2020-12-03 09:10:46 | AKTUAL
Laçında Ağoğlan məbədinin üzərində erməni dilində 26 saxta "tarixi" lövhə yerləşdirilib

Laçında alban xristian memarlığının ən möhtəşəm incilərindən olan Ağoğlan məbədinin üzərində alban dövrünə aid ornamentlər silinib, abidənin üzərində erməni dilində 26 ədəd saxta "tarixi" lövhə yerləşdirilib.

Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə deyib.

Onun sözlərinə görə, kompleksin ərazisində Ermənistanda istehsal olunan və qədimlik görkəmi verilən, məbədə və əraziyə heç bir aidiyyəti olmayan xaçdaşları basdırılıb.

E.Kəlbizadə bildirib ki, Ağoğlan məbədinin erməniləşdirilməsi prosesinə 1992-ci ildə işğaldan dərhal sonra başlanılıb: “Laçın rayonunun tarixi abidələri ermənilər tərəfindən məhv edilib. Rayonun ərazisindəki Məlik Əjdər türbəsi, Sultan Baba piri və digər ziyarətgahlar baxımsız vəziyyətdə qalıb, abidələr dağıdılıb. İşğaldan əvvəl rayon ərazisində geniş yayılmış daş heykəlləri, xüsusən qoç və at fiqurlarının bir qismi ermənilər tərəfindən oğurlanıb, bir qismi isə məhv edilib. Bununla yanaşı, 1989-cu ildə ümumittifaq muzeylərə baxış müsabiqəsinin qalibi olmuş Laçın Dövlət Tarix-Diyarşünaslıq Muzeyinin binası və 10 mindən artıq eksponatı məhv edilib və aparılması mümkün olanlar isə daşınıb”.

E.Kəlbizadə əlavə edib ki, ümumilikdə işğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi. Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir.

Qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir. Bununla yanaşı, Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılmışdır. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir”.

1920-ci il noyabrında keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Azərbaycan torpağı olan Zəngəzur bölgəsinin 2 yerə bölündüyünü xatırladan tarixçi alim əlavə edib ki, nəticədə Zəngəzur qəzasının 6 min 742 kvadrat verstlik ərazisindən 3 min 105 kvadrat versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalır, 3 min 637 kvadrat verstlik hissəsi isə Ermənistana verilir.

Tarixçi qeyd edib ki, əzəli türk yurdu olan Laçın işğalçı Ermənistandan Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji əhəmiyyətli rayondur:

“Birmənalı şəkildə demək lazımdır ki, 1992-ci ildə Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması və işğalın bu qədər uzun sürməsi mümkünsüz olacaqdı".

Baxış sayı : 160
"Böyük Qayıdış” qısametrajlı bədii və animasiya film layihələri müsabiqəsi elan edildi 2021-01-22 16:35:09 Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir 2021-01-22 11:50:22 Ermənilərin ən böyük problemi öz uydurduqları yalanlara özlərinin inanmalarıdır 2021-01-22 10:35:09 Haaqada “20 Yanvar uşaqların gözü ilə” adlı virtual sərgi 2021-01-22 09:40:15 Prezident İlham Əliyev: Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir 2021-01-22 09:15:12 Türkmənistan Prezidenti: Xəzərdə birgə uğurlu fəaliyyətin əsas rəhni türkmən və Azərbaycan xalqlarının möhkəm qardaşlıq telləridir 2021-01-22 09:05:54 Professor Surxay Musayev: “Vətən müharibəsi və COVİD- 19 pandemiyası zamanı bütün tibbi heyət üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirdi” 2021-01-21 14:15:02 Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib 2021-01-21 13:40:37 Şuşada “Xarı bülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsi ilə bağlı işlərə başlanıb 2021-01-21 12:55:15 Türkiyə Milli Müdafiə Nazirliyi: 20 Yanvar - Unutmadıq, unutmayacağıq! 2021-01-21 12:40:40 Könül Nurullayeva: “İşğaldan azad edilmiş torpaqların inkişaf modeli nümunəvi xarakter daşıyacaq” 2021-01-21 11:50:58 Türk şirkətləri azad edilmiş ərazilərdə tekstil sahəsinə 50 milyon dollar yatırım edəcək 2021-01-21 11:40:09 “20 yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə” 2021-01-20 17:50:20 20 Yanvar faciəsinin ildönümü Şuşada qeyd olunub 2021-01-20 19:05:56 Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər 2021-01-20 12:45:16 Arye Qut: Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü bərpa etməyə nail olmuş yeganə ölkədir 2021-01-20 10:20:14 Tariximizin şanlı qəhrəmanlıq səhifəsi 2021-01-20 09:50:06 Zəfər savaşından bütün şəhidlərimizi yeni ruh və qürur hissi ilə anırıq, bütün şəhidlərimizin ruhu şaddır - Hikmət Hacıyev 2021-01-20 09:05:38 Prezidentin "Facebook" səhifəsində 20 Yanvar faciəsi ilə bağlı paylaşım edildi 2021-01-20 09:00:31 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri təsis edilir - Fərman 2021-01-20 07:55:54 Şuşaya çəkilən “Zəfər yolu” sentyabr ayınadək istifadəyə veriləcək 2021-01-19 16:55:50 Prezident İlham Əliyev: "XX əsrdə belə barbarlıq görünməyib" 2021-01-19 16:45:47 Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi 2021-01-19 08:35:37 "Azərbaycanın qələbəsi bütün türk dünyasını birləşdirən qələbədir" 2021-01-19 08:20:35