QHT və MEDİA
A- A A+

"Uorlikin Mirzoyanla görüşü erməni separatizminə böyük dəstəkdir"

2015-12-19 09:25:25

"ABŞ-ın Ermənistana və ermənilərlə münasibətində ciddi dinamika var. Dinamikanın əsas səbəbkarı ABŞ-ın Ermənistandakı yeni səfiri Riçard Millzdir. Səfir Ermənistan hakimiyyətini korrupsiyaya qurşanmasını ciddi tənqid edir. Korrupsiyanı ABŞ-la münasibətlərinin genişləndirilməsi üçün ən ciddi əngəl hesab edir".

Belə bir açıqlama ilə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu  çıxış edib. 
Politoloq bildirib ki, ABŞ səfiri Ermənistanın inkişafı üçün onun qonşularla münasibətlərinin normallaşmasının həyati əhəmiyyətli məsələ olduğunu düşünür: "Qonşular dedikdə, ilk növbədə Türkiyə ilə münasibətlərinin normallaşması nəzərdə tutulur. Bu il Dağlıq Qarabağın de-fakto rəhbəri Bako Saakyan ABŞ-a səfər etmədi. Hər il Saakyan ABŞ-da keçirilən ənənəvi telemarafonda iştirak edirdi. Eləcə də, ABŞ-dakı bu ilin telemarafonunda əvvəlki illərdən fərqli olaraq ABŞ-ın tanınmış şəxslərindən heç kim qatılmadı. Bunun və B.Saakyanın ABŞ-a getməməsinin səbəbi ehtimala görə, yeni səfir Millzdir. ABŞ-dakı ermənilərin və eləcə də onların pullarından qidalanan yüksək çinli ABŞ rəsmiləri və konqresmenlərinin R.Millzin Dağlıq Qarabağa yeni münasibətinə sakit yanaşacağını düşünmək sadəlövhlük olardı. Ona görə də onlar aktiv fəaliyyətə keçdilər".

M.Əhmədoğlu sonra vurğulayıb ki, ABŞ-a bir B.Saakyanın səfərinin dayandırılması əvəzində onlar separatçı iki erməninin - Dağlıq Qarabağın "baş naziri" A.Arutyunyanın və "xarici işlər naziri Q K.Mirzoyanın ABŞ-a səfərini təşkil etdilər:
 "Uorlikin razılığı olmadan Dağlıq Qarabağın separatçı ermənilərinin ABŞ-a səfərləri, konqresdəki tədbirlər, görüşlər baş tuta bilməzdi. ABŞ konqresmenləri və ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Mirzoyanla görüşdü. Bu, erməni separatizminə böyük dəstəkdir. Belə dəstək Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə ciddi maneədir. Yaxşı olardı ki, konqresmenlər indiki məlumatlılıqları prizmasından 1989-1991-ci illərdə qəbul edilmiş 3 qətnamənin mətnini öyrənsinlər. O halda konqresmenlər ermənilərin ABŞ konqresini nə miqdarda aldatdıqlarını başa düşəcəklər".

Mərkəz rəhbəri qeyd edib ki, konqresmenlərin Cənubi Qafqaz regionunda vəziyyəti bilməməsi mümkündür: "Lakin Uorlik Cənubi Qafqaz regionunda vəziyyəti, o cümlədən, Ermənistanı əla bilir. Uorlik bilir ki, nəinki Dağlıq Qarabağ, heç Ermənistan özü müstəqil siyasət apara bilmir. Belə olan təqdirdə, ABŞ-ın Dağlıq Qarabağ siyasətinin obyektiv deyil, subyektiv faktorlara söykəndiyini iddia etmək olar. ABŞ konqresi 1989-cu ilin iyulunda və noyabrında Dağlıq Qarabağ münaqişəsinə dair iki qətnamə qəbul edib.
 Bu qətnamələrdə SSRİ-nin o vaxtkı başçısı olan M.S.Qorbaçovdan Dağlıq Qarabağ separatçılarına başçılıq edən "Qarabağ komitəsinin" liderlərini ayrıca dövlətin başçıları kimi qəbul etməyi tələb etmişlər. Əslində o zaman Ermənistan və Dağlıq Qarabağ erməniləri Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsini tələb edirdilər. Ona görə də ABŞ konqresini Dağlıq Qarabağın müstəqil dövlət olması ideyasının müəllifi hesab etmək daha düzgündür".

M.Əhmədoğlu Ermənistan müdafiə naziri Seyran Ohanyanın Azərbaycanın ünvanına ittihamlarına da toxunub. Politoloq deyib ki, Ohanyan  erməni ola bilər, amma qafqazlı deyil: "Ermənistanın müdafiə naziri yaxınlarda bir daha özünün kimliyini təsdiqləməyə ehtiyac gördü. Azərbaycan rəsmilərinin ünvanına təhqirlər səsləndirdi. Onun bu emosiyası başa düşüləndir. Azərbaycan ordusu konkret hər hansı bir əməliyyatda Ermənistan ordusunu ciddi itkiyə məruz qoyub".
 Politoloq bildirib ki, nə baş verməsindən asılı olmayaraq, onun Azərbaycanın və yaxud Azərbaycan rəsmilərinin ünvanına söyüş söyməsinə əsası və ya mənəvi haqqı yoxdur: "Ohanyan nazir olsa da, şəxsiyyət kimi deqradasiya olunub. Yeganə nazirdir ki, onun ailəsinin müasir davranışı aşkarlandı və bəlli oldu ki, həyat yoldaşı heç də kasıb dövlətin nazir arvadının həyat tərzini yaşamır. Sərkisyanın mülkləri barədə, korrupsiya fəaliyyəti barədə Ermənistan mətbuatında ara-sıra yazırlar. İndiki yaşadığı ev özünün şəxsi evi olsa da, o evində guya icarədə yaşayır. Hər il bu məqsədlə Ermənistan Müdafiə Nazirliyinin büdcəsindən bir neçə 100 min dollar icarə haqqı vəsait alır". Politoloqa görə, onun həyat yoldaşının maşınının qəzası zamanı adam öldürməsini ört-basdır etməsindən sonra yayılan faktlar bu ailənin keçmişinə işıq saldı: "Ohanyan Ermənistanın ali baş komandanının "yarım ştat" mövcudluğunu Ermənistanın təhlükəsizliyini gücləndirən faktor hesab etməsi də onun həm nazir, həm də insan kimi keyfiyyətlərini aşkarlayır. Ohanyan üçün Ermənistan ordusu döyüş ordusu kimi deyil, korrupsiya mənbəyi kimi lazımdır. Ona görə, Ermənistan ordusu etnokriminallığın təlim-məşq bazasına çevrilib. Ohanyanın başqa siyasi məqsədlərinin olması da mümkündür".

 M.Əhmədoğlu əlavə edib ki,  Ohanyan dünyada yeganə müdafiə naziridir ki, terror təşkilatı ilə əməkdaşlıq edir: "ASALA-nın salamat qalmış bütün keçmiş üzvləri indi Ermənistanın Müdafiə Nazirliyinin ştatlı işçiləridir. 

Onlardan hətta üçü Ohanyanın müşavirləri olub. Sadəcə onlardan bəziləri son siyasi proseslərdə müxalifətin mövqeyini dəstəklədiyi üçün S.Ohanyan onların pullarını kəsdi.  Öz ailəsini idarə edə bilməyən, ordunu siyasət və korrupsiya mənbəyinə çevirən, terror təşkilatı ilə əməkdaşlıq edən Ohanyanın nəinki Azərbaycan rəhbərliyini, hətta erməni xalqını söyməyə səviyyəsi çatmır".


Kateqoriya : QHT və MEDİA Baxış sayı : 1200

QHT və MEDİA

2019-11-17 08:05:19

QHT və MEDİA
Erməni cəlladı Njdenin armavirli deputat...
Erməni cəlladı Njdenin armavirli deputat...

Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanı...

2019-11-16 11:00:04

QHT və MEDİA
Şura 2020-ci ildə dövlət orqanları və di...
Şura 2020-ci ildə dövlət orqanları və di...

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dö...

CƏMİYYƏT

2019-11-14 10:20:06

CƏMİYYƏT
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...
Daşkənddə rus tarixçinin “Qarabağ münaqi...

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) lay...

2019-11-12 09:45:14

CƏMİYYƏT
Konstitusiyamız və milli ideologiyamız...
Konstitusiyamız və milli ideologiyamız...

Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən ...

İQTİSADİ

2019-11-13 10:20:32

İQTİSADİ
Vyanada Azərbaycan turizminin təqdimatı ...
Vyanada Azərbaycan turizminin təqdimatı ...

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mər...

2019-11-11 10:20:07

İQTİSADİ
Azərbaycanın nəqliyyat infrastrukturu və...
Azərbaycanın nəqliyyat infrastrukturu və...

Azərbaycanın nəqliyyat infrastrukturu və siyasi sabitliyi "Bir kəmər, bir yol...