2020-10-31 16:50:04 | SİYASƏT
"Ermənistan beynəlxalq vasitəçilərin əməyinə hörmətsizlik nümayiş etdirir"

“Bu günədək 3 dəfə bəyan edilən humanitar atəşkəs Ermənistan tərəfindən kobud şəkildə pozulub”.

APA-nın xəbərinə görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

O bildirib ki, 10 oktyabr tarixindən Moskvadakı razılaşmadan sonra elan olunan humanitar atəşkəsdən sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni gecə vaxtı raket atəşinə tutub: “Növbəti dəfə 17 oktyabr tarixində 18 oktyabr üçün humanitar atəşkəs elan olunub, lakin elə 17 oktyabr tarixində Gəncəyə ikinci dəfə raketlə hücum olunub. Atəşkəsdən iki dəqiqə sonra yenidən Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutub və əsas məqsəd itirdikləri mövqeləri ələ keçirmək cəhdi olub. Üçüncü dəfə atəşkəslə bağlı razılaşma XİN başçılarının Vaşinqtonda keçirilən görüşündə əldə olunub. Bunun ardınca 27 oktyabrda növbəti dəfə humanitar atəşkəsə əməl olunması ilə bağlı çağırışlar səsləndirilib. Lakin üçüncü dəfə də Ermənistan tərəfi humanitar atəşkəsi yenidən kobud şəkildə pozaraq Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxslərini hədəfə alıb”.

XİN rəsmisi qeyd edib ki, dünən Cenevrədə iki ölkənin XİN başçılarının ayrı-ayrılıqda ATƏT-in Minsk qrupu həmsədrləri ilə, eləcə də birgə formatda görüşləri baş tutub: “Görüşün yekununda ATƏT-in Minsk Qrupunun həmsədrləri yeni bir çağırışla çıxış edərək yenidən tərəflərə humanitar atəşkəsə əməl olunmasını tövsiyə ediblər. Lakin bu gün gördüyümüz odur ki, Cenevrə danışıqlarından və ATƏT-in Minsk Qrupunun çağırışından sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın hərbi birləşmələrini və yaşayış məntəqələrini intensiv olaraq artilleriya atəşinə tutur. Hazırda Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və Tərtər rayonunun kəndləri artilleriya atəşinə məruz qalır. Ermənistan öz öhdəliklərinə və vədlərinə eləcə də, beynəlxalq vasitəçilərin əməyinə və səylərinə hörmətsizlik nümayiş etdirir”.

Baxış sayı : 136
Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28 Ermənilər daha bir tarixi məscidimizdə vəhşilik törədiblər 2020-11-30 16:15:46 Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33