CƏMİYYƏT
A- A A+

Varşavanın Lazarski Universitetində “Azərbaycan günü”

2015-12-18 09:50:07

Varşava şəhərindəki Lazarski Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən Azərbaycanı tanıtmaq və təbliğ etmək, ölkəmizlə bağlı məlumatları xaricdən olan gənclərə düzgün çatdırmaq məqsədilə universitetdə “Azərbaycan günü” adlı tədbir keçirilib

Azərbaycanın Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 100 nəfərdən çox yerli və xarici tələbə, o cümlədən müəllim-professor heyəti iştirak edib.

Universitetin tələbələri Fəridə Sadıqova, Riyad Quliyev, Aytən Xanbəyli, Kərim Nağıyev və müəllimə Humay Mirzəzadə təqdimatlarla çıxış edərək Azərbaycanın tarixi, qədim və zəngin mədəniyyəti, ölkəmizdə müxtəlif din nümayəndələrinin sülh şəraitində yaşamaları barədə məlumat veriblər. Azərbaycanın son illər ərzində qazandığı uğurlara dair bir neçə videoçarx nümayiş etdirilib, tələbələrin ifasında Azərbaycan milli rəqsindən nümunələr göstərilib.

Tədbirdən sonra iştirakçılar Azərbaycanın milli xörəklərini və şirniyyatlarını dadıblar. Onlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.

Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşlarının iştirak etdikləri tədbirin təşkili üçün diplomatik nümayəndəliyimiz lazımi kömək göstərib.


Kateqoriya : CƏMİYYƏT Baxış sayı : 1029

QHT və MEDİA

2019-06-25 07:40:37

QHT və MEDİA
Ağdama qayıdanda bəs siz harada olacaqsı...
Ağdama qayıdanda bəs siz harada olacaqsı...

O şəkillərə məndə baxdım. Ağdamımın saralmış şəkillərini deyirəm. Bir ağdamlı...

2019-06-24 22:05:53

QHT və MEDİA
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...
Azay Quliyev: "QHT-lər bizi şantaj etmək...

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Q...

CƏMİYYƏT

2019-06-24 08:50:09

CƏMİYYƏT
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...
UNESCO jurnalının “Dünya irsi Azərbaycan...

Ölkəmizə həsr edilmiş xüsusi buraxılışda UNESCO baş direktoru Odri Azuleyin,...

2019-06-20 07:30:53

CƏMİYYƏT
Hərbi cinayətkarların cəzasız qalması mü...
Hərbi cinayətkarların cəzasız qalması mü...

Onun Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verm...

İQTİSADİ

2019-06-24 07:45:46

İQTİSADİ
İqtisadçı ekspert: Son artımlardan sonra...
İqtisadçı ekspert: Son artımlardan sonra...

Prezident İlham Əliyev iqtisadi inkişaf, neft və qaz sektorundan əldə olunan ...

2019-06-20 07:25:35

İQTİSADİ
Elman Nəsirov: Son sərəncamlar bir daha ...
Elman Nəsirov: Son sərəncamlar bir daha ...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahını...