SOSİAL
A- A A+

İstanbulda Əlibəy Hüseynzadənin qızının sərgisi açılıb

2016-01-06 11:55:28

Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın İstanbulda fərdi rəsm sərgisi açılıb.

 

İstanbulun Bəyoğlu rayonundakı “Eller” sənət qalereyasında açılmış sərgiyə Türkiyənin sənət ictimaiyyəti, əcnəbi və yerli mətbuat yaxından diqqət göstərib. Sərgidə Feyzavər Alpsarın ənənəvi tərzin də son illərdə dəri qavallar və kağızlar üzərinə işlədiyi əsərləri nümayiş etdirilir.

APA-ya açıqlama verən rəssam Feyzavər Alpsar  fərdi sərgilərinə Türkiyədəki Azərbaycan ictimaiyyətinin  hər il daha çox maraq göstərməsindən çox məmnun qaldığını vurğulayıb. ”Sizin agentliyiniz illərdən bəri atam, qardaşım Səlim və mənim barəmdə yazır. Bundan çox razıyam. Sizin göstərdiyiniz bu diqqət məni daha çox çalışmağa və daha yaxşı əsərlər yaratmağa sövq edir. Azərbaycana sizin vasitənizlə sayğı və sevgilərimi göndərirəm”, deyə Feyzavər Alpsar bildirib.

 

 Qeyd edək ki, Hüseynzadə ailəsinin ən kiçik övladı Feyzavər Alpsar 1921-ci ildə İstanbulda anadan olub. Memar Sinan adına incəsənət akademiyasını bitirib. Türkiyədə incəsənətin inkişafında mühüm xidmətləri olan Feyzavər Alpsar indiyə qədər 50-yə yaxın fərdi sərgi keçirib. 


Kateqoriya : SOSİAL Baxış sayı : 1267

QHT və MEDİA

2020-06-06 16:55:00

QHT və MEDİA
Anar Məmmədov: İkili standartlar olan ...
Anar Məmmədov: İkili standartlar olan ...

Müstəqilliyin bərpasından ötən dövr ərzində Azərbaycan demokratik inkişaf ist...

2020-06-06 10:20:15

QHT və MEDİA
“İngiltərənin geosiyasi maraqlarında “er...
“İngiltərənin geosiyasi maraqlarında “er...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü...

CƏMİYYƏT

2020-06-04 18:35:30

CƏMİYYƏT
Ekoloji təhlükəsizlik siyasəti
Ekoloji təhlükəsizlik siyasəti

Əvvəl "Ekoloji təhlükəsizlik" nədir sualına aydınlıq gətirməyə çalışaq. Ekolo...

2020-06-03 08:40:48

CƏMİYYƏT
Azərbaycan Ordusu - 102
Azərbaycan Ordusu - 102

“Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc a...

İQTİSADİ

2020-05-29 09:30:52

İQTİSADİ
Azərbaycan postpandemiya dövründə biznes...
Azərbaycan postpandemiya dövründə biznes...

Dünyanın aparıcı şirkətlərinin Azərbaycana marağı artmaqdadır. Hətta pandemiy...

2020-05-15 10:35:56

İQTİSADİ
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...
Azərbaycan Qafqazdan keçən Avrasiya nəql...

Azərbaycan Qafqaz regionundan keçən Avrasiya nəqliyyat marşrutlarının inkişaf...