2020-10-29 08:50:19 | MÜSAHİBƏ
Azərbaycan Ordusunun əməliyyatları Ermənistan hərbçilərində psixoloji gərginlik yaradıb - Hərbi ekspert

Ermənistanda siyasi rəhbərlik və hərbi komandanlıq arasında gərginlik döyüşlərin ilk günündən bəllidir.

Fact-info.az-ın məlumatına görə, bunu Trend-ə açıqlamasında hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib. O bildirib ki, belə bir vəziyyətdə artıq Ermənistan ordusunda hər hansısa bir nizam - intizam və effektiv döyüş ruhunun olmayacağı məlum idi: "Düşmən ordusunda aşağı səviyyəli döyüş ruhunun olmasının bir neçə səbəbi var. Birincisi, artıq Ermənistanda erməni əhalisi məsələnin birdəfəlik həll olunmasını istəyir. Ona görə də hərbi xidmətdən qaçırlar. Ermənistan əhalisinin artıq 30 faizi ölkədən qaçıb. Əhali müharibənin ilk həftəsindən məğlubiyyəti dadmağa başladı. Ermənistan rəhbərliyi döyüşlərdə Azərbaycan Ordusunun uğurlarını nə qədər gizli saxlasa da, artıq hər şey əhaliyə məlum oldu. Bir həftədən sonra Qarabağdakı separatçılar ərazini tərk etməyə başladılar. Ermənistanda da bu ab-hava mövcuddur".

Ekspertin sözlərinə görə, Ermənistan xalqı artıq bilir ki, bu ərazilər Azərbaycanındır və Azərbaycan bu əraziləri geri alacaq: "Ermənistanın ən tanınmış şəxsləri artıq bunu bilir və vəziyyətin gərgin olduğunu anlayır, hətta Qarabağın deyil, Ermənistanın təhlükəsizliyinin təmin olunması ilə bağlı çağırışlar edirlər. Ötən gün Ermənistan Müdafiə Nazirliyi də əraziləri itirdikləri ilə bağlı məlumatları açıqlayıb. Bununla bağlı xəritəni də təqdim ediblər. Azərbaycan Ordusu hər gün vacib strateji yüksəklikləri işğaldan azad edir. Ermənistan artıq bu məğlubiyyətlə barışmaq məcburiyyətindədir. Başqa çıxış yolları qalmayıb. Strateji, taktik, hərbi - siyasi psixoloji istiqamətlərdə belə Ermənistan dövləti artıq məğlub olub. Bunu etiraf etmək onlar üçün ən doğru yoldur. Azərbaycan Ordusunun bölgənin dərinliklərində düşmənə qarşı apardığı hərbi əməliyyatlar artıq Ermənistan ordusunun şəxsi heyətində psixoloji gərginlik yaradır. Ermənisatan artıq dərk edir ki, Azərbaycan Ordusunun qarşısında acizdir".

Baxış sayı : 145
Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28 Ermənilər daha bir tarixi məscidimizdə vəhşilik törədiblər 2020-11-30 16:15:46 Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33