2020-09-24 10:20:28 | CƏMİYYƏT
Azərbaycanın 3 şəhəri YUNESKO-nun şəbəkəsinə üzv seçilib

.

Azərbaycanın 3 şəhəri – Bakı, Gəncə və Qəbələ YUNESKO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçilib.

XİN-dən azvision.az-a verilən məlumata görə, bu ilin 23 sentyabr tarixində YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi tərəfindən adları açıqlanan üzvlər sırasında ilk dəfədir ki, Azərbaycan şəhərləri yer alır. Bu il, ümumilikdə, 27 ölkədən 55 şəhər Qlobal Şəbəkəyə qoşulub. Bu münasibətlə, 23 sentyabr tarixində Şəbəkəyə seçilən yeni üzvlərin elan olunması ilə bağlı video-görüş formatında tədbirin keçirilməsi nəzərdə tutulur.

Şəhərlərimizin qeyd olunan şəbəkəyə üzv olmaq prosesi YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının Daimi Katibliyinin təşəbbüsü və təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi, YUNESKO yanında Daimi Nümayəndəliyimiz və aidiyyəti icra hakimiyyəti orqanlarının iştirakı ilə həyata keçirilib.

Qeyd edək ki, YUNESKO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsi həyatboyu təhsil üzrə mühüm layihələrdən biri hesab olunur. YUNESKO-nun Həyatboyu Təhsil üzrə Qlobal Şəbəkəsinin məqsədi üzv şəhərlər arasında təhsil sahəsində təcrübə mübadiləsi aparmaq, şəhərlərin öyrənmə üzrə inkişaf prosesinə dəstək olmaq, inklüzivlik, rifah və dayanıqlı inkişafı təbliğ etmək, təhsilin keyfiyyətini artırmaqdan ibarətdir. Hazırda dünya üzrə 64 ölkədən 230 şəhər bu Şəbəkənin üzvüdür. Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkənin fəaliyyəti Almaniyanın Hamburq şəhərində yerləşən YUNESKO-nun Həyatboyu Təhsil üzrə İnstitutu tərəfindən əlaqələndirilir.

Baxış sayı : 115
Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir 2020-10-20 12:45:43 Zaman jurnalistikaya yeni baxış tələb edir 2020-10-20 08:10:22 Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi 2020-10-20 08:00:35 "Ermənistan ordusu cəbhə boyu təslim olur" - Rufiz Qonaqov 2020-10-20 07:55:13 Elçin Əmirbəyovdan terror xəbərdarlığı 2020-10-20 07:45:49 Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibə verdi 2020-10-20 07:35:04 Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib 2020-10-20 07:30:42 Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 2020-10-19 12:45:41 Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb 2020-10-19 09:35:46 “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib 2020-10-19 08:45:05 MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir 2020-10-19 08:20:31 Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq edib 2020-10-19 07:10:53 Prezident Xudafərin körpüsünün azad olunmasını rəsmən elan etdi 2020-10-19 07:00:11 Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı 2020-10-18 13:50:24 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı… 2020-10-18 13:35:28 "Ermənistan tərəfdən müsbət addım görmürük" - Fərid Şəfiyev 2020-10-18 13:20:34 Birinci vitse-prezident Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz! 2020-10-17 18:55:57 Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq 2020-10-17 18:55:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 2020-10-17 12:45:00 “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi” 2020-10-17 08:20:42 Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləyib 2020-10-17 08:10:29 “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir” 2020-10-17 07:50:19 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı 2020-10-17 07:45:21 İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi 2020-10-16 17:15:29