2020-12-11 09:25:31 | MÜSAHİBƏ
Tahir Mirkişili: YAŞAT Fondu müharibədən əziyyət çəkən insanların sosial qayğı ilə əhatə olunmasında mühüm əhəmiyyətə malikdir

"YAŞAT" Fondunun yaradılması onun vəsaitlərinin istifadə dairəsinə müvafiq olaraq işlərin mərkəzləşdirilmiş formada daha effektiv və ünvanlı olmasını təmin edəcək.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, müharibədən əziyyət çəkmiş şəxslərin həm maddi cəhətdən, həm müavinətlərin təyin olunması baxımından, eləcə də, onların ev və avtomobillərlə təmin olunması ilə bağlı dövlətin həyata keçirdiyi sosial siyasət kifayət qədər güclüdür, eyni zamanda, əhatəlidir: "Bütün bunlarla yanaşı, son zamanlar cəmiyyətin bütün üzvlərinin də bu prosesdə aktiv iştirak etmək arzusu müşahidə olunur. Bu təcrübə artıq mövcuddur, həm Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, həm Silahlı Qüvvələrə Yardım Fonduna əhalinin, ayrı-ayrı fiziki şəxslərin, hüquqi şəxslərin ianələrin edilməsində kifayət qədər aktiv iştirak etməsi belə bir təcrübənin də həyata keçirilməsinin səmərəli olduğuna dəlalət edir".

T. Mirkişili deyib ki, hazırda, cəmiyyətdə Vətən müharibəsində iştirak edən şəxslərə, şəhid və əlil ailələrinə, eyni zamanda, bu prosesdən zərər çəkmiş insanlara dövlətlə yanaşı, digər fiziki şəxslərin, əhalinin də yardım etmək arzusunun olması və bu arzunun kifayət qədər güclü olması bu işlərin mərkəzləşdirilmiş formada həyata keçirilməsini labüd edir: "Təbii ki, bu arzudan sui-istifadə edən insanlar da oldu və onlardan bəziləri həbs edildi. Bu cəhətdən baxsaq, belə bir fondun yaradılması müvafiq işlərin mərkəzləşdirilmiş formada daha şəffaf və effektiv, eyni zamanda ünvanlı olmasını təmin edəcək. Düşünürəm ki, bu fond indidən sonra müharibədən əziyyət çəkən insanların sosial qayğı ilə əhatə olunmasında həm dövlətin, həm də əhalinin eyni istiqamətdə səylərinin koordinasiya edilməsi istiqamətində mühüm işlər görəcək".

Baxış sayı : 377
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36