15:25:45 “Azərbaycan pandemiyaya son qoyan ilk ölkələrdən olacaq” 2021-01-18 15:05:50 Qarabağ çaylarının suları Azərbaycanda ən keyfiyyətli sular hesab oluna bilər 2021-01-18 10:20:07 "İşğaldan azad edilən torpaqlarda iqtisadi, mədəni dirçəliş dövrü başlanır" 2021-01-18 09:30:33 Tərxis edilmiş şəxslərin müraciətlərinə baxılması üzrə komissiya bölgələrdə də fəaliyyətə başlayır 2021-01-18 08:25:55 Prezident İlham Əliyevin Şuşaya səfəri Gürcüstan KİV-ləri tərəfindən də geniş işıqlandırılıb 2021-01-18 07:30:40 “Ağdamda baş verən vəhşilik bütün insanlığa qarşıdır” 2021-01-18 07:20:47 Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib 2021-01-17 08:30:22 Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının iclasında iştirak etdi 2021-01-17 07:10:37 Mövlud Çavuşoğlu: Azərbaycana hər zaman dəstək verəcəyik 2021-01-16 10:50:02 Reza Deqati Fransanın TV5MONDE kanalında Şuşanın tarixindən, erməni vəhşiliklərindən və Azərbaycan multikulturalizmindən bəhs edib 2021-01-16 10:05:39 Koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri 2021-01-16 09:25:34 Prezident Füzuli-Şuşa yolunun və hava limanının təməlini qoyub, Şuşada olub 2021-01-15 16:35:08 Ermənistanın törətdiyi cinayətlərə məhkəmədə baxılmalıdır - İCESCO-nun Baş direktoru 2021-01-15 11:35:02 Prezident İlham Əliyev Şuşada Azərbaycan bayrağını yüksəldib 2021-01-15 11:30:59 Əhməd İsmayılov: Media subyektlərinin stimullaşdırılması və rəqabət qabiliyyətlərinin artırılması istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulub 2021-01-15 10:25:22