SİYASƏT
A- A A+

ABŞ konqresmeninin Azərbaycanla bağlı qərəzli layihəsinə qarşı Kaliforniyada petisiya yaradılıb

2016-01-04 21:35:33

ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan icması konqresmen Kris Smit tərəfindən ölkəmizlə bağlı təqdim olunmuş qərəzli qanun layihəsinə etiraz edən elektron petisiya yaradıb

Petisiya Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayana, layihənin müzakirə olunacağı xarici əlaqələr, hüquqi məsələlər və maliyyə komitələrinin sədrlərinə ünvanlanıb.

Petisiyada qanun layihəsinin erməni lobbisinin təhriki ilə irəli sürüldüyü vurğulanır və buna görə də tam qərəzli xarakter daşıdığı bildirilir. Qeyd olunur ki, Ermənistanın korrupsiyaya bulaşmış və insan haqlarını kobudcasına pozan hökumətinin ABŞ-da lobbiçiliyini aparan erməni diasporunun əsas məqsədi Azərbaycana və onun ABŞ ilə münasibətlərinə mümkün qədər ziyan vurmaqdır. Erməni lobbisi Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətini pərdələmək üçün dəridən-qabıqdan çıxır.

Azərbaycan ilə ABŞ-ın indiyədək terrorizmə və ekstremizmə qarşı mübarizə, enerji təhlükəsizliyi və digər sahələrdə uğurla əməkdaşlıq etdikləri bildirilən petisiyada ABŞ üçün ən çətin vaxtlarda, xüsusilə 11 sentyabr terror hadisələrindən sonra Azərbaycanın Birləşmiş Ştatlara dəstək olduğu diqqətə çatdırılır. Qeyd olunur ki, çətin bir bölgədə yerləşməsinə baxmayaraq, Azərbaycan öz dünyəviliyini və tolerantlıq ənənələrini qoruyub saxlaya bilib, müsəlmanların, xristianların və yəhudilərin dinc, qarşılıqlı hörmət şəraitində yaşadıqları multikulturalizm məkanına çevrilib.

Bütün bunları, xüsusilə layihənin qərəzliliyini və ABŞ-Azərbaycan münasibətlərinin yüksək önəmini nəzərə alaraq, ABŞ Konqresinin erməni lobbisinin hiylələrinə uymayaraq sözügedən qanun layihəsini qətiyyətlə rədd etməsinin vacibliyi vurğulanır. Qeyd olunur ki, əgər qanun layihəsi qəbul edilərsə bu, nəinki Azərbaycan-ABŞ dostluğuna, ilk növbədə ABŞ-ın özünün milli maraqlarına ziyan vuracaq.

Həm ABŞ-da, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar və Azərbaycanın dostları bu petisiyanı imzalamağa dəvət edilir. Petisiyaya bu linkə daxil olaraq qoşulmaq mümkündür:

https://www.change.org/p/reject-the-racist-anti-azerbaijani-bill-at-u-s-congress

 

 

 


Kateqoriya : SİYASƏT Baxış sayı : 938

QHT və MEDİA

2019-07-16 07:25:45

QHT və MEDİA
Gürcüstan parlamentinin sədr müavini: "A...
Gürcüstan parlamentinin sədr müavini: "A...

Bu barədə "Report"a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

...

2019-07-15 08:15:03

QHT və MEDİA
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...
Professor Fırat Purtaş: UNESKO-nun Şəki ...

Fact-info.az-ın məlumatına görə,bu fikri AZƏRTAC-a açıqlamasında Beynəlxalq T...

CƏMİYYƏT

2019-07-16 08:20:48

CƏMİYYƏT
Müharibə şəraitində mediamız
Müharibə şəraitində mediamız

Ancaq bəzi məqamları diqqətsiz buraxmaq olmur. Ümumiyyətlə, jurnalistikanın ...

2019-07-15 21:30:22

CƏMİYYƏT
Hacı Zeynalabdin Tağıyev haqqında film i...
Hacı Zeynalabdin Tağıyev haqqında film i...

Fact-info.az-ın məlumatına görə, bu barədə AZƏRTAC-a “100 il şərəfli ömür” fi...

İQTİSADİ

2019-07-17 08:50:31

İQTİSADİ
100,6 milyard dollar investisiya yatırıl...
100,6 milyard dollar investisiya yatırıl...

Energetika Nazirliyindən bildirilib ki, Energetika naziri Pərviz Şahbazov ADA...

2019-07-15 12:15:09

İQTİSADİ
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...
SOCAR-ın Karbamid Zavodunun məhsulu satı...

SOCAR-ın Karbamid Zavodunda istehsal olunan gübrə məhsulunun "Aqrolizinq" ASC...