QHT və MEDİA
A- A A+

“Erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsi qəbul olunmayacaq”

2015-12-22 09:40:33

Bunu bu gün TASS agentliyində keçirilən “Milli siyasət üzrə dövlət strategiyası: ilin yekunu” adlı mətbuat konfransında Rusiya Millətlərlə İş üzrə Federal Agentliyin rəhbəri İqor Barinov çıxışı zamanl deyib

İqor Barinov bildirib: “Mövqeyimiz odur ki, heç bir tarixi hadisə unudulmamalıdır. Lakin bu o demək deyil ki, biz ancaq tarixdə baş vermiş mənfi hadisələrdən danışmalıyıq. Heç nəyi unutmaq olmaz, amma müsbət şeylərdən danışmaq lazımdır”.(apa)

 Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının, Milli siyasət üzrə dövlət strategiyasının işlənib hazırlanması üzrə İşçi Qrupun üzvü Vladimir Zorin də “Ədalətli Rusiya” partiyası tərəfindən Dövlət Dumasına təqdim olunan məlum qanun layihəsinin qəbulunun milli birliyə mənfi təsir göstərəcəyini və bunun ağır nəticələrə səbəb ola biləcəyini söyləyib: “Rusiyada ictimai təşkilatları bu cür məsələyə cəlb etmək düzgün deyil. Bunun ağır nəticələri ola bilər”.

 “Qafqaz Xalqlarının Rusiya Konqresi” Ümumrusiya İctimai Hərəkatının Ali Şurasının sədri Aslambek Paskaçov isə “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsinin qəbulunun Rusiyada milli birliyə dağıdıcı zərbə vuracağını söyləyib: “Hər bir xalqın tarixində faciələr olub. Böyük müharibələr zamanı çoxlu sayda insanlar həyatını itirib. Tarixdə baş vermiş faciələrə görə kimlərisə günahkar çıxarmaq və buna görə kimlərisə cəzalandırmaq düzgün yol deyil. Bu dağıdıcı yoldur. Xüsusi ilə də çoxmillətli Rusiyada... Bəli, heç bir tarixi hadisə unudulmamalıdır. Amma tarixi bir kənara qoyub, gələcəyə baxmaq lazımdır. Sözügedən qanun layihəsinin qəbul edilməsi Rusiyada milli birliyi pozacaq”.


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1237

QHT və MEDİA

2019-10-19 09:30:07

QHT və MEDİA
“The American Interest” nəşri Azərbaycan...
“The American Interest” nəşri Azərbaycan...

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar ü...

2019-10-18 10:50:38

QHT və MEDİA
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...
Bu gün Azərbaycanın dövlət müstəqilliyin...

Sənəddə bildirilir ki, Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli...

CƏMİYYƏT

2019-10-18 10:25:33

CƏMİYYƏT
Dünyəvi ədalətin türk modeli: bu günü və...
Dünyəvi ədalətin türk modeli: bu günü və...

Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri görmək istə...

2019-10-15 06:55:21

CƏMİYYƏT
Azərbaycanda multikultural cəmiyyət qurm...
Azərbaycanda multikultural cəmiyyət qurm...

Bu günlərdə türk dünyasının gözü, qulağı Bakıdadır, Azərbaycandan yeni-yeni x...

İQTİSADİ

2019-10-18 11:30:48

İQTİSADİ
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...
“Davos Ümumdünya İqtisadi Forumunun hesa...

“Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasətimizin m...

2019-10-10 08:35:55

İQTİSADİ
Azərbaycan qlobal rəqabət reytinqində ir...
Azərbaycan qlobal rəqabət reytinqində ir...

Azərbaycan qlobal rəqabət reytinqində irəliləyərək, 141 ölkə arasında 58-ci y...