SİYASƏT
A- A A+

DSX-nin “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib

2015-12-19 19:35:29

Dekabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib

Yeni istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin QuliyevDövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, “Azərsu-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin nümayəndələri hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə bildirilib ki, “Samur” sərhəd zastavası kompleksində şəxsi heyətin yüksək səviyyəli xidməti və istirahəti üçün hər cür şərait yaradılıb. Buraya əsgərlər üçün lazımı məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, kinozal, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, təlim meydançası, idman zalı və digər tikililər daxildir.

 E. Quliyev mərasimdə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan danışıb.

 Tədbirdə sərhədçi-vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumxalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı  xüsusi vurğulanıb.

 Mərasimdə xidmət zamanı fərqlənən sərhədçilər təltif olunub.

 Açılış mərasimindən sonra tədbir iştirakçıları “Samur” sərhəd zastavası kompleksinə baxış keçiriblər. (APA)


Kateqoriya : SİYASƏT Baxış sayı : 826

QHT və MEDİA

2018-06-21 08:45:09

QHT və MEDİA
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...
Azərbaycan Ordusunun 100 illiyinə həsr o...

İyunun 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının təşkilatçılığı ilə Müdaf...

2018-06-20 09:15:36

QHT və MEDİA
Parisdə türk dünyası ilə bağlı silsilə t...
Parisdə türk dünyası ilə bağlı silsilə t...

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, konfrans Beynəlxalq Türk M...

CƏMİYYƏT

2018-06-19 08:55:32

CƏMİYYƏT
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...
“Kolokol Rossii”: Ermənistanın Paşinyan ...

Fact-info.az AZƏRTAC-a istinadən müəllifi Aleksandr Nikişin olan məqaləni tə...

2018-06-19 07:50:35

CƏMİYYƏT
Xələf Xələfov sərhədlərin delimitasiyası...
Xələf Xələfov sərhədlərin delimitasiyası...

"Rusiya ilə sərhədin demarkasiyası prosesi davam edir. Bu, uzunmüddətli prose...

İQTİSADİ

2018-06-13 10:15:31

İQTİSADİ
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...
Azərbaycan müdafiə və təhlükəsizlik xərc...

Fact-info.az-ın Trend-ə istinadən məlumatına görə, 2018-ci ilin dövlət büdcəs...

2018-06-12 08:35:08

İQTİSADİ
Hərbi məhsullarımız Fransada keçirilən s...
Hərbi məhsullarımız Fransada keçirilən s...

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə...