2020-09-16 10:55:00 | İQTİSADİYYAT
Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq

.

Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq və ölkəmizin yeni inkişaf dinamikasını tam təmin edəcək.

Bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirakı bir daha göstərir ki, yeni təhsil sisteminin yaradılmasına yönəlikli islahatlar uğurla davam edir:

“Ölkənin yeni inkişaf dövrünü səciyyələndirən əsas cəhət ondan ibarətdir ki, savadlı, bacarıqlı, hazırlıqlı kadrlar iqtisadi yüksəlişin əsasını təşkil edən yeni texnologiyaları yaradan və tətbiq edən yaradıcı şəxsiyyət kimi formalaşdırılırlar. Yüksək peşə təhsili, elmi nailiyyətlərdən səriştəli istifadə iqtisadi inkişafı şərtləndirən əsas amillərdəndir. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatın bütün prioritet sahələrinə sərmayə yatıran ölkə olmaqla yanaşı, həm də yüksək keyfiyyətli sənayə və kənd təssərrüfatı malları ixracaatçısına çevrilməkdədir.

Ölkəmizin idxaldan asılılığını azaltmaq, qeyri-neft sektoronu inkişaf etdirmək, əlbəttə, həyata keçirilən düşünülmüş islahatların nəticəsi kimi özünü aydın şəkildə biruzə verməkdədir. Yerli yeni xammal mənbələrinin aşkar edilməsi, yeni istehsal sahələrinin yaradılması həm daxili təlabatın ödənilməsinə, həm də ixracın artırılmasına geniş imkanlar yaradır.

Təsadüfi deyil ki, Peşə Təhsili Mərkəzinin açılışında cənab İlham Əliyev bir məsələni xüsusi olaraq vurğulamışdır: “Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq. İndi əsas işimiz ondan ibarətdir ki, baxmalıyıq, harada bizdə idxaldan asılılıq daha böyükdür və bunu əvəzləmək mümkündürsə, bunun üçün xammal varsa, yaxud da texniki-iqtisadi əsaslandırma buna imkan verirsə, mütləq həmin sahələrə böyük diqqət göstərilməlidir”.

Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitin nəticəsidir ki, həm Azərbaycan şirkətlərinin, həm də xarici şirkətlərin məmmunluqla yeni istiqamətlər üzrə böyük biznes layihələri ilə çıxış edirlər. Qeyd edildiyi kimi, bunun üçün həddən ziyadə çox iş görülmüşdür. Yol infrastrukturu yenidən qurulmuş, respublikanın 95% qazlaşdırılmış, fasiləsiz elektrik enerjisinə tələbat və sahibkarlığın inkişafına dövlət tərəfindən maliyyə dəstəyi təmin edilmişdir.

Bütün bunlar imkan verir ki, ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsal sahələri yaradılsın. Amma əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Bu işlər bundan sonara daha da sürətləndirilməlidir. Çünki Azərbaycanda həyata keçirilən davamlı və məqsədyönlü islahatlar, həmçinin beynəlxalq neft-qaz və nəqliyyat layihələri bunun üçün real zəmindir”.

Baxış sayı : 322
Zəngilanın Sarılı Xəştab kəndi - VİDEO 2021-06-21 08:50:01 Azərbaycanlı şərqşünasın Zəngəzur dəhlizi haqqında məqaləsi ərəb KİV-lərində dərc olunub 2021-06-21 08:20:08 Ermənistanda seçki pozuntuları barədə prokurorluqdan açıqlama 2021-06-21 07:55:47 İsraildə Ermənistanın müharibə cinayətləri əleyhinə aksiya keçirilib 2021-06-21 07:55:07 Ermənistan düşmənçilik münasibətlərindən əl çəkməli və qonşularla yaxşı münasibət qurmağa başlamalıdır - Türkiyə XİN 2021-06-21 06:50:29 Azad edilmiş ərazilərdə aeroportların tikintisi üçün idxal olunan bəzi mallar gömrük rüsumundan azad edilib 2021-06-20 10:40:35 Şuşa Bəyannaməsi Azərbaycan və türk diasporlarının birgə fəaliyyəti üçün ciddi hüquqi əsaslar yaradıb - Fuad Muradov 2021-06-20 08:50:44 Yeni Zəngəzur Dəhlizi regional inkişaf fürsətlərini ortaya çıxaracaq 2021-06-20 07:45:17 Milli Qəhrəmanımızın məzarı ziyarət olundu 2021-06-19 20:45:51 Azərbaycan Prezidentinin köməkçisi Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən paneldə çıxış edib 2021-06-19 11:25:19 Gürcü ekspert: Türkiyə Prezidentinin Şuşaya səfəri regionda yaranmış yeni reallıqların göstəricisidir 2021-06-19 08:10:32 Leyla Abdullayeva beynəlxalq insan hüquqları təşkilatlarına çağırış edib 2021-06-19 07:30:24 Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması məsələləri müzakirə edilib 2021-06-18 21:25:41 Azərbaycan-Rusiya xalqlarının dostluq əlaqələri möhkəmlənir 2021-06-18 21:10:30 Nüvədi kəndinin sakinləri dünya birliyinə müraciət ediblər 2021-06-18 14:15:57 “Səhnədən səngərə” layihəsi şəhid Zamin Rəhimov haqqındadır 2021-06-18 09:40:52 Ukraynalı hərbi jurnalist: Mülki şəxslərin mina partlayışı nəticəsində həlak olmasının məsuliyyəti Ermənistan üzərinə düşür 2021-06-18 09:35:17 Siyasi ekspert: Şuşa Bəyannaməsi Robert Köçəryanın təxribatçı çıxışlarına öldürücü zərbədir 2021-06-18 08:55:15 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 2021-06-18 07:40:22 Ermənistan çətin durumda: Yeni reallıqlar beynəlxalq güclər tərəfindən qəbul edilir 2021-06-18 07:35:18 Ana dilimizin tədqiqinə töhfə 2021-06-17 18:15:50 Regionda təhlükəsizliyi təmin etmək üçün yeni güc platformasının yaranması zəruri idi- Əkrəm Bəydəmirli 2021-06-17 10:15:40 Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” nəşrini təqdim edib 2021-06-17 10:00:49 “Cənubi Qafqazda uzunmüddətli sülh istiqamətində işləməkdə qətiyyətliyik” 2021-06-17 09:15:42