2020-10-20 07:30:42 | QHT VƏ MEDİA
Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib

Braziliyanın REBE TV kanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib.

Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, proqramda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Hüseynov çıxış edərək, mərkəzin fəaliyyəti və Braziliya ilə əməkdaşlığa dair planları bölüşüb. Bildirilib ki, multikulturalizm Azərbaycanın dövlət siyasətidir və onun təmsil etdiyi qurumun bu modeli dünyanın bir çox ölkələrində, o cümlədən Braziliyada tədris edir.

Jurnalist Fabiana Seyhanın regionda baş verən proseslərlə bağlı sualına cavablandıran R.Hüseynov vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi regionumuzda sülhün və multikulturalizmin ən böyük təhdididir və bəzi beynəlxalq dairələr bu münaqişəyə dini və yaxud etnik don geyindirməyə çalışırlar.

Qeyd olunub ki, Dağlıq Qarabağ münaqişənin arxasında əslində Ermənistanın ərazi iddiaları durur və bu təcavüzün nəticəsində otuz ildən artıqdır ki, torpaqlarımız işğal altındadır və bir milyona yaxın insan öz evlərini və torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Azərbaycanın mültikulturalizmin beşiyi olduğu və ölkəmizdə bir çox millətlərin və bütün dini konfessiyaların nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı diqqətə çatdırılıb. Səfir Elxan Poluxov öz növbəsində bu silsilə proqramların izləyicilərinə öz dərin minnətdarlığını bildirərək, bu proqramlar vasitəsilə ölkələrimiz arasında mövcud olan əlaqələrin, demək olar ki, bütün sahələrin əhatə olunduğunu qeyd edib. Müsahibəsində E.Poluxov ermənilərin ölkəmizə qarşı başladığı yeni təcavüzündən danışaraq, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq öz torpaqlarını azad edəcəyini bildirib və Prezident İlham Əliyevin “Qarabağ - Azərbaycan. Nida!” şüarı ilə çıxışını bitirib.

Baxış sayı : 121
Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28 Ermənilər daha bir tarixi məscidimizdə vəhşilik törədiblər 2020-11-30 16:15:46 Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33