MƏDƏNİ
A- A A+

"Qarabağ hekayələri" ikinci dəfə nəşr olunacaq

2016-01-11 09:40:37

Ötən il Türkiyədə çap olunan "Qarabağ hekayələri" antologiyası oxucular tərəfindən böyük maraqla qarşılanıb

Ankarada, İstanbulda, Türkiyənin bir çox vilayətlərində  və bölgələrində  kitabın yaddaqalan təqdimat mərasimləri keçirilib. 
Qısa zamanda oxucuların diqqətini cəlb edən bu kitab ikinci dəfə yenidən çapa hazırlanır. Azərbaycan yazıçılarının Qarabağ mövzusunda  yazdıqları hekayələri tərtib edib çapa hazırlayan Qarabağ həqiqətlərini dünyaya çatdırmaq yolunda yorulmadan çalışan Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Qənirə Paşayeva və Türkiyənin tanınmış yazarı, Azərbaycan ədəbiyyatının yaxın dostu, Azərbaycan yazıçılarının əsərlərini Türkiyədə tərcümə edib yayan, tanıdan İmdat Avşardır.
Kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva, Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev, Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı, Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu və bir sözlə - 21 nəfər Azərbaycan yazıçısının Qarabağ mövzusunda yazdıqları hekayələr yer alır. Toplumun ikinci nəşrinə yazıçı Təranə Vahidin Qarabağ mövzusunda yazdığı "Tapılmayan torpaq" hekayəsi əlavə olunub. 
"Qarabağ hekayələri"  əslində Qarabağ həqiqətlərini, müharibə ədəbiyyatını əks etdirən ədəbi ensiklopediyadır. Xatırladaq ki, kitab yazıçı İmdat Avşarın təqdimatı və  millət vəkili Qənirə Paşayevanın ön sözü ilə açılır. Kitab yaxın vaxtlarda  çap olunub oxucuların ixtiyarına veriləcək.


Kateqoriya : MƏDƏNİ Baxış sayı : 1138

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...