2020-11-01 12:05:25 | MÜSAHİBƏ
Elçin Əmirbəyov: Ermənistanın işğal siyasətinə son qoyulacaq

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın məşhur “TV9” kanalı və” Navbharat Times” informasiya agentliyinə iki müsahibəsində Hindistan ictimaiyyətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən son hadisələr barədə məlumatlandırıb.

E.Əmirbəyov, sentyabrın 27-də Azərbaycana qarşı növbəti hərbi təcavüzə başlayan və döyüş meydanında alçaldıcı məğlubiyyətə uğrayan Ermənistan rəhbərliyinin atəşkəs və münaqişənin sülh yolu ilə həlli axtarışında qətiyyən maraqlı olmadığını qeyd edib. E.Əmirbəyov, təcavüzkar ölkənin hərbi-siyasi rəhbərliyinin döyüş bölgəsindən uzaq şəhərlərdə və kəndlərdə yaşayan Azərbaycanın mülki əhalisini raket və artilleriya atəşinə tutma cinayətkar təcrübəsini davam etdirən qeyri-insani davranışlarına toxunub.

Səssiz beynəlxalq ictimaiyyət tərəfindən cəzasız qaldığından sui-istifadə edərək, Ermənistan rəhbərliyi və işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı cinayətkar marionet rejimi, hərbi əməliyyatlar bərpa olunduqdan sonra 91 dinc Azərbaycan vətəndaşının ölümü və 400-dən çoxunun müxtəlif dərəcəli ağır yaralanması ilə nəticələnən hərbi cinayətlər, terror aktları və insanlığa qarşı cinayətlər törətməyə davam edir. E.Əmirbəyov vurğulayıb ki, “Smerç” yaylım atəşli raket sistemlərindən Bərdə və Tərtərin mülki əhalisinə raket zərbələri endirərkən, erməni tərəfi beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş kaset bombalardan istifadə edib, bu fakt Azərbaycan tərəfindən məlumatların toplanması və bütün hərbi cinayətlərin və Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının pozuntularının qeydə alınması üçün dəvət edilmiş “Amnesty International” və “Human Rights Watch” beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən təsdiqlənib. Birinci vitse-prezidentin köməkçisi, həmçinin Ermənistanın Bərdə, Tərtər və Goranboya raket hücumlarının ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən təşkil olunan iki ölkənin xarici işlər nazirlərinin Cenevrədəki görüşü ərəfəsində baş verdiyini və bunun təcavüzkar ölkənin həyasız riyakarlığını və xainliyini bir daha təsdiq etdiyini bildirib.

“Ermənistan baş naziri Paşinyanın məntiqsiz, gözlənilməz və bu səbəbdən də təhlükəli davranışı dinc mülki əhali də daxil olmaqla hər gün daha çox qurbanlara səbəb olur. Bu baxımdan beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın Azərbaycana təcavüzünün dayandırılmasına yönəlmiş səmərəli addımların mövcud olmaması halında, Bakının Ermənistanı sülhə məcbur etmək və əzəli Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün sentyabrın 27-si əks hücum çərçivəsində başlayan əməliyyatı ən qısa müddətdə başa çatdırmaq xaricində başqa yolu yoxdur”, - deyə, E.Əmirbəyov sözünə yekun vurub.

Baxış sayı : 267
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36