2020-11-28 21:05:34 | AKTUAL
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib

Bu ilin 27-28 noyabr tarixlərində Niger Respublikasının paytaxtı Niamey şəhərində İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, İƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü ilə bağlı siyasi, iqtisadi və mədəni məsələləri əhatə edən qətnamələr qəbul edilib. Qeyd edək ki, İƏT tərəfindən ənənəvi olaraq hər il qəbul olunan bu qətnamələrə bölgədəki son vəziyyət nəzərə alınmaqla yeni müddəalar daxil edilib.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" adlı qətnamədə bu ilin 27 sentyabr tarixində Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, təcavüz çərçivəsində mülki şəxslərə və mülki infrastruktura böyük zərərin vurulması, o cümlədən Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Gəncə, Bərdə, Tərtər şəhərlərinin sıx yaşayış məskənlərinin ağır artilleriya, ballistik və kaset raketlərinin hücumuna məruz qalmasını qətiyyətlə pislənilib. Ermənistan qüvvələri tərəfindən Azərbaycan mülki əhalisinə qarşı törədilən aktlar müharibə cinayəti və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilib. Sənəddə Azərbaycanın cavab əməliyyatları nəticəsində işğal olunmuş ərazilərinin əhəmiyyətli hissəsini azad etməsi və hərbi əməliyyatların dayandırılması üzrə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı üzv ölkələr tərəfindən alqışlanıb.

"Azərbaycan Respublikasına iqtisadi yardım" adlı qətnamədə Azərbaycan ərazilərinin işğaldan azad olunmasının Azərbaycan Respublikasının ərazisindəki bir milyondan çox məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və şərəfli qayıdışına və beləliklə də ciddi humanitar problemlərin aradan qaldırılmasına imkan verəcəyi qeyd olunur. Bu xüsusda üzv ölkələrə, İslam İnkişaf Bankı və digər İslam institutlarına işğaldan azad olunmuş torpaqlara məcburi köçkünlərin geri dönüşünü təmin etmək üçün bu ərazilərin yenidən qurulması və bərpasında Azərbaycan Hökumətinə və Xalqına yardım etməyə çağırış öz əksini tapır. Burada, habelə bütün beynəlxalq institutlar Azərbaycanın iqtisadi və sosial inkişaf fəaliyyətini dəstəkləməyə çağırılır.

"Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərində İslam tarixi və mədəni ziyarətgahlarının dağıdılması və təhqir edilməsi" adlı qətnamədə Azərbaycanın işğal olunmuş ərazilərindəki İslam tarixi və mədəni abidələrinin, ziyarətgahlarının dağıdılması, talan edilməsi, oğurlanması, qanunsuz yerdəyişməsi və ya mənimsənilməsi, eləcə də bu obyektlərə qarşı vandallıq aktlarının törədilməsi qətiyyətlə pislənilir, yenicə azad olunmuş ərazilərdə yerləşən Məscidlərin Ermənistan tərəfindən təhqir olunması şiddətlə qınanılır. Qətnamədə Azərbaycanın ona dəymiş zərərə görə təzminat tələb etmək haqqı, Ermənistanın isə bu təzminatı ödəmək məsuliyyəti təsdiq olunur.

Qeyd edək ki, qətnamələr İƏT-in 57 üzv ölkəsi tərəfindən qəbul edilib.

Baxış sayı : 182
Nizami Gəncəvi ili ilə əlaqədar müvafiq Fəaliyyət Planı hazırlanacaq 2021-01-27 08:15:39 Ermənistanın düzəlişləri AŞPA tərəfindən rədd edildi 2021-01-27 07:50:29 ATƏT-in həmsədrlik institutu yeni reallıqları qəbul etməli və onlarla hesablaşmalıdır 2021-01-27 07:10:54 "Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir" 2021-01-26 18:40:43 "Kapital Bank" ASC-nin Lerik filialından cavab gözləyirik! 2021-01-26 17:15:58 Ədəbi fikir tariximizin böyük ziyalısının anadan olmasından 158 il ötdü 2021-01-26 10:05:32 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 105-ci kitabı çapdan çıxıb 2021-01-26 09:05:48 Lütfi Zadənin 100 illiyik yubileyi qeyd ediləcək 2021-01-26 08:50:16 "ABŞ Azərbaycan və Ermənistan arasında sülh quruculuğu prosesinə töhfə verə bilər" 2021-01-26 08:15:49 Qarabağda torpaq islahatı üçün yeni mexanizm hazırlanacaq 2021-01-26 08:10:46 Prezident: “Regionda yeni imkanlar əməkdaşlığa geniş qapılar açır” 2021-01-25 19:20:14 İnkişafın Qarabağ modeli qurulacaq 2021-01-25 11:20:56 Ombudsman əsir və girovlarla bağlı hesabatı beynəlxalq təşkilatlara göndərib 2021-01-25 09:45:33 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzey 2021-01-25 08:40:03 Məhəmməd Cavad Zərif: İran qardaş və dost dövlət olaraq Azərbaycanın qələbə qazanmasından məmnunluq duyur 2021-01-25 08:20:49 117 km-dən çox yol minalardan təmizlənib 2021-01-25 08:05:27 “Dostluq” yatağına dair Memorandum nəqliyyat-tranzit potensialını möhkəmləndirəcək” 2021-01-24 20:05:44 Məmurlar dürüst, xalqına, dövlətinə sadiq və peşəkar xüsusiyyətlərə malik olmalıdır - Hikmət Hacıyev 2021-01-24 09:25:25 “Komsomolskaya Pravda”da 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə dərc olunub 2021-01-24 09:15:43 "Ermənistan cəmiyyəti qisasla bağlı fikirlərdən əl çəkməlidir" 2021-01-24 09:05:37 Əli Hüseynli: “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın beynəlxalq rolu artmaqdadır” 2021-01-23 21:40:36 ADA Universiteti Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və səmərəli təşkili mövzusunda sosioloji tədqiqat layihəsini həyata keçirəcək 2021-01-23 10:20:38 Azərbaycanın enerji strategiyası uzaqgörənlik, effektiv qərar qəbuletmə və koordinasiyalı fəaliyyət planı üzrə uğurla icra olunur 2021-01-23 10:05:42 Bazar iqtisadiyyatı şəraitində biznesin borc təcrübəsi 2021-01-23 09:55:17