TƏDQİQATLAR
A- A A+

“İRS” jurnalının Çin dilində növbəti nömrəsi nəşr edilib

2015-12-30 12:20:42

Nəşrin baş redaktoru Musa Mərcanlı birinci Avropa Oyunlarına həsr olunan məqaləsində qeyd edir ki, tarixdə ilk dəfə keçirilən bu cür əhəmiyyətli tədbirin təşkilinin Azərbaycana həvalə olunması ölkəmizin beynəlxalq aləmdə böyük nüfuzunun göstəricisidir

 Oyunları yüksək səviyyədə keçirən Azərbaycan hamıya sübut etdi ki, ən nüfuzlu beynəlxalq yarışları başqalarından yaxşı təşkil etməyə qadirdir.

Azərbaycan xalqının qonaqpərvərliyindən, idmançılarımızın qələbələrindən də ətraflı söz açan müəllif yazır ki, Azərbaycan iyun ayının 17 günü ərzində idmansevərlərin diqqət mərkəzində oldu, özü də təkcə Avropada deyil. Hamı inandı ki, Azərbaycan təkcə neft ölkəsi deyil, həm də yüksək mədəniyyəti, qonaqpərvərlik ənənələri olan bir ölkədir.

Jurnalda xarici işlər naziri Elmar Məmmədyarovun “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqların predmeti olmayıb və olmayacaq” adlı müsahibəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çinli oxucuların daha ətraflı məlumatlandırılmasında mühüm mənbə rolunu oynayacaq. Münaqişə barədə ətraflı məlumat verən nazir problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, işğal faktının təkcə Azərbaycan üçün deyil, bütün region üçün əsas təhdid olduğunu diqqətə çatdırır. O, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə əminlik ifadə edir.

Bundan başqa, jurnalda Azərbaycan xalqının qonaqpərvərliyindən, kəlağayının tarixindən bəhs edən məqalələr də yer alıb.

Digər məqalə isə Azərbaycanın mədəniyyət mərkəzlərindən olan Şuşa haqqındadır. Məqalədə Şuşanın mədəni tariximizdəki rolundan danışılır, bu şəhərin yetirməsi olan dahi incəsənət adamlarından söz açılır.

Jurnalda Bakı Dövlət Universiteti nəzdindəki Konfutsi İnstitutunun Çin tərəfdən direktoru xanım Xu Fenxuanın Azərbaycan tarixi, mədəniyyəti ilə bağlı məqaləsi də dərc olunub. (AZƏRTAC)

 

 

 


Kateqoriya : TƏDQİQATLAR Baxış sayı : 1424

QHT və MEDİA

2020-04-07 08:30:37

QHT və MEDİA
İctimai Qərargah ictimai sektorun poten...
İctimai Qərargah ictimai sektorun poten...

"Ümid edirəm ki, Şuranın təşkil etdiyi İctimai Qərargah #koronavirusla effekt...

2020-04-06 18:20:43

QHT və MEDİA
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...
“Ruhlar şəhəri”ndən ruhlar planetinə...

Ermənistan Ağdamı da işğal etdi və Şuşa kimi, Laçın, Kəlbəcər, Füzuli, Cəbray...

CƏMİYYƏT

2020-04-01 15:10:10

CƏMİYYƏT
31 mart 1918-ci il Bakı hadisələri bir i...
31 mart 1918-ci il Bakı hadisələri bir i...

XX əsr tariximizin ən ağrılı, ən qanlı, ən faciəli məqamı - xalqımızın və əra...

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

İQTİSADİ

2020-04-07 18:15:52

İQTİSADİ
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...
Sahil Babayev: Fərdi sahibkarlar üçün DS...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlik...

2020-04-05 17:25:14

İQTİSADİ
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...
Sahibkarlıqla bağlı Koordinasiya Şurası ...

Ölkədə sahibkarlıq fəaliyyətini (o cümlədən kiçik və orta sahibkarlığı) dəstə...