2020-10-19 08:45:05 | MƏDƏNİYYƏT
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, AMEA Hüquq və İnsan Haqları İnstitutu və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı irimiqyaslı layihə həyata keçirilib.

Layihə çərçivəsində eyniadlı kitab və fotoşəkillərdən ibarət olan kataloq işıq üzü görüb.

İki mərhələdən ibarət olan layihənin birinci mərhələsi kimi “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitabda Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğalı nəticəsində məhv edilən abidələrin taleyi ilə bağlı acı faktlar, Azərbaycana dəymiş maddi və mənəvi zərərin həcmi barədə məlumatlar yer alıb. Layihənin ikinci mərhələsi olaraq münaqişə nəticəsində Qarabağ və ətrafındakı ərazilərdə təcavüzə məruz qalmış milli-mədəni abidələrin dağıntıdan öncəki və sonrakı fotoşəkillərdən ibarət kataloq işıq üzü görüb. Tədqiqatçı alim Faiq İsmayılovun müəllifi olduğu kitablar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın və AMEA Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafazadənin “Ön söz”ü ilə açılır.

Layihə bu gün Cənubi Qafqazda təhlükəsizliyə və sabitliyə mane olan erməni təcavüzkarlığını, Dağlıq Qarabağ münaqişəsi zəminində baş verən vandalizm siyasətini oxuculara çatdırmaq və dünya birliyinin bu problemə münasibətdə ədalətli mövqe tutması məqsədi daşıyır. Kitablarda yer alan tarixi faktlar Azərbaycan, rus, ingilis və fransız dillərində oxucuya təqdim olunur.

Baxış sayı : 154
Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonunun işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib 2020-12-01 16:40:07 Türkiyə-Rusiya Monitorinq Mərkəzinin yaradılması haqqında Saziş tamamlanıb 2020-12-01 16:20:12 Prezident xalqa müraciət edib 2020-12-01 15:00:37 Laçının işğalına son qoyulması Böyük Qələbənin son hərbi-siyasi akkordlarıdır 2020-12-01 08:55:08 Ermənilərin yandırdıqları meşələrin bərpası 100-150 il zaman tələb edəcək - Ekspert 2020-12-01 08:20:28 18 rayonda şəhid ailələri və Qarabağ əlillərinə yeni evlər verilib 2020-12-01 08:10:38 BMTM Ermənistan tərəfdən muzdlu və xarici döyüşçülərin Azərbaycana qarşı vuruşmasına dair hesabat hazırlayıb 2020-12-01 07:45:32 Azərbaycan Ordusu Laçına daxil oldu 2020-12-01 07:40:25 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 2020-11-30 16:30:28 Ermənilər daha bir tarixi məscidimizdə vəhşilik törədiblər 2020-11-30 16:15:46 Qarabağda yaradılacaq ortaq mərkəzin texniki detalları müzakirə edilir 2020-11-30 09:15:17 Qarabağ xalçalarının salnaməsi 2020-11-30 09:05:44 Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq 2020-11-30 08:10:58 ANAMA Suqovuşana çəkilən yolu minalardan təmizləyir 2020-11-30 07:45:18 Vətən müharibəsi zamanı əməliyyatların minimum itkilərlə həyata keçirilməsi böyük uğurdur 2020-11-30 07:40:59 Fransalı jurnalist: Gəncə və Bərdə şəhərlərində gördüyümüz səhnələr dəhşətli idi 2020-11-29 13:50:45 Müzəffər Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir! 2020-11-29 13:35:04 Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı 2020-11-29 08:35:31 Qələbəmizi tərənnüm edən əsərlər 2020-11-29 08:25:56 İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib 2020-11-28 21:05:34 "İnsanlarda koronavirusa qarşı immunitet yarananda virus aramızdan gedəcək" 2020-11-28 20:40:27 Şəhid ailələri və müharibə əlillərinin üçün tədbirlər planı hazırlanıb 2020-11-28 10:45:56 Anadolu agentliyi Ağdam rayonunun görüntülərini əks etdirən videomaterial yayımlayıb 2020-11-28 09:30:42 Diplomatik korpusun nümayəndələri Tərtər və Ağdama səfər edir 2020-11-28 09:20:33