2020-10-28 17:10:07 | SİYASƏT
XİN Bərdənin vurulması ilə bağlı bəyanat yaydı

28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub.

Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb.

XİN-dən verilən məlumata görə, Hərbi hədəf əlamətləri olmayan, münaqişə zonasından çox uzaqda yerləşən şəhərdəki yaşayış məntəqələrinin növbəti dəfə hədəfə alınması Ermənistanın terrorçu mahiyyətinin bir daha nümayiş etdirir.

Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi soyqırımı, müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir.

Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətə görə ölkənin Baş naziri və Müdafiə naziri də daxil olmaqla Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır.

Rəsmi olaraq elan edilmiş humanitar atəşkəs dövründə və hər iki dövlətin Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupu həmsədrləri ilə Cenevrə görüşü ərəfəsində Azərbaycanın yaşayış məntəqələrinə və mülki şəxslərə hücumun edilməsi, Ermənistanın məqsədinin danışıqları pozmaq, gərginliyi artırmaq və üçüncü dövlətləri münaqişəyə cəlb etmək olduğunu açıq şəkildə göstərir.

Ermənistanın vəhşi əməlləri barədə susmaq və Azərbaycan dinc əhalisinə qarşı törədilən bu cinayətləri cəzasız qoymaq, cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir. Beynəlxalq ictimaiyyət Ermənistan tərəfindən beynəlxalq hüququn pozulması, məqsədyönlü şəkildə mülki şəxslərin qətlə yetirilməsinin qarşısının alınması üçün zəruri addımlar atmalı və bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməlidir.

Azərbaycan bu qeyri-insani hərəkətlərə görə cavabdeh olan şəxslərin ədalətdən yayınmaması və məsuliyyətə cəlb olunması üçün əlindən gələni əsirgəməyəcək.

Baxış sayı : 133
Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28 Ermənilər daha bir tarixi məscidimizdə vəhşilik törədiblər 2020-11-30 16:15:46 Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33