2020-12-01 08:55:08 | SİYASƏT
Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır

Laçın rayonunun işğaldan azad edilməsi Azərbaycanın dövlət sərhədlərinin tam bərpası deməkdir. Bu isə istənilən müstəqil dövlət üçün müstəsna əhəmiyyət kəsb edən məsələdir.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəylinin sözlərinə görə, dövlət müstəqilliyi kompleks bir anlayışdır və bu anlayışın sərhədləri dövlət sərhədlərinin toxunulmazlığından başlayır:

“Laçın rayonunun işğalına son qoyulması ilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığı tam təmin edilib ki, bu da ilk növbədə dövlətimizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suveren hüquqlarının de-fakto təmin olunması deməkdir. Hadisələrin bundan sonrakı gedişatı siyasi xarakter daşıyacaq, bu isə proseslərin Azərbaycan dövlətinin, ordusunun üstün mövqelərinin diqtə etdiyi şərtlər altında inkişafı anlamına gəlir.

Laçın rayonun işğaldan azad edilməsi ilk növbədə Azərbaycan Respublikasının Ali Baş Komandanının rəhbərliyi ilə 44 günlük möhtəşəm zəfər yürüşünü həyata keçirən Azərbaycan Ordusunun rəşadəti, şəhidlərimizin və qazilərimizin müqəddəs qanı bahasına baş tutub. Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları, işğalçı ölkənin faktiki kapitulyasiyasını ifadə edən birgə bəyanat da Ordumuzun möhtəşəm zəfərinin nəticəsidir”.

E.Mirzəbəyli bildirib ki, Laçın rayonunun işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır: “Kimin nə deməsindən, hadisələri hansı maraqlar və dünyagörüşləri çərçivəsindən şərh etməsindən, dəyərləndirməsindən asılı olmayaraq, coğrafiyadan anlayışı olan, regionun xəritəsini görməyi bacaran istənilən şəxs Azərbaycanın öz əraziləri üzərində nəzarətinin tam bir şəkildə bərpa olunduğunu anlaya bilir. Azərbaycanın ayrılmaz parçası olan Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycan əsgərinin ayaqları altındadır və bu əbədiyyətə qədər belə olacaq”.

Baxış sayı : 225
Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlanacaq 2021-01-27 08:15:39 Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edildi 2021-01-27 07:50:29 ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır 2021-01-27 07:10:54 "Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir" 2021-01-26 18:40:43 "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik! 2021-01-26 17:15:58 Ədəbi fikir tariximizin böyük ziyalısının anadan olmasından 158 il ötdü 2021-01-26 10:05:32 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb 2021-01-26 09:05:48 Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək 2021-01-26 08:50:16 "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" 2021-01-26 08:15:49 Qarabağda torpaq islahatı üçün yeni mexanizm hazırlanacaq 2021-01-26 08:10:46 Prezident: “Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır” 2021-01-25 19:20:14 İnkişafın Qarabağ modeli qurulacaq 2021-01-25 11:20:56 Ombudsman əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib 2021-01-25 09:45:33 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey 2021-01-25 08:40:03 Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur 2021-01-25 08:20:49 117 km-dən çox yol minalardan təmizlənib 2021-01-25 08:05:27 “Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək” 2021-01-24 20:05:44 Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37 Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır” 2021-01-23 21:40:36 ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42 Bazar iqtisadiyyatı şəraitində biznesin borc təcrübəsi 2021-01-23 09:55:17