2020-12-01 08:10:38 | AKTUAL
18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq bu gün şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə bu gün 18 rayonda (Xaçmaz, Qusar, İsmayıllı, Göyçay, Lerik, Lənkəran, Daşkəsən, Yevlax, Şəmkir, Qazax, Ağdaş, Kürdəmir, Füzuli, Qobustan, Biləsuvar, Saatlı, Salyan, İmişli) da yeni inşa olunmuş 57 fərdi yaşayış evi təqdim edilib.

Ümumilikdə bu gün Gəncədə təqdim edilən 50 mənzil də daxil olmaqla 107 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzil və fərdi evlə təmin olunub. Xaçmaz və Qusar rayonlarında evlərin təqdim edilməsi tədbirlərində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, İsmayıllı rayonunda evlərin verilməsi tədbirində Nazirliyin Aparat rəhbərinin müavini Bəxtiyar Əzizov, rayon İcra Hakimiyyətlərinin rəsmiləri iştirak ediblər.

Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində parlaq Qələbəni qazanaraq tariximizin şanlı qəhrəmanlıq səhifəsini yazdı. Torpaqlarımızı 30 ilə yaxın müddət ərzində işğal altında saxlayan erməni faşizmi məhv edildi, ərazilərimiz öz azadlığına qovuşdu. Silahlı Qüvvələrimizin qüdrəti, yenilməzliyi, xalqımızın sarsılmaz birliyi dünyaya nümayiş olundu. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizdə, şəhərlərimizdə bu gün Azərbaycan bayrağı dalğalanır və xalqımız bundan böyük iftixar hissi keçirir.

Bu fərəhli günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminatı işləri də davam edir. 2020-ci ildə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 1000-i bu kateqoriyadan olanlara verilib. Beləliklə, indiyədək 8558 mənzil və fərdi ev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim olunub.

Tədbirdə yeni fərdi evlə təmin olunan şəhid ailələrinin üzvləri, müharibə əlilləri Qələbə sevinclərini bölüşüb, Ordumuzun uğurlu hərbi əməliyyatlarından, Azərbaycan əsgərinin yüksək vətənpərvərliyindən, rəşadətindən qürurla bəhs edib, bu böyük Qələbəyə görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Ordumuza minnətdarlıqlarını bildiriblər. Həmçinin daim xüsusi qayğı ilə əhatə olunduqlarına, bu gün isə yeni evlə təmin edildiklərinə görə dövlət başçımıza təşəkkürlərini ifadə ediblər.

Baxış sayı : 155
Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır 2021-01-27 08:35:25 Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlanacaq 2021-01-27 08:15:39 Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edildi 2021-01-27 07:50:29 ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır 2021-01-27 07:10:54 "Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir" 2021-01-26 18:40:43 "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik! 2021-01-26 17:15:58 Ədəbi fikir tariximizin böyük ziyalısının anadan olmasından 158 il ötdü 2021-01-26 10:05:32 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb 2021-01-26 09:05:48 Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək 2021-01-26 08:50:16 "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" 2021-01-26 08:15:49 Qarabağda torpaq islahatı üçün yeni mexanizm hazırlanacaq 2021-01-26 08:10:46 Prezident: “Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır” 2021-01-25 19:20:14 İnkişafın Qarabağ modeli qurulacaq 2021-01-25 11:20:56 Ombudsman əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib 2021-01-25 09:45:33 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey 2021-01-25 08:40:03 Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur 2021-01-25 08:20:49 117 km-dən çox yol minalardan təmizlənib 2021-01-25 08:05:27 “Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək” 2021-01-24 20:05:44 Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37 Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır” 2021-01-23 21:40:36 ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42