2020-12-06 16:15:49 | MÜSAHİBƏ
Köçəryan, Sarkisyan kimi canilər Ermənistan dövlətinin təməlini terror və cinayət üzərində qurublar

Ermənistanın keçmiş rəhbərləri Robert Köçəryan, Serj Sarkisyan Azərbaycan xalqına, günahsız dinc əhaliyə qarşı qətllər törətmiş hərbi cinayətkarlar, canilərdir.

Bununla yanaşı, onlar hakimiyyətdə olduqları dövrdə öz xalqına qarşı da saysız-hesabsız cinayətlər törədiblər. Ermənistana 20 il müddətində belə hərbi canilər, kriminal aləmin təmsilçiləri rəhbərlik ediblər. Ermənistanın hazırda düşdüyü rəzil durumun səbəbkarları da məhz bu canilərdir. Onlar Ermənistan dövlətinin təməlini terror və cinayət üzərində qurublar.

Bu fikirləri politoloq Şəbnəm Həsənova bildirib.

Politoloq deyib: “Aydın görünən mənzərə odur ki, Paşinyan kənardan idarə edilən marionet bir fiqurdur. O, diktə ilə hərəkət edir və hazırda öz canını erməni xalqının qəzəbindən qurtarmaq barədə düşünür. Beləliklə, Vətən müharibəsində Prezident İlham Əliyev sadəcə Paşinyanı, Ermənistanı diz çökdürmədi. Uzun illər Ermənistana rəhbərlik etmiş, torpaqlarımızı işğal etmiş, Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətmiş cəlladlara, cinayətkarlara – Köçəryana və Sarkisyana da dərs verdi, onların ordusunu məhv etdi. Prezident İlham Əliyevin qətiyyətindən, əzmindən, şanlı Azərbaycan Ordusunun gücündən qorxan Köçəryan və Sarkisyan bir dəfə də olsun Qarabağ ərazisinə heç burunlarını belə soxa bilmədilər, qaçdılar. Döşlərinə taxdıqları saxta “qəhrəman” ordenləri, dəmir-dümürləri də köməklərinə gələ bilmədi. Terrorçu, cani Köçəryan, Sarkisyan tarixboyu lənətlənəcək, onların adları hərbi cinayətkar kimi xatırlanacaq. Prezident İlham Əliyev hər zaman Müzəffər Ali Baş Komandan, Azərbaycan xalqı isə məğlubedilməz və qürurlu xalq kimi tanınacaq”.

Ş.Həsənova qeyd edib ki, müəyyən qüvvələrin köməyi ilə meydan dalğası nəticəsində hakimiyyətə gələn Paşinyanın indiki məqamda nə edəcəyi, aqibətinin necə olacağı bəlli deyil. Prezident İlham Əliyev dəfələrlə erməni xalqına baş verənlərdən nəticə çıxarmalı olduqlarını deyib. Eyni zamanda, ölkə başçımız Paşinyandan sonra hakimiyyətə gələcək qüvvələrin konstruktiv siyasət yürüdəcəkləri təqdirdə onlarla siyasi dialoqun qurulmasının mümkün olduğunu, bölgəyə sülh və təhlükəsizliyin gəlməli olduğunu da bildirib. Əgər gələcək yeni rəhbərlik də özlərindən əvvəlkilərin yolu ilə getsə, onlar Ermənistanı daha pis günə salacaqlar. Odur ki, ermənilər bütün bunlardan nəticə çıxarmalı, murdar xislətlərindən əl çəkməli və region dövlətləri ilə ədavətə və düşmən münasibətə son qoymalıdırlar.

Politoloq vurğulayıb ki, ümumiyyətlə, ermənilər illər ərzində özlərinə ağıllı, təfəkkürlü bir rəhbər seçə bilməyiblər. Azərbaycan isə dünya siyasi arenasında fenomen siyasətçi kimi qəbul olunan ümummilli lider Heydər Əliyev və onun siyasi kursunu peşəkarlıq və incəliklə realizə edən, düşməndən torpaq azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi iki dahi şəxsiyyət yetişdirib.

Baxış sayı : 315
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36