2020-09-16 09:40:49 | AKTUAL
Ukraynalı deputat: Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır

.

Dağlıq Qarabağ regionunun qeyri-qanuni məskunlaşdırılması siyasəti beynəlxalq hüququn açıq-aşkar pozulmasıdır və bu onu göstərir ki, Ermənistan özünün belə hərəkətləri ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlara qəsdən ziyan vurur. Beləliklə, Ermənistan yaranmış vəziyyətin dinc yolla nizamlanmasında maraqlı olmadığını göstərir.

Ukrayna Ali Radasının deputatı Vladimir Kreydenko AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Ermənistanın hakimiyyət orqanları Dağlıq Qarabağ ərazisinin qeyri-qanuni şəkildə məskunlaşdırılmasını Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinə istinadla izah edə bilərlər. Həmin maddədə deyilir ki, hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Lakin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin normalarını genişləndirən və izah edən Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt adlı sənəd də mövcuddur. Məsələn, həmin Paktın 12-ci maddəsində göstərilir ki, hansısa dövlətin ərazisində qanuni olan hər bir kəs bu ərazinin hüdudları daxilində sərbəst hərəkət etmək və yayış yerini sərbəst seçmək hüququna malikdir. Bu maddənin mətnindəki “qanuni” kəlməsi açar sözdür. Yəni, Azərbaycan ərazisinə köçürülənlər Azərbaycanda qüvvədə olan bütün qanuni qaydalara riayət etməyə borcludurlar, çünki Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisidir.

Ukrayna Ali Radasının deputatı daha sonra deyib: “Bu köçkünlər anlamalıdırlar ki, Dağlıq Qarabağın ərazisi Azərbaycan hökumətinin idarəsi altına qaytarılanda köçkünlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq özlərinin həmin ərazidə olmalarını lazımi şəkildə qanuniləşdirməyə borclu olacaqlar, əks halda onlar deportasiya edilə bilər.

Mən beynəlxalq təşkilatları Dağlıq Qarabağ ərazisində qeyri-qanuni fəaliyyətin, o cümlədən bu regionun qeyri-qanuni şəkildə məskunlaşdırılmasının qarşısını almaq üçün müvafiq addımlar atmağa çağırıram. Münaqişə tərəfləri bu münaqişənin tezliklə başa çatması və bütün fikir ayrılıqlarının nizamlanması üçün beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməlidirlər. Ukrayna Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış sərhədləri daxilində onun ərazi bütövlüyünü, toxunulmazılığının və suverenliyinin tərəfdarı olaraq qalır”.

Baxış sayı : 127
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00