SİYASƏT
A- A A+

Prezident İlham Əliyev: Neftin ucuzlaşmasının yaratdığı fəsadları minimuma endirməyə çalışacağıq

2015-12-24 09:30:32

Prezident İlham Əliyev 2015-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki nitqində neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsirləri barədə danışıb

Dövlətimizin başçısı deyib: “Mən şəxsən hesab edirəm ki, neftin qiymətinin kəskin şəkildə düşməsinin təbii-iqtisadi əsasları yoxdur. Düzdür, dünya iqtisadiyyatı bir qədər tənəzzülə uğrayıb. Templər bir qədər aşağı düşüb. Amma bu dərəcədə yox ki, neftin qiyməti birdən-birə il ərzində üç dəfə düşsün. Mən şəxsən hesab edirəm ki, bu, düşünülmüş siyasətdir. Bu siyasətin məqsədi də heç kim üçün sirr deyil. Sadəcə olaraq, Azərbaycan bu vəziyyətdən əziyyət çəkir”.

Prezident qeyd edib ki, buna baxmayaraq, biz əlbəttə, bu vəziyyətin fəsadlarını minimum səviyyəyə endirməyə çalışacağıq.

 “İndiki vəziyyətdə hökumət qarşısında əsas vəzifə qoyulmuşdur ki, makroiqtisadi sabitlik təmin edilsin, inflyasiya normal səviyyədə olsun. Bu ilin yekunlarına görə inflyasiya 4 faizdən azdır. Gələn il də biz çalışmalıyıq ki, bunu ən aşağı səviyyədə saxlayaq. Son illərdə biz yerli istehsala böyük əhəmiyyət vermişik, həm dövlət, həm özəl sektora vəsait ayırmışıq. Ərzaq məhsullarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunur. Buna görə də Azərbaycanda istehsal olunan ərzaq məhsullarının qiymətləri sabit qalmalıdır. Tikinti materialları da həmçinin”, - deyə Prezident İlham Əliyev bildirib.


Kateqoriya : SİYASƏT Baxış sayı : 664

QHT və MEDİA

2019-03-19 10:05:59

QHT və MEDİA
Şura yeni elektron xidmətlə bağlı məluma...
Şura yeni elektron xidmətlə bağlı məluma...

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbu...

2019-03-18 11:10:25

QHT və MEDİA
Prezident İlham Əliyevin əfv Sərəncamı ...
Prezident İlham Əliyevin əfv Sərəncamı ...

Demokratik dəyərlərin başlıca meyarlarından sayılan insan hüquq və azadlıqla...

CƏMİYYƏT

2019-03-19 09:25:00

CƏMİYYƏT
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...
Yaponiyada Azərbaycanla bağlı kitab nəşr...

Kitabın müəllifi Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin i...

2019-03-14 08:55:42

CƏMİYYƏT
Münaqişənin həlli ilə bağlı politoloji t...
Münaqişənin həlli ilə bağlı politoloji t...

Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri heç zaman Dağlıq Q...

İQTİSADİ

2019-03-19 10:55:48

İQTİSADİ
Nazirlər Kabinetinin illik hesabatı: sis...
Nazirlər Kabinetinin illik hesabatı: sis...

Milli Məclisin deputatları hesabatı maraqla qarşılayıblar. Baş nazir sisteml...

2019-03-18 08:35:58

İQTİSADİ
Azərbaycan üzərindən keçən tranzit layih...
Azərbaycan üzərindən keçən tranzit layih...

Bakının neft sənayesinin beşiyi olduğunu xatırladan Pərviz Şahbazov bir əvvəl...