SOSİAL
A- A A+

Lodzda “Azərbaycan-Polşa münasibətlərinin tarixi” mövzusunda tədbir keçirilib

2015-12-21 09:25:39

Tədbir

Mərkəzdə Azərbaycanın Müdafiə Nazirliyi ilə Polşanın Milli Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planına uyğun olaraq, ingilis dili kurslarında Silahlı Qüvvələrimizin hərbi qulluqçuları təhsil alırlar.

Tədbirdə çıxış edən səfir Həsən Həsənov Azərbaycanın tarixindən söhbət açıb. O, ölkələrimizin münasibətlərinin qədim tarixə malik olduğunu söyləyib. Bildirib ki, ölkələrimiz arasında ilk diplomatik əlaqələr hələ 543 il əvvəl, yəni, Azərbaycan hökmdarı Uzun Həsən zamanında, 1472-ci ildə yaradılıb. Məhz həmin il ilk azərbaycanlı nümayəndələr Polşaya-Krakova səfər edərək kral ilə görüşüb, Azərbaycan hökmdarının məramını çatdırıblar.

XIX əsrdə ölkələrimizin tarixində oxşar hadisələrin baş verdiyini bildirən səfir həmin əsrin sonlarında Bakıda mövcud olan neft bumunun bir çox xarici ölkə mühəndis, memar, arxitektorları üçün gəlir baxımından cazibəli göründüyünü diqqətə çatdırıb. Bildirib ki, neft bumu dövründə Bakı və digər regionlarda polyak arxitektorları tərəfindən çoxlu sayda gözəl binalar inşa edilib. Dünyada ilk dəfə Azərbaycanda dənizdən neftin çıxarıldığını deyən H.Həsənov bu layihənin müəlliflərinin polyak Vitold Zqlinitski və Pavel Pototski olduğunu vurğulayıb.

1918-ci ildə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra gənc respublikanın dövlət və hərbi quruculuğunda bir çox polyakların əvəzsiz xidmətinə toxunan səfir onların respublikanın süqutunadək ölkəmizin hüdudlarını tərk etmədiklərini, düşmənə qarşı canı bahasına azərbaycanlı qardaşları ilə birgə mübarizə apardıqlarını qeyd edib. H.Həsənov burada Polşanın azadlığı uğrunda mübarizə aparmış Azərbaycan əsilli Polşa polkovniki Vəli bəy Yadigar və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Silahlı Qüvvələrinin Qərargah rəisi olmuş polyak əsilli Azərbaycan generalı Maçiey Sulkieviç haqqında toplantı iştirakçılarına məlumat verib.

Azərbaycan xalqının onun azadlığı və inkişafı naminə fəaliyyət göstərmiş bütün polyakları daim xatırladığını və onlara minnətdar olduğunu bildirən diplomat bu məqsədlə 2010-cu ildən etibarən səfirlik tərəfindən “Təşəkkürlük xatirəsi” layihəsinin həyata keçirildiyini söyləyib. O, bu layihə çərçivəsində müxtəlif dövrlərdə Azərbaycanın iqtisadi və mədəni inkişafında, müstəqilliyinin möhkəmlənməsində xidmətləri olmuş polyaklara Polşa ərazisində 2012-2015-ci illər ərzində 12 abidənin qoyulduğunu və 2016-cı ildə daha 2 abidənin qoyulmasının planlaşdırıldığını qeyd edib.

Tədbir zamanı Polşa ərazisində qoyulmuş abidələri əks etdirən təqdimat nümayiş etdirilib. Səfirlik tərəfindən Azərbaycan haqqında polyak dilində nəşr etdirilmiş kitablar H.Həsənov tərəfindən Mərkəzin kitabxanasına hədiyyə edilib.

Tədbirin rəsmi hissəsi bitdikdən sonra səfir Mərkəzdə ingilis dili kurslarında iştirak edən Silahlı Qüvvələrimizin hərbi qulluqçuları ilə görüşüb.

 

 


Kateqoriya : SOSİAL Baxış sayı : 1165

QHT və MEDİA

2019-08-16 12:55:45

QHT və MEDİA
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...
Sərhəd Mühafizəsinin 100-cü ildönümü...

"Report" xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildö­nümü mün...

2019-08-16 09:10:38

QHT və MEDİA
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı i...

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənis...

CƏMİYYƏT

2019-08-17 11:20:15

CƏMİYYƏT
Dünyanı fəth edən ecazkar səs
Dünyanı fəth edən ecazkar səs

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yara...

2019-08-14 16:15:54

CƏMİYYƏT
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...
Nəsimi haqqında “Son gecə” filmi çəkilib...

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilə...

İQTİSADİ

2019-08-13 08:40:17

İQTİSADİ
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...
İkinci Xəzər İqtisadi Forumu keçiriləcək...

İkinci Xəzər İqtisadi Forumu 2020-ci ildə Həştərxanda keçiriləcək. Trend-in m...

2019-08-08 12:35:16

İQTİSADİ
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...
Hacı Zeynalabdin Tağıyevin hesabatı nəşr...

Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1889-cu ildə “Kaspi” qəzetində ru...