2020-09-17 09:45:10 | QHT VƏ MEDİA
Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür

.

Ermənistan Livandan Azərbaycanın işğal olunmuş ərazilərinə erməni ailələrini deyil, yaxşı təlim keçmiş erməni silahlılarını köçürür.

Bunu Trend-ə ərəb araşdırmaçı jurnalist, Cənubi Qafqaz üzrə ekspert Əbdül-Həmid Qutub deyib.

Onun sözlərinə görə, Livan erməniləri 1970-1980-ci illər vətəndaş müharibəsi zamanı müsəlman ərəblərə, eləcə də digər azlıqlara qarşı mübarizədə vacib rol oynayıb.

O qeyd edib ki, təxminən bütün Livan erməniləri hərb işini yaxşı öyrənib və sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülmüş “ailələr” arasında dəstələr yaratmaq, şəhər və dağ landşaftı şəraitində döyüş əməliyyatları keçirmək bacarıqlarına malik təcrübəli erməni silahlılarının sayı az deyil.

Ekspertin sözlərinə görə, bu barədə az adam yazsa da, Azərbaycanın işğal olunmuş ərazilərinə ermənilər təkcə Livan və Suriyadan köçürülmür: “Vaxtilə Misir ermənilərinin də Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi hazırlıq keçməsi barədə sənədli faktlar mövcuddur”.

Ə.H.Qutub bildirib ki, bu faktı yerli nəşrlərin birində jurnalist işləyən Misir ermənisi Üsamə Eidanın çəkdiyi sənədli videokadrlar təsdiq edir. Bu kadrlarda Misir ermənilərinin Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazilərində hərbi düşərgələrdə təlim keçdiyi görünür.

O, həmçinin qeyd edib ki, Ermənistan Livan ermənilərinin ailələrini Azərbaycanın işğal olunmuş ərazilərinə Ermənistanla “xristian həmrəyliyi” göstərən Livan hökumətinin dəstəyi ilə köçürür: “Bütün bunlar regionun demoqrafik tərkibinin dəyişdirilməsinə yönəlib”.

Ekspert vurğulayıb ki, BMT qətnamələrinə əsasən, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməlidir, amma buna baxmayaraq, bu ölkənin hakimiyyəti erməni diasporunun dəstəyi ilə bu qətnamələri icra etmir. Bu da düşünməyə əsas verir ki, nüfuzlu beynəlxalq təşkilat erməni diasporunun girovuna çevrilib: “Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq hüququn, o cümlədən də BMT qətnamələrinin öldüyü və ya dəfn olunduğu yerdir”.

Ərəb ölkələrinin mövqeyinə gəldikdə, Ə.H.Qutub bildirib ki, ərəb ölkələri tərəddüdsüz şəkildə İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Azərbaycanla həmrəyliyini nümayiş etdirməlidir: “Təəssüf ki, bu gün heç bir ərəb ölkəsi Azərbaycanla lazımi həmrəylik göstərmir. Ərəb ölkələri Azərbaycanla həmrəylik və qardaşlıq nümayiş etdirən Türkiyəni nümunə götürərək real dəstək göstərməlidir”.

Ekspert hesab edir ki, ərəb ölkələrinin hökumətləri Azərbaycanla bütün məsələlərdə sıx əməkdaşlıq etməlidir, amma Azərabaycan da öz növbəsində ərəb ölkələrində öz diasporunu fəallaşdırmalıdır.

Baxış sayı : 113
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16