2020-12-02 19:35:20 | QHT VƏ MEDİA
Qarabağ - Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir

Macarıstanın “Daily News Hungary” populyar ingilisdilli informasiya-analitik portalında Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevin müsahibəsi çıxıb.

AZƏRTAC xəbər verir ki, nəşrin jurnalisti ilə V. Quliyevin söhbəti Azərbaycan xalqının işğal edilmiş torpaqların azad edilməsi uğrunda bu yaxınlarda zəfərlə başa çatan Vətən müharibəsinə həsr olunub.

Jurnalist müsahibənin giriş hissəsində görüşün məqsədini ifadə edir: bir az keçmişdən, xeyli indiki zamandan və daha çox gələcəkdən danışmaq.

Vilayət Quliyev münaqişənin başlanğıcı barədə sualı cavablandıraraq, 1917-ci ildə Rusiya imperiyasının süqutu anında Cənubi Qafqazın etnik xəritəsi barədə söhbət açıb. Gürcü və Azərbaycan xalqları keçmişdə bu ərazidə dövlətçiliyə sahib olublar, onlara öz sərhədlərini müəyyən etmək daha asan olub, həmin dövrdən 90 il əvvəl çar hökuməti tərəfindən buraya yerləşdirilən ermənilər haqqında isə bunu demək mümkün deyil. Narazılıqlar, iddialar və onlara heç vaxt mənsub olmayanı ələ keçirmək cəhdi məhz ermənilərdən gəlib. Qarabağda erməni və azərbaycanlı əhali qarışıq olub, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) illərində o, AXC-nin tərkibinə daxil idi və bu, 1919-cu ildə Paris Sülh Konfransı tərəfindən tanınmışdı.

İddialar Ermənistanın sovetləşdirilməsindən sonra da davam edib. Yeri gəlmişkən, bu gün Ermənistanın sovetləşməsindən (2 dekabr 1920-ci il) 100 il keçir. V.Quliyev xatırladıb ki, lakin həmin tarixdən 7 ay sonra Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz Bürosu Qarabağın AZƏRBAYCANIN TƏRKİBİNDƏ QALMASINA qərar verib.

Səfir Qarabağın Azərbaycana guya “Stalin tərəfindən verilməsi” barədə Avropa dairələrində tirajlanan uydurmanı da tənqid edib. Ermənilərin iddiaları göz önündə zəifləyən Qorbaçov hakimiyyətinin sonunda yenidən irəli sürüldü, daha sonra tammiqyaslı təcavüz və BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin qəbul edilməsi ilə nəticələndi.

Atəşkəs illərində (1994-2020) erməni tərəfi öz təxribatlarını davam etdirib. 2016-cı ilin aprelində erməni tərəfi Azərbaycanın əsəblərini sınağa çəkdi, lakin cavabında belə adlandırılan “Ohanyan xətti”nin yarılmasına və bəzi mühüm yüksəkliklərin itkisinə məruz qaldı.

Səfir qeyd edir ki, lakin bu da ona az göründü. Ermənistan Müdafiə Nazirliyinin ovaxtkı rəhbəri David Tonoyan “Yeni müharibə - yeni ərazilər” şüarını irəli sürdü və bu ilin iyulunda dövlət sərhədinin Tovuz hissəsində yeni erməni provokasiyası baş verdi. Bu sahə isə strateji boru kəmərlərinin keçdiyi marşrutun çox yaxın hissəsində yerləşir.

Səfir cari ilin avqustunda Ermənistan tərəfindən təxribat qrupunun göndərilməsini də xatırladıb. Lakin sentyabrın 27-də Azərbaycan mövqelərinin atəşə tutulmasına başlandı, Bakının səbri tükəndi və atəş nöqtələrini məhv etmək barədə qərar qəbul edildi. Əslində, Vətən müharibəsi bax belə başlandı.

Səfir müharibə zamanı Azərbaycanın guya torpaqları işğal etməsi barədə jurnalistin fikri ilə razılaşmayıb. O qeyd edib ki, bütün hərbi əməliyyatlar Azərbaycan ərazilərində aparılıb və belə şəraitdə işğaldan danışmaq mümkün deyil. Əksinə, işğalçı qismində məhz Ermənistan çıxış edib. Bu ölkənin baş naziri ötən il “Qarabağ Azərbaycandır və nöqtə” deməklə Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ətrafında danışıqlar prosesini faktiki olaraq pozmuşdu.

V.Quliyev, həmçinin vurğulayıb ki, Azərbaycan Ordusu ilk gündən yalnız hərbi obyektləri hədəfə alıb və onun guya mülki əhalini atəşə tutması barədə bütün abstrakt mühakimələr əsassızdır. Digər tərəfdən, məhz Ermənistan Gəncə, Bərdə, Tərtər, Beyləqan şəhərlərini qəsdən hədəfə alaraq strateji obyektləri, məsələn, Mingəçevir bəndini raketlə vurmağa çalışırdı, bu obyektlərin dağılması mülki vətəndaşlar arasında böyük itkilərlə nəticələnə bilərdi.

Azərbaycan Ordusunun qalibiyyətli hücumu nəticəsində Yerevan öz ordusunun darmadağın edildiyini başa düşdü və kapitulyasiya elan etdi.

Səfir bildirib ki, regiona sülh lazımdır. Özü də bu sülh məhz özünün dövlətçiliyini itirən Ermənistana daha çox lazımdır. Bakı isə regiona təhlükəsizlik, inkişaf və Qarabağda iki icmanın çoxmillətli Azərbaycan dövlətinin tərkibində dinc yanaşı yaşamasını təklif edir. İlk növbədə, Ermənistan özü dəyişməli, fobiyalardan, qonşularla ədavət kompleksindən xilas olmalıdır.

V.Quliyev, həmçinin münaqişənin dini xarakteri barədə bütün uydurmaları təkzib edərək xatırladıb ki, Azərbaycanda ermənilərin özü də daxil olmaqla, bir çox konfessiyaların nümayəndələri yaşayır və öz dini ayinlərini yerinə yetirirlər. O, eyni zamanda, Ağdamda, Zəngilanda və digər işğal olunmuş torpaqlardakı məscidlərin ermənilər tərəfindən təhqir olunması faktına jurnalistin diqqətini çəkib. Bakı işğal illəri ərzində Ermənistan tərəfindən vurulmuş ziyana görə təzminat ödənilməsi barədə mütləq iddia irəli sürəcək.

Lakin bütün torpaqlar mütləq bərpa olunacaq. Səfir deyib: “Qarabağ - Azərbaycan xalqının milli ruhunun formalaşdığı müqəddəs yerdir. Ümidvaram ki, mənim yenidən Şuşaya getmək barədə çoxdankı arzum tez bir zamanda reallığa çevriləcək”.

Baxış sayı : 187
Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak edib 2021-01-27 07:10:54 "Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir" 2021-01-26 18:40:43 "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik! 2021-01-26 17:15:58 Ədəbi fikir tariximizin böyük ziyalısının anadan olmasından 158 il ötdü 2021-01-26 10:05:32 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb 2021-01-26 09:05:48 Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək 2021-01-26 08:50:16 "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" 2021-01-26 08:15:49 Qarabağda torpaq islahatı üçün yeni mexanizm hazırlanacaq 2021-01-26 08:10:46 Prezident: “Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır” 2021-01-25 19:20:14 İnkişafın Qarabağ modeli qurulacaq 2021-01-25 11:20:56 Ombudsman əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib 2021-01-25 09:45:33 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey 2021-01-25 08:40:03 Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur 2021-01-25 08:20:49 117 km-dən çox yol minalardan təmizlənib 2021-01-25 08:05:27 “Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək” 2021-01-24 20:05:44 Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37 Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır” 2021-01-23 21:40:36 ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42 Bazar iqtisadiyyatı şəraitində biznesin borc təcrübəsi 2021-01-23 09:55:17 "Böyük Qayıdış” qısametrajlı bədii və animasiya film layihələri müsabiqəsi elan edildi 2021-01-22 16:35:09 Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir 2021-01-22 11:50:22