CƏMİYYƏT
A- A A+

Milli dəyərlərə önəm verən toplantı

2016-01-07 23:00:37

Yanvarın 7-də Bakı şəhər Təhsil İdarəsinin, Nəsimi rayonu 8 saylı Tam Orta Məktəbin təşəbbüsü ilə bir qrup müharibə veteranlarının iştirakı ilə yuxarı sinif şagirdləri ilə vətənpərvərlik mövzusunda görüş keçirildi

Tədbirdə tanınmış ictimai təşkilatların nümayəndələrindən Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədrinin 1 -ci müavini, Qarabağ müharibəsinin sərhədçi veteranı Mustafa Əliyev, Vətən Müharibəsi Veteranları ictimai birliyin Nizami, Xocalı rayon sədri və "Veteran" qəzetinin baş redaktoru Qarabağ müharibəsinin veteranı Qafar Mirzəyev, Xocalı rayon Gənclər Birliyinin sədri Tural Nurməmmədov və bir qrup məktəbin müəllimi və mətbuat nümayəndələri iştirak ediblər. 
İclası aparan 8 saylı tam orta məktəbin direktoru Tarix üzrə fəlsəfə doktoru Aytən Baxşıyeva ilk öncə tədbirdə iştirak edən qonaqları salamladıqdan sonra, tədbir iştirakçılarını Azərbaycan Respublikasının müstəqilliyi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şəhid olmuş bacı və qardaşlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş övladlarımızın xatirəsi ehtiramla yad edidikdən sonra, Azərbaycanın dövlət himmi səslənərək tədbir vətənpərvərlik mövzusunda davam etdi.
Çıxış edən 20 yanvar Cəmiyyəti İctimai Birliyinin sədr müavini Mustafa Əliyev şagirdlər qarşısında çıxış edərək , xalqımızın ilk şəhidləri olan 20 yanvar şəhidlərinin fədakarcasına müstəqilliyimizə qovuşmaq üçün şəhid olmalarından və 20 yanvar hadisəsinin tarixinə nəzər salaraq bəzi tarixi hadisələr haqqında şagirdlərə məlumat verdi. 
Tədbirdə Qarabağ müharibəsi veteranları Qafar Mirzəyev Qarabağ müharibəsindən və müstəqilliyimizin necə qanlar bahasına qazandığından və işğal olunmuş Qarabağ torpaqlarının tezliklə azad edilib gələcək nəsilə qalmaması üçün mübarizə aparılmasından və milli qəhramanlarımızın göstərdiyi qəhrəmanlıqlarından ətraflı danışaraq şagirdlərə öz tövsiyələrini çatdırdı. 
Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun Prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasından, quruculuğundan və ordumuzun bu günki haqqında xoş və qürururlu sözlərlə şagirdlərə ətraflı məlumat berərək qeyd etdi ki, Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində, qısa bir zamanda Azərbaycan Silahlı Qüvvələri, NATO standartlarına uyğun formalaşmış və Cənubi Qafqaz ölkələri içərisində ən güclü və qüvvətli ordu olmuşdur. Artıq Azərbaycanın Ordusu 1992-1993-cü illərdəki ordu deyil. Silahlı Qüvvələrimizin maddi-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji durumunun yaxşılaşdırılması, döyüş əhvali-ruhiyyəsinin yüksəl¬dilməsi sahəsində ciddi işlər görüldü. 
Hazırda Azərbaycan Silahlı Qüvvələrininin əsgər və zabit heyətləri beynəlxalq ölkələrin sülhməramlı tədbirlərində yaxından iştirak edərək öz misiyalarını yerinə yetirərək antiterror koalisiyalarında yaxından iştirak edirlər. Son illər ərzində Əfqanıstana və iraqa göndərilən əsgəri qüvvələrimiz Azərbaycan dövlətinin başını uca edərək, hərbi hazırlığımızın yüksək səviyə¬sini nümayiş etdirmişdirlər.
Yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərin Azərəbaycanı deyil, onun iqtisadiyyatı, hərbi potensialı və qüdrəti günü-gündən güclənməkdədir.
Əgər birinci Qarabağ müharibəsində Azərbaycan Ordusunda azsaylı hərbçi mütəxəsislər döyüşürdülərsə, indi onların sayı 10 minlərlədir. Əgər işğal olunmuş torpaqlarımızın işğaldan azad olunması istiqamətində aparılan sülh danışıqları nəticə verməzsə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev hərb variantından istifadə edib müharibə əmrini verərsə, onda biz-keçmiş Əfqanstan və Qarabağ müharibəsinin döyüşçüləri, Qarabağda işğal olunmuş torpaqlarımızın erməni işğalçılarından təmizləyib azad etmək üçün yenidən döyüşməyə hazırıq! Biz bu ağır yükü və problemi gələcək nəsilə saxlamamalıyıq! Sərraf Orucov çıxışının sonunda gələcək yeniyetmə nəsilin nümayəndələri olan məktəbli şagirdlərə öz arzu və tövsiyələrini bildirdi.
Tədbirdə iştirak edən qonaqların hər biri çıxış etdikdən sonra, qonaqlar şagirdləri və müəllimləri maraqlandıran maraqlı sual cavabla və təkliflər ilə davam etdirildi. Şagirdlərdən Aliyə Heydərli çox milli Qəhramanımız Mübariz İbrahimlinin qəhrəmanlığı haqqında qürurla danışaraq maraqlı və məqsədəuyğun təkliflə çıxış edərək, belə görüşlərin tez-tez keçirilməsini və orta məktəblilərin hərbi hissələrdə əsgərlərlə görüşünün keçirilməsini arzu etdi.
Tədbirin sonunda, orta məktəbin direktoru Aytən Baxşıyeva dəvəti qəbul edib gəldiyi və bu cürə səmimi görüş keçirildiyi üçün qonaqlara 8 saylı Tam Orta Məktəbin kollektivi və şəxsən öz adından təşəkkürünü bildirdi.

 

Fact-info.az


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1313

QHT və MEDİA

2019-09-23 09:50:13

QHT və MEDİA
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...
Dağlıq Qarabağın Azərbaycanlı icmasının ...

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in...

2019-09-21 08:30:20

QHT və MEDİA
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...
Ermənistanın işğalçılıq siyasəti ilə bağ...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına ...

CƏMİYYƏT

2019-09-23 07:25:33

CƏMİYYƏT
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...
"Azərbaycan ədəbiyyatı tarixinin etüdlər...

Mədəniyyət Nazirliyinin "Azərbaycan kitabının dünyada tanıdılması" layihəsi ç...

2019-09-19 18:20:16

CƏMİYYƏT
Azərbaycan Milli Radiosunda nələr gözlən...
Azərbaycan Milli Radiosunda nələr gözlən...

1926-cü ildə təməli qoyulan və ölkəmizdə ilk kütləvi informasiya vasitəsi ol...

İQTİSADİ

2019-09-21 15:25:56

İQTİSADİ
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...
UNEC rektoru Ədalət Muradov: “Milli ali ...

UNEC rektoru, professor Ədalət Muradov çıxışı zamanı mütəxəssis hazırlığında ...

2019-09-19 18:55:57

İQTİSADİ
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...
SOCAR-ın Fontana Qarşı Dağmədənxilasetmə...

Sentyabrın 19-da “Əsrin müqaviləsi”nin 25-ci ildöbümü və “Neftçilər günü” ərə...