2020-09-21 09:15:08 | SİYASƏT
“Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir”

.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində Azərbaycan televiziyalarına müsahibəsi zamanı Ermənistan- Azərbaycan münaqişəsi ilə bağlı fikirləri, münaqişənin indiyə qədər həll olunmamasında qaranlıq məqalar axtaran bütün tərəflərin suallarına tutarlı cavabdır. Azərbaycan Prezidentinin bütün həqiqətləri söyləməsi rəsmi Bakının şəffaf və xalqdan heç bir gizli siyasət aparmadığını bir daha sübut etdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev bildirib.

İcma rəhbəri deyib ki, Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasında başlıca səbəb Ermənistanda hakimiyyətdə olan şəxslərin riyakarlığı, yalançılığı və ikiüzlü olmalarıdır: “Azərbaycan Resbublikasının Prezidenti Cənab İlham Əliyevin müsabəsində münaqişə ilə bağlı bütün suallara cavablar var. Ermənistanda sonuncu hakimiyyət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı müəyyən ümidlər yaranmışdı. Paşinyan hökumət başçısı olandan sonra özündən əvvəliki hakimiyyətlərin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı səhv siyasətini tənqid etməsi, münasibətlərdə yeni yanaşma siyasəti ilə bağlı mesajlar, təkcə Azərbaycanda yox həmçinin münaqişənin həllində vasitəçilik missiyası həyata keçirən ATƏT-in Misk qrupunda da yeni ümidlərə səbəb olmuşdu. Biz çox keçmədi ki, bunu əksini gördük. Münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda irəlləyişin olmaması, cəbhə xəttində başverən erməni təxribatları Nikol Paşinyanın da sələflərinin yolu ilə getdiyini göstərdi. Hesab edirəm ki, Paşinyan sələfləri kimi, riyakar, yalançı olmasaydı, ən əsası verdiyi sözün üstündə dayansaydı bu gün münaqişənin həlli ilə bağlı tam başqa bir mənzərənin şahidi olacağdıq. Ermənistanın indiki rəhbərliyi bu məsuliyyəti dərk etmir”.

Tural Gəncəliyev qeyd edib ki, bu gün Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar aparılmır:

“Rəsmi Bakı bəyan edib ki, Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil. Ermənistan rəhbəri danışıqlar prosesini pozub. Onların cəfəng bəyanatları, təxribat xarakterli addımları danışıqları mənasız edir”.

İcma rəhbəri Azərbaycanın işğal olunmuş ərazilərində islam mədəni irsimizə qarşı təhqiramız münasibət fonunda bəzi islam ölkələrinin rəsmi Yerevana sərgilədiyi isti münasibətə də toxunub: “Biz Şuşada, Ağdamda və digər ərazilərimizdə məscidlərimizlə bağlı arzuolunmaz halların şahidi olmuşuq. Şuşanın 17 məhəlləsində 17 məscid olub. Bu gün Yuxarı Gövhər Ağa məscidindən başqa bütün məscidlər dağıdılıb. Yuxarı Gövhər Ağa məscidi də fars mədəniyyət mərkəzi kimi təqdim olunur. İşğal altında olan digər ərazilərimizdə olan məscidlərimiz də yerlə bir edilib. Bütün bunların fonunda islam ölkələrinin Yeravana isti münasibəti suallar doğurur. Əgər bu ölkələr islam dəyərlərinə sadiqdilərsə və islam dəyərlərinin qorunmasında səmimidirlərsə onda Qarabağda mövcud olmuş onlarla məscidin dağıdılmasına niyə səssiz qalırlar?”

Baxış sayı : 113
Veteranlar Təşkilatı “Tariximizin şanlı səhifələri” adlı layihə həyata keçirir 2020-10-20 12:45:43 Zaman jurnalistikaya yeni baxış tələb edir 2020-10-20 08:10:22 Erməni komandirlər və vəzifəli şəxslər zərərsizləşdirildi 2020-10-20 08:00:35 "Ermənistan ordusu cəbhə boyu təslim olur" - Rufiz Qonaqov 2020-10-20 07:55:13 Elçin Əmirbəyovdan terror xəbərdarlığı 2020-10-20 07:45:49 Prezident İlham Əliyev TASS informasiya agentliyinə müsahibə verdi 2020-10-20 07:35:04 Braziliya telekanalında Azərbaycana həsr edilmiş proqram efirə gedib 2020-10-20 07:30:42 Helsinkidə “Qarabağ Azərbaycandır!” adlı tədbir keçirilib 2020-10-19 12:45:41 Ermənilər Suqovuşan su anbarında bütün avadanlıqları yararsız hala salıb 2020-10-19 09:35:46 “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə gerçəkləşdirilib 2020-10-19 08:45:05 MN: Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir 2020-10-19 08:20:31 Əsir Ermənistan hərbçiləri onlara göstərilən münasibətə və davranışa görə minnətdarlıq edib 2020-10-19 07:10:53 Prezident Xudafərin körpüsünün azad olunmasını rəsmən elan etdi 2020-10-19 07:00:11 Təcavüzkar Ermənistanın çirkin niyyəti iflasa uğradı - Musa Qasımlı 2020-10-18 13:50:24 İsterika, xaos və işlək “yalan maşını” – Ermənistanın gerçək halı… 2020-10-18 13:35:28 "Ermənistan tərəfdən müsbət addım görmürük" - Fərid Şəfiyev 2020-10-18 13:20:34 Birinci vitse-prezident Mehriban Əliyeva: Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz! 2020-10-17 18:55:57 Prezidentin köməkçisi: Beynəlxalq ictimaiyyəti Ermənistanın cinayət əməllərini kəskin şəkildə qınamağa çağırırıq 2020-10-17 18:55:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. 2020-10-17 12:45:00 “Ermənistan bir daha terrorçu dövlət olduğunu nümayiş etdirdi” 2020-10-17 08:20:42 Qoşunlarımız cəbhənin müxtəlif istiqamətlərində irəliləyib 2020-10-17 08:10:29 “Ermənistan mülki əhaliyə qarşı hücumlarını davam etdirir” 2020-10-17 07:50:19 Azərbaycan XİN Gəncə qətliamı ilə bağlı bəyanat yaydı 2020-10-17 07:45:21 İqor Korotçenko: Azərbaycan ordusu XXI əsrdə müharibə aparılması nümunəsi göstərdi 2020-10-16 17:15:29