2020-10-13 09:40:13 | İQTİSADİYYAT
Prezident İlham Əliyev: “Bütün dağılmış yerləri bərpa edəcəyik”

“Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “Haber Global” telekanalına müsahibəsində bildirib.

Dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun işğaldan azad etdiyi bəzi yerlərə artıq mətbuat nümayəndələri də gedirlər, bəzi yerlərdə isə hərbçilər özləri çəkiliş aparırlar:

“Orada bir dənə də salamat bina yoxdur. Yəni bu, faşistlərin əməlləridir. Dünya bunu görməlidir və görəcək. Görün, indi Ağdam, Füzuli nə gündədir? Bütün kəndləri dağıtdılar. Elə etdilər və zənn etdilər ki, heç zaman azərbaycanlı ora dönməsin, dönə bilməsin. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz 2016-cı ildə işğaldan azad etdiyimiz Cocuq Mərcanlı kəndini 6-8 aya inşa etdik və indi insanlar orada yaşayır. Qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evləri də var. Eyni zamanda kənd təsərrüfatı üçün onlara avadanlıq vermişik və indi həmin kənd dirçəlib. Biz bütün o torpaqları cənnətə çevirməliyik. Zatən, oranın mənzərəsi cənnətdir. Uzun illər erməni tapdağı altında olmasına baxmayaraq, o torpaq canlanacaq, ora həyat dönəcək, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq və Azərbaycan vətəndaşları o torpaqlarda ləyaqətlə yaşayacaqlar. Bizim məcburi köçkünlər bilir ki, Prezident kimi mənim üçün onların problemi bir nömrəli problemdir. Siz də bilirsiniz ki, biz onlar üçün nə qədər böyük yardımlar edirik. Bu il 7 min ailəyə, haradasa 35 min insan 1 il ərzində dövlət tərəfindən pulsuz mənzil alır. Dövlət onların hər birinə hər ay müavinət verir. Ona görə də təbii ki, onlar dövlətin qayğısından razıdırlar. Amma mənim onlarla keçirdiyim görüşlərdə hər zaman həm təşəkkür bildirirdilər, deyirdilər ki, hər şey yaxşıdır, yeni evlərdə yaşayırıq, belə şəraiti görməmişik, amma bizi torpaqlarımıza qaytarın, biz ora getmək istəyirik. Və gedəcəklər! Biz artıq o bölgələrin inkişaf proqramı üzərində işləməliyik, artıq müvafiq göstərişlər verilib. Plan hazırlanacaq ki, o bölgələrə Azərbaycan əhalisi qayıtsın və maksimum qısa müddət ərzində onlar ora yerləşsin”.

Baxış sayı : 119
Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir 2020-10-20 12:45:43 Zaman jurnalistikaya yeni baxış tələb edir 2020-10-20 08:10:22 Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi 2020-10-20 08:00:35 "Ermənistan ordusu cəbhə boyu təslim olur" - Rufiz Qonaqov 2020-10-20 07:55:13 Elçin Əmirbəyovdan terror xəbərdarlığı 2020-10-20 07:45:49 Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibə verdi 2020-10-20 07:35:04 Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib 2020-10-20 07:30:42 Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 2020-10-19 12:45:41 Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb 2020-10-19 09:35:46 “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib 2020-10-19 08:45:05 MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir 2020-10-19 08:20:31 Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq edib 2020-10-19 07:10:53 Prezident Xudafərin körpüsünün azad olunmasını rəsmən elan etdi 2020-10-19 07:00:11 Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı 2020-10-18 13:50:24 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı… 2020-10-18 13:35:28 "Ermənistan tərəfdən müsbət addım görmürük" - Fərid Şəfiyev 2020-10-18 13:20:34 Birinci vitse-prezident Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz! 2020-10-17 18:55:57 Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq 2020-10-17 18:55:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 2020-10-17 12:45:00 “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi” 2020-10-17 08:20:42 Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləyib 2020-10-17 08:10:29 “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir” 2020-10-17 07:50:19 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı 2020-10-17 07:45:21 İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi 2020-10-16 17:15:29