SOSİAL
A- A A+

QHT Şurasının növbəti tədbiri

2015-12-29 09:35:13

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.

Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev iclasın gündəliyinə rəhbərlik etdiyi qurumun 2015-ci ildəki fəaliyyəti və  Şuranın “Hüquq və monitorinq” Komissiyasının hesabatının müzakirəsini təklif edib. 

Katibliyin icraçı direktoru Fərasət Qurbanov Şuranın bütün strukturlarının 2015-ci il ərzində məhsuldar çalışdığını və üzərlərinə düşən işi uğurla yerinə yetirdiyini deyib. F.Qurbanov Şuranın media orqanlarının cari ildə də QHT-lərə məlumat dəstəyi verdiyini qeyd edib.

Eyni zamanda Şuranın QHT-lərə konsultativ dəstəyinin də davam etdirildiyini vurğulayan icraçı direktor yalnız son bir ayda müxtəlif mövzular üzrə 7 təlimin təşkil olunduğunu bildirib. 24 aprel və 23 sentyabr 2015-ci il tarixlərində Şuranın Apellyasiya Komissiyası 13 QHT-nin müraciətinə baxaraq müvafiq qərar qəbul edib. Şuranın elektron və çap karküzarlıq işində də cari ildə bir sıra yeniliklər tətbiq olunub.

F. Qurbanov 2016-cı ilin yanvarın 15-də  Şuranın 2015-ci ildəki fəaliyyəti ilə bağlı  ictimaiyyətə geniş hesabatın təqdim olunacağını bildirib.

Şura üzvü Əliməmməd Nuriyev rəhbərlik etdiyi “Hüquq və monitorinq” Komissiyasının  QHT-lərin fəaliyyətində ortaya çıxan məsələlərin həllinə yardımçı olmaq, QHT qanunvericiliyinə edilən əlavə və dəyişikliklərlə bağlı təşkilatlara zəruri hüquqi yardım göstərmək məqsədi ilə Ədliyyə Nazirliyi, Mərkəzi Bank, Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Fransanın ölkəmizdəki səfirlikləri, Fridrix Nauman Fondu, Açıq Cəmiyyət İnstitutu və bir çox başqa dövlət qurumları və beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq etdiklərini qeyd edib: “Komissiyanın fəaliyyəti müddətində 9 QHT-nin nümayəndələrinin sərhəd-buraxılış məntəqələrində əlavə yoxlamaları aradan qaldırılıb, 10 QHT-yə xarici donorlardan alınan qrant müqavilələrinin qeydiyyatı ilə bağlı bildirişlərin verilməsi təmin edilib, 1 QHT-yə qarşı qaldırılmış cinayət işi dayandırılıb, 7 QHT-nin bank hesabından həbs götürülüb. Eyni zamanda bir çox QHT-lərlə bağlı vergi yoxlamaları əsasən dayandırılıb. Bundan başqa 1 beynəlxalq təşkilatın fəaliyyətinin tam olunmasına yardım edilib. 6 beynəlxalq qurumla Şura arasında analaşma memorandumunun imzalanması üçün hazırlıq işləri başa çatdırılıb.Komissiya növbəti ildə də bu istiqamətdə fəaliyyətini davam etdirəcək”. İclasda gündəlikdəki məsələlər ayrılıqda səsə qoyularaq qəbul edilib.  


Kateqoriya : SOSİAL Baxış sayı : 1282

QHT və MEDİA

2020-03-29 18:55:57

QHT və MEDİA
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...
Səfir: Saxta “erməni soyqırımı” mövzusun...

Erməni millətçi dairələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımı ...

2020-03-29 09:30:18

QHT və MEDİA
Azərbaycan Respublikasının Birinci vitse...
Azərbaycan Respublikasının Birinci vitse...

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “I...

CƏMİYYƏT

2020-03-30 14:00:00

CƏMİYYƏT
Milli həmrəyliyimiz, məsuliyyətli davran...
Milli həmrəyliyimiz, məsuliyyətli davran...

Bu barədə QHT.az-a Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm...

2020-03-21 10:05:33

CƏMİYYƏT
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...
TRT Hacı Zeynalabdin Tağıyevə həsr edilm...

Türkiyənin “TRT AVAZ” televiziya kanalında yayımlanan “Köklərin izində” sənəd...

İQTİSADİ

2020-03-23 12:10:28

İQTİSADİ
Könül Nurullayeva: Azərbaycan Prezidenti...
Könül Nurullayeva: Azərbaycan Prezidenti...

Fevralın 9-da Milli Məclisə keçirilən seçkilər Azərbaycanda demokratik dəyərl...

2020-03-17 11:00:35

İQTİSADİ
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...
Hazırkı vəziyyət Rəqabət Məcəlləsinin qə...

Artıq iqtisadi strukturlarda baş verən dəyişikliklər Rəqabət Məcəlləsinə qəbu...