2020-10-27 12:10:54 | MÜSAHİBƏ
Elçin Əmirbəyov: “Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir”

“Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir”.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Al Jazeera” televiziya kanalının xəbərlər proqramının birbaşa efirində deyib.

Ermənistanın növbəti, üçüncü dəfə Vaşinqtonda görüşlər nəticəsində elan edilən humanitar atəşkəs rejimini kobud şəkildə pozduğunu deyən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi İrəvanın bu dəfə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyini o qədər də güman etmirdi.

Onun sözlərinə görə, Paşinyan döyüş əməliyyatlarının real şəkildə dayandırılması addımını ata bilməz, çünki müharibədən sonra “toz yatacaq” və döyüş meydanında alçaldıcı darmadağına məruz qalan Ermənistan Paşinyandan sentyabrın 27-də başlatdığı hərbi avantüranın bütün haqq-hesabını tələb edəcək:

“Paşinyan özü və onun ətrafındakılar labüd ölümə, yad torpaqlar uğrunda vuruşmağa göndərdikləri minlərlə erməni hərbçisinin ata və analarına da cavab verməli olacaqlar”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin bildirib ki, məhz bu səbəbdən Paşinyan hər dəfə vasitəçilərdən növbəti atəşkəs rejimini yalvar-yaxarla alır, lakin o, bunu sülhə nail olmaq məqsədilə deyil, rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərə nəzarəti qaytarmaq kimi illüziyalı məqsədlərlə, özünün yerdə qalan dəstələrinin yenidən qruplaşdırılması, yeni silah-sursat və texnika partiyasının daşınması üçün fasilədən istifadə etmək məqsədilə edir. Bununla bərabər, erməni hərbçilər xüsusi olaraq dinc azərbaycanlı mülki əhaliyə raket və artilleriya hücumları edir, bu hücumlar nəticəsində artıq 65 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.

Bu vəziyyətdə Bakı münaqişənin nizamlanmasını necə görür sualına cavabında E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır, lakin onun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində tezliklə bərpasıdır:

“Bundan ötrü yalnız iki yol var. Birincisi, Ermənistan dərhal atəşi dayandırır, onun rəhbərliyi isə Azərbaycanın işğal altında ərazilərindən özünün bütün silahlı qüvvələrinin çıxarılması öhdəliyini açıq şəkildə öz üzərinə götürür və bununla bağlı qısa müddətdə qoşunların çıxarılması qrafiki bizimlə razılaşdırılır. Daha sonra tərəflər siyasi nizamlanmanın bütün digər aspektləri üzrə konkret danışıqlara keçir. İkinci yol - Ermənistan döyüş meydanında mənasız qarşıdurmanı davam etdirir, vasitəçilərin tərəfləri sülh danışıqları yoluna qaytarmaq cəhdlərini əvvəlki kimi rədd edir və beləliklə, Azərbaycanı öz sərəncamında olan legitim qeyri-diplomatik vasitələrlə son məqsədinə çatmağa məcbur edir. Seçimi Paşinyan etməlidir, lakin onun vaxtı o qədər də çox deyil”.

Baxış sayı : 248
İtkin düşmüş hərbi qulluqçuların axtarış işləri davam etdirilir - Hərbi Prokurorluq 2021-04-21 08:55:54 Almaniya portalı Qarabağın azad olunması ilə yaranan yeni siyasi və iqtisadi reallıqlardan yazıb 2021-04-21 07:50:16 Yaşar Əliyev: Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə bilərəkdən etinasızlıq göstərirdi 2021-04-21 07:45:09 Böyük Qayıdış nə vaxt başlayacaq? 2021-04-21 06:40:13 AŞ PA Cənubi Qafqazda dayanıqlı sülhün qurulması üçün dəstəyini təklif edə bilər 2021-04-20 21:10:20 “Mina xəritələrini verməmək Ermənistanın növbəti hərbi cinayətidir” 2021-04-20 20:30:20 Ermənistanla sərhəddə daha bir hərbi hissə yaradılıb 2021-04-20 14:35:24 Ağdamın İsmayılbəyli kəndi - VİDEO 2021-04-20 13:00:48 “Eurasia Review”: İkinci Qarabağ müharibəsi Ermənistan üçün ciddi iqtisadi problemlər yaradıb 2021-04-20 12:45:58 Türkiyə "erməni soyqırımı" ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib 2021-04-20 12:40:58 Türkiyədə müalicə alan 2 qazimiz Vətənə döndü 2021-04-20 10:25:21 İsrailli jurnalistlərin Ağdama səfəri başa çatıb 2021-04-19 17:05:08 Lütfi Zadənin 100 illiyi ilə bağlı tədbirlər müəyyənləşdirilib 2021-04-19 16:10:18 Qubadlının Tarovlu kəndi - VİDEO 2021-04-19 08:10:17 “Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” sənədli filmi 2021-04-19 07:55:38 Ermənilərin yeganə şansı bütün qondarma ərazi iddialarından imtina etməkdir - Əli Hüseynli 2021-04-19 07:50:26 “Le Monde”: Fransanın aparıcı şirkətləri Qarabağda həyata keçirilən böyük layihələrdən kənarda qalmaqdan ehtiyat edirlər 2021-04-19 06:45:54 Ağdamın Saybalı kəndi - VİDEO 2021-04-18 21:20:45 DAUİB Şəhid Sarkayev Nəcməddin Əli oğlunun valideyinləri ilə görüşüb 2021-04-18 20:55:00 Prezident informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı fərman imzalayıb 2021-04-18 10:10:48 XİN Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar bəyanat yayıb 2021-04-18 09:55:54 Cəbrayılın Daş Veysəlli kəndi - VİDEO 2021-04-17 20:00:11 Türkiyə mediası Azərbaycan Prezidentinin ADA Universitetində keçirilən konfransdakı çıxışını işıqlandırmaqda davam edir 2021-04-17 09:55:37 Şərqi Avropa portalında “Minalar, Qarabağ və Ermənistanda böhran” adlı məqalə dərc olunub 2021-04-17 09:45:36