2020-09-24 08:20:05 | SİYASƏT
“Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Cari ilin 23 sentyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramov Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin video konfrans formatında keçirilən illik Nazirlər Görüşündə iştirak edib.

Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupuna sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə “COVID-19 dövründə Vyana Fəaliyyət Proqramının sürətləndirilmiş şəkildə həyata keçirilməsi və Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə davamlı inkişafa nail olmaq üçün tərəfdaşlıq” mövzusunda keçirilən bu görüşün açılış sessiyasında Qazaxıstan Respublikasının Xarici İşlər naziri Muxtar Tleuberdi, BMT Baş Assambleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır və BMT Baş katibi Antonio Quterreş çıxış ediblər.

Tədbirin ümumi müzakirələrində 28 ölkə və beynəlxalq təşkilatın nümayəndəsi iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər, eləcə də bu xüsusda qlobal müstəvidə səylərin gücləndirilməsi üçün Azərbaycanın verdiyi töhfə barədə tədbir iştirakçılarına məlumat verib. Pandemiya zamanı Azərbaycanın regional əməkdaşlığa mühüm əhəmiyyət verərək təchizat axınını dayandırmadığı vurğulanıb.

Nazir Ceyhun Bayramov tərəfindən Azərbaycanın bölgədaxili və bölgələrarası nəqliyyat əlaqələndirmə layihələri, o cümlədən Avrasiya məkanı boyunca tranzit imkanlarını artırmağı hədəf alan əsas infrastruktur layihələri, eləcə də ölkəmizdə həyata keçirilən nəqliyyat sektorunun infrastrukturunun modernləşdirilməsi barədə məlumat verilib.

Çıxışının sonunda nazir Ceyhun Bayramov tədbir iştirakçılarının diqqətini Ermənistanın cari ilin iyul ayında Azərbaycan-Ermənistan sərhədində hərbi təxribatına cəlb edərək, bu ölkənin silahlı qüvvələrinin Azərbaycanın mühüm enerji və nəqliyyat infrastrukturunu hədəf aldığını vurğulayıb. Bu infrastrukturun yalnız Azərbaycanın iqtisadi davamlılığı üçün deyil, geniş Avrasiya bölgəsi üçün əhəmiyyət kəsb etdiyi iştirakçıların nəzərinə çatdırılıb. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında həllinin vacibliyini vurğulayıb.

Açıq Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupu sözügedən ölkələrin səmərəli tranzit əməkdaşlığını təşviq etmək, bununla da onların dünya iqtisadiyyatına inteqrasiyasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına töhfə vermək məqsədilə yaradılıb. Qrupda Azərbaycan da daxil olmaqla, 32 ölkə təmsil olunur.

Baxış sayı : 104
Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir 2020-10-20 12:45:43 Zaman jurnalistikaya yeni baxış tələb edir 2020-10-20 08:10:22 Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi 2020-10-20 08:00:35 "Ermənistan ordusu cəbhə boyu təslim olur" - Rufiz Qonaqov 2020-10-20 07:55:13 Elçin Əmirbəyovdan terror xəbərdarlığı 2020-10-20 07:45:49 Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibə verdi 2020-10-20 07:35:04 Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib 2020-10-20 07:30:42 Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 2020-10-19 12:45:41 Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb 2020-10-19 09:35:46 “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib 2020-10-19 08:45:05 MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir 2020-10-19 08:20:31 Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq edib 2020-10-19 07:10:53 Prezident Xudafərin körpüsünün azad olunmasını rəsmən elan etdi 2020-10-19 07:00:11 Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı 2020-10-18 13:50:24 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı… 2020-10-18 13:35:28 "Ermənistan tərəfdən müsbət addım görmürük" - Fərid Şəfiyev 2020-10-18 13:20:34 Birinci vitse-prezident Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz! 2020-10-17 18:55:57 Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq 2020-10-17 18:55:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 2020-10-17 12:45:00 “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi” 2020-10-17 08:20:42 Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləyib 2020-10-17 08:10:29 “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir” 2020-10-17 07:50:19 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı 2020-10-17 07:45:21 İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi 2020-10-16 17:15:29