2020-12-01 07:45:32 | QHT VƏ MEDİA
BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) 44 günlük müharibə dövründə Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı döyüşməsinə dair hesabat hazırlayıb.

Hesabatda qeyd olunur ki, sentyabrın 27-dən noyabrın 9-da kimi davam edən ikinci Qarabağ müharibəsi dövründə Ermənistan milli təbliğatın tərkib hissəsi kimi bu dövlətdən olmayan aktorların beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ bölgəsində gedən əməliyyatlara cəlb olunması üçün dəfələrlə çağırışlar edib. Hesabatda ilk olaraq bu kimi fəaliyyətləri tənzimləyən hüquqi çərçivə, o cümlədən BMT-nin “Silahlı muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı Beynəlxalq Konvensiyası” barədə danışılır və Ermənistan parlamentinin bu yaxınlarda konvensiyanı ratifikasiya etdiyi diqqətə çatdırılır.

Hesabatın digər bölmələrində konkret olaraq muzdlular və xarici döyüşçülərin Ermənistan tərəfdən istifadəsinə dair faktlar yer alır. Bildirilir ki, erməni və qeyri-erməni millətindən olan xarici döyüşçü və muzdluların Azərbaycana qarşı döyüşməsi faktına 1988-1994-cu illərdə birinci Qarabağ müharibəsi, xüsusilə Xocalı faciəsinin törədilməsi zamanı da rast gəlinib. Bu baxımdan ABŞ-ın Kaliforniya ştatında doğulmuş beynəlxalq terrorçu Monte Melkonyanın adı çəkilir.

Qeyd edilir ki, Ermənistan rəhbərliyi xüsusilə PKK terror təşkilatına üzv olan suriyalı və iraqlılardan muzdlu döyüşçü kimi istifadə edib. Bu baxımdan mediada və hesabatlarda yer almış faktlar, müsahibələr qeyd olunur. Həmçinin Ermənistan rəhbərliyinin erməni və qeyri-erməni əsilli xarici vətəndaşların Azərbaycana qarşı döyüşməsi üçün dəfələrlə səsləndirdiyi çağırışına diqqət çəkilir və bildirilir ki, 44 günlük müharibə dövründə bəzi xarici vətəndaşlar xristian həmrəyliyinin tərkib hissəsi olaraq Azərbaycana qarşı döyüşmək üçün Ermənistana gediblər. Bu baxımdan Yunanıstan, Suriya, Livan, Latın Amerikasından olan xarici döyüşçülərə dair faktlar göstərilir. Bununla yanaşı, xaricdə yaşayan erməni diaspor nümayəndələrinin döyüşlərdə iştirakına dair faktlar göstərilir.

Hesabatı yükləmək və oxumaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://aircenter.az/frontend/uploads/files/mercenaries%20and%20foreign%20fighters.pdf

Baxış sayı : 173
Heiko Maas: Avropa Şurası Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır 2021-01-27 08:35:25 Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlanacaq 2021-01-27 08:15:39 Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edildi 2021-01-27 07:50:29 ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır 2021-01-27 07:10:54 "Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir" 2021-01-26 18:40:43 "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik! 2021-01-26 17:15:58 Ədəbi fikir tariximizin böyük ziyalısının anadan olmasından 158 il ötdü 2021-01-26 10:05:32 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb 2021-01-26 09:05:48 Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək 2021-01-26 08:50:16 "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" 2021-01-26 08:15:49 Qarabağda torpaq islahatı üçün yeni mexanizm hazırlanacaq 2021-01-26 08:10:46 Prezident: “Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır” 2021-01-25 19:20:14 İnkişafın Qarabağ modeli qurulacaq 2021-01-25 11:20:56 Ombudsman əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib 2021-01-25 09:45:33 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey 2021-01-25 08:40:03 Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur 2021-01-25 08:20:49 117 km-dən çox yol minalardan təmizlənib 2021-01-25 08:05:27 “Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək” 2021-01-24 20:05:44 Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37 Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır” 2021-01-23 21:40:36 ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42