2020-09-17 09:05:16 | QHT VƏ MEDİA
Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyində Qarabağ dərdi var. Bu dərdi özləri ilə dünyanın dörd bir yanına aparan soydaşlarımız Qarabağı unutmur və unutdurmur. Xüsusilə, ziyalılarımız hər bir imkandan istifadə edərək Azərbaycan həqiqətlərini yaşadıqları ölkənin ictimaiyyətinə və dünyaya çatdırmağa çalışırlar

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, belə ziyalılarımızdan biri də İsveç Krallığında fəaliyyət göstərən Mərkəz partiyasının və Partille şəhər bələdiyyəsinin üzvü Turan Əliyevdir. Turan Əliyev deyir ki, Ermənistanın silahlı qüvvələrinin Tovuz təxribatı, dinc sakinlərimizin və hərbçilərimizin şəhid olması bütün dünyada yaşayan soydaşlarımız kimi İsveçdəki həmyerlilərimizi də hiddətləndirib. Onlar ordumuzun işğalçı Ermənistanın təxribatının qarşısını qətiyyətlə almasından, onlara sarsıdıcı zərbələr vurmasından, bir azərbaycanlı olaraq çox qürurlanıblar: “Son illərdə işğalçı dövlətin yalnız səngərdə deyil, həmçinin diaspor sahəsində də məğlub olması xaricdəki erməni diasporunu qəzəbləndirdi. Soydaşlarımızın birlik və həmrəylik göstərməsi, Qarabağ həqiqətləri və Tovuzda törədilən təxribat haqqında yaşadıqları cəmiyyəti, eləcə də həmin ölkələrin ictimai-siyasi təşkilatlarını, dövlət strukturlarını, həmçinin beynəlxalq qurumları düzgün məlumatlandırması, erməni yalanlarını, onların məkrli planlarını ifşa etməsi düşmən üçün gözlənilməz oldu. Soydaşlarımızın fərqli ölkələrdə dövlətimizə, ordumuza, xalqımıza dəstək məqsədilə keçirdiyi dinc, icazəli, sivil mitinqlərə əvvəlcədən planlı şəkildə hazırlanmış hücumların başlıca səbəblərindən biri də bu oldu.

Azərbaycanın hüdudlarından kənarda yaşayan həmyerlilərimiz demək olar bütün sahələrdə yüksək nailiyyətlər əldə edir, bu isə gələcəkdə daha güclü diaspor deməkdir. Biz vətəndən uzaqda bir gün də olsun Qarabağı unutmuruq və unudulmağa qoymamalıyıq. Xaricdə yaşayan hər bir azərbaycanlı çalışdığı sahədən asılı olmayaraq Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ həqiqətlərini təbliğ etməli, işğalçı ölkənin diasporunun yaydığı yalanları ifşa edib, diaspor və lobbiçilik sahəsində fəal olmaqla Azərbaycanı layiqincə təmsil etməlidir”.

“Dağlıq Qarabağın və ətraf rayonların 30 ilə yaxındır təcavüzkar Ermənistan dövlətinin işğalı altında qalması hər bir azərbaycanlı kimi, biz borçalıların da ağrısı-acısıdır”. Bu sözləri isə Gürcüstanda yaşayan azərbaycanlı rəssam, UNESCO Ümumdünya Rəssamlar İttifaqının üzvü Rizvan İsmayıl bildirib. O deyib: “Biz borçalılar Azərbaycanın ərazi bütövlüyünü, haqlı mövqeyini dəstəkləyir və bunu zaman-zaman mitinqlərdə, toplantılarda bəyan edirik. Mən şəxsən bir rəssam kimi dəfələrlə bu mövzuda təşkil olunan sərgilərə qatılmışam, "Xocalının göz yaşları" adlı əsər işləmişəm və həmin əsəri Xocalı soyqırımı ilə bağlı keçirilmiş tədbirlərin birində yerli cəmiyyətə hədiyyə etmişəm.

İllərdir səbir kasası dolmuş azərbaycanlıların hiddət və qəzəbi Ermənistanın Tovuz hücumları ilə son həddə çatdı. Xüsusilə, Azərbaycan ordusunun yüksəkrütbəli hərbçiləri - general Polad Həşimov və polkovnik İlqar Mirzəyevin, eləcə də zabit və əsgərlərimizin şəhid olması bizi dərindən sarsıtdı.

Azərbaycan Ordusunun qətiyyətli cavabından sonra düşmənin öz qınına çəkilməsinə baxmayaraq, biz torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün bərpası üçün yumruq kimi birləşməliyik.

Biz borçalılılar Azərbaycan dövlətinin və ordusunun yanındayıq. Bizim Bolnisinin Zol Güvec kəndində Qarabağda həlak olmuş Elşən Məmmədov adlı şəhidimiz var. Bu, o deməkdir ki, mənəvi cəhətdən hər zaman milli dövlətimiz Azərbaycanın yanındayıq, lazım gələrsə qanun çərçivəsində torpaqlarımızın azadlığı üçün mübarizə aparmağa da hazırıq. Qələbə yaxındadır. Çünki biz haqlıyıq. Haqqımızı sübut etmək üçün də birliyimizi möhkəmləndirməliyik. Damarlarımızda axan Şah İsmayılın, Cavad Xanın, Mübariz İbrahimovun, Polad Həşimovun və minlərlə igid şəhidimizin saf və qeyrətli qanı bizdən bunu tələb edir”.

Almaniyanın Rostock Universitetinin Texniki termodinamika kafedrasının elmi işçisi, texnika elmləri namizədi Cavid Səfərov hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı özünün kəskin mövqeyi ilə yerli insanlar arasında xalqımızın haqq səsini hər zaman məqamı düşdükcə diqqət mərkəzinə gətirməlidir: “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xarici ölkələrdə yaşayan ziyalılarımız yaşadıqları yerlərdə ictimaiyyətlə daha sıx əlaqədə olmalı, Azərbaycanın həmin ölkədəki səfirlikləri, dövlət təşkilatları və ictimai cəmiyyətlərlə birlikdə müxtəlif siyasi, mədəni tədbirlər, görüşlər keçirməli, regionda baş verən hadisələr barədə həqiqətləri yerli insanlara dəqiq və düzgün çatdırmalıdırlar. Yerli mətbuatda, televiziya kanallarında Azərbaycan, Dağlıq Qarabağ problemi haqqında danışmalı, Azərbaycan dövlətinin siyasi kursuna uyğun təbliğat işi aparmalıdırlar. Biz də çalışırıq fəaliyyətimizi buna uyğun quraq”.

Baxış sayı : 54
Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş virtual sərgi keçiriləcək 2020-09-23 08:40:50 Rəcəb Tayyib Ərdoğan: Ermənistan Cənubi Qafqazda sülhə və sabitliyə ən böyük maneədir 2020-09-23 08:25:07 Xarici media Dağlıq Qarabağa PKK terrorçularının gətirilməsndən yazıb 2020-09-23 07:05:11 Ölkə vətəndaşlarının təlim toplanışlarına böyük ruh yüksəkliyi ilə qatılması dövlətimizə olan inamın bariz nümunəsidir 2020-09-23 06:40:28 Bütün dünya bilir ki, Azərbaycan qısa bir zamanda öz torpaqlarını azad etməyə qadirdir! 2020-09-23 06:25:35 Türkiyə və Azərbaycan prezidentləri arasında telefon danışığı oldu 2020-09-22 20:45:23 Ermənistanda məktəb dərsliklərində tarix saxtalaşdırılaraq azərbaycanlılara nifrət aşılanır 2020-09-22 09:30:46 “Karabakh is Azerbaijan!" Milli Platformasının xaricdəki koordinatorlarının ilk videokonfransı keçirilib 2020-09-22 08:25:47 “Qafqazın geosiyasəti: Dağlıq Qarabağ münaqişəsi” 2020-09-22 08:10:06 Ombudsman növbəti erməni təxribatına dair beynəlxalq təşkilatlara müraciət etdi 2020-09-22 07:15:21 Mövlud Çavuşoğlu: "Azərbaycanın haqlı mübarizəsində daim yanındayıq" 2020-09-22 06:55:23 "Ermənistanın baş naziri danışıqların mahiyyətini məqsədyönlü şəkildə pozur" 2020-09-21 22:00:16 “Dağlıq Qarabağla bağlı informasiyaların dünyaya çatdırılması işi davamlı aparılmalıdır ” 2020-09-21 15:15:07 Gürcüstan saytları Prezident İlham Əliyevin Ermənistanın təxribatları ilə bağlı fikirlərinə geniş yer ayırıb 2020-09-21 09:50:59 Məhəbbət Paşayeva: Qafqaz Albaniyası Azərbaycanın qədim dövlətidir və bu dövlətin varisləri biz azərbaycanlılarıq 2020-09-21 09:45:18 “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir” 2020-09-21 09:15:08 QHT “Aztəminatlı əlil, şəhid və müharibə veteranları ailələrinə sosial yardımların təşkili” layihəsinin icrasına başlayıb 2020-09-21 09:05:02 Səbinə Kərimova: “Müharibəyə hazırlaşan Ermənistan üçün nəticələr çox ağır olacaq” 2020-09-21 08:55:59 “Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16