SİYASƏT
A- A A+

Milli Ordunun Horadiz əməliyyatının 22 illliyi qeyd olunub

2016-01-06 16:30:45

Azərbaycan Ordusunun 1994-cü il yanvarın 5-dən 6-a keçən gecə keçirdiyi uğurlu əməliyyatla Horadiz qəsəbəsi də daxil olmaqla, Füzuli rayonunun 22 yaşayış məntəqəsinin erməni işğalçılarından azad edilməsindən 22 il ötdü

Bu münasibətlə Horadiz şəhərindəki Heydər Əliyev parkında rayonun idarə, müəssisə, hüquq mühafizə orqanları rəhbərlərinin, ərazidəki icra nümayəndələri, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Tədbiri Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, Horadiz əməliyyatının əhəmiyyətindən danışıb. 

Bildirib ki, 1993-cü ilin oktyabr ayında tam işğala məruz qalan Füzuli rayonunun 22 yaşayış məntəqəsi o zaman ölkəyə rəhbərlik edən mərhum Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində düşməndən azad edilib.

 “Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı zamanı Horadiz qəsəbəsi və rayonun 20 Arazboyu kəndi, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş, 21 min hektar ərazi düşmən tapdağından xilas olunmuşdur. Bu döyüşlərdə ermənilər böyük itkilər vermişdir”.

Alı Alıyev bildirib ki, Horadiz və işğaldan azad olunmuş digər yaşayış məntəqələri Heydər Əliyevin rəhbərliyi ilə bərpa olunmağa başladı, sosial obyektlər, dağıdılmış və yandırılmış infrastruktur  bərpa olundu, füzulililər doğma yurdlarına qayıtdılar. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”,-deyən Prezident İlham Əliyevin sərəncamları ilə rayon ərazisində 11 Qayıdış, 5 Zobucuq qəsəbəsi salınıb, hazırda həmin qəsəbələrdə 20 min nəfərdən artıq məcburi köçkün məskunlaşıb. Hazırda rayonda Fin quraşdırma evlər şəhərciyinin ərazisində yeni qəsəbənin tikintisi aparılır. Ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilib.

 “Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində Horadizə şəhər statusu verilib, müasir sosial-infrastruktur layihələri reallaşdırılıb. Son 13 ildə cənab prezident Füzuliyə 5 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 6 sərəncam imzalamışdır.”-deyə Alı Alıyev vurğulayıb.

Digər çıxış edənlər “Azərbaycan bayrağı” ordenli Sevindik İsmayılov, Horadiz şəhərində erməni bayrağını endirib Azərbaycan bayrağını sancan Şakir Bayramov və digərləri Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri olduğunu vurğulayıblar. Bildirilib ki, Horadiz əməliyyatı hərb tariximizin ən parlaq səhifələrindən biridir. Məhz bu əməliyyat Azərbaycan Ordusu nəyə qadir olduğunu açıq şəkildə göstərib. (modern.az)


Kateqoriya : SİYASƏT Baxış sayı : 757

QHT və MEDİA

2018-08-18 12:25:34

QHT və MEDİA
ABŞ-ın populyar radio-şousunun efirində ...
ABŞ-ın populyar radio-şousunun efirində ...

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının məşhur və geniş auditori...

2018-08-15 18:20:39

QHT və MEDİA
Layihə çərçivəsində bölgələrdə prezident...
Layihə çərçivəsində bölgələrdə prezident...

Tədbir Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlü...

CƏMİYYƏT

2018-08-17 08:50:12

CƏMİYYƏT
Sərhəd Qoşunlarının yaradılması müstəqil...
Sərhəd Qoşunlarının yaradılması müstəqil...

Hər bir dövlətin tarixi həm də onun sərhədlərinin tarixidir. Belə bir deyim v...

2018-08-16 07:45:15

CƏMİYYƏT
“Con Batçelor Şou”: Tərtər rayonundan re...
“Con Batçelor Şou”: Tərtər rayonundan re...

Məşhur amerikalı aparıcını cəbhə xəttinə yaxın rayona səfər zamanı Tərtər Ray...

İQTİSADİ

2018-08-18 11:35:02

İQTİSADİ
UNEC beyxəlxalq proqrama qəbul olunub
UNEC beyxəlxalq proqrama qəbul olunub

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi...

2018-08-15 13:55:58

İQTİSADİ
Regionların sosial-iqtisadi inkişafı ölk...
Regionların sosial-iqtisadi inkişafı ölk...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin çevik ve məqsədyönlü sosial-iqtis...