2020-09-16 08:20:59 | AKTUAL
Ermənistanda azərbaycanlılara məxsus minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib - Yaqub Mahmudov

Erməni millətçilərinin indiki Ermənistan ərazisində azərbaycanlılara məxsus mənəvi sərvətlərə qarşı davamlı olaraq həyata keçirdikləri soyqırımı nəticəsində minlərlə tarixi ad dəyişdirilərək erməniləşdirilib

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov deyib.

Onun sözlərinə görə, ilk mənbələr, o cümlədən arxiv sənədləri indiki Ermənistanda azərbaycanlılara məxsus yaşayış məntəqələrinin adlarının və digər toponimlərin dəyişdirilməsi prosesinə ilk dəfə 1919-cu ildə - Azərbaycan ərazisində erməni dövləti yaradıldıqdan (1918) dərhal sonra Ermənistan Respublikası hökumətinin qərarı ilə başlanıldığını sübut edir. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə daxili işlər nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılmışdı. 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra da Azərbaycan toponimlərinin erməniləşdirilməsi prosesi davam etdirilib. 1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin adı dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. 1988-ci ilin avqust ayınadək indiki Ermənistan ərazisində 521 Azərbaycan yaşayış məskəninin adları dəyişdirilib. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirildikdən sonra Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1991-ci il 9 aprel tarixli fərmanı ilə 90 yaşayış məntəqəsinin, 1991-ci il 8 avqust tarixli fərmanı ilə 16 yaşayış məntəqəsinin, Ermənistan parlamentinin 2006-cı il 4 iyul tarixli qərarı ilə isə əvvəllər azərbaycanlılara məxsus olmuş 31 yaşayış məntəqəsinin adları dəyişdirilərək erməniləşdirilib.

Ermənistan ərazisində çay, göl və dağ adlarının dəyişdirilməsi prosesi sovet hakimiyyəti illərində mütəmadi olaraq davam etdirilib. Məsələn, Göycə gölü “Sevan”, Zəngi çayı “Hrazdan”, Arpaçay “Axuryan”, Ələyəz dağı “Araqats”, İşıxlı dağı “İşxanasar”, Ağbaba dağı “Qukasyan”, Dərəçiçək yaylağı “Tsaxkadzor” adlandırılıb. Bundan başqa, uzun tarixi dövr ərzində “Valarşahabad” kimi işlənən toponim erməni ədəbiyyatında təhrif olunaraq “Vağarşabad” formasına salınıb. Erməni dilində heç bir izahı olmayan “Valarşahabad” toponimi Arşakilər sülaləsindən olan Sanatürkün oğlu Valar şahın adı ilə bağlıdır:

"Azərbaycan toponimlərinin erməniləşdirilməsi əsasən aşağıdakı qaydada həyata keçirilib:

1) İlk növbədə azərbaycanlıların soykökü, onların tarixi keçmişi ilə bağlı olan yaşayış məskənlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Bayandur - Vağadur, Sərdarabad - Hoktember və s.

2) Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Daşqala - Karaberd, Dərəçiçək - Tsaxkadzor və s.

3) Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” pərdəsi altında dəyişdirilib. Məsələn, Sultanabad - Şurabad, Aşağı Necili - Sayat Nova və s.

4) Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin erməniləşdirilmiş adla əvəz edilib. Məsələn, Ələyəz - Araqats, Gabud - Kapuyt və s.

5) “Yuxarı”, “Aşağı”, “Böyük”, “Kiçik” sözləri ilə başlanan Azərbaycan yaşayış məntəqələrinin adlarında bu sözlər ermənicə, yəni müvafiq olaraq “Verin”, “Nerkin”, “Mets”, “Pokr” şəklində verilib. Bununla elə təəssürat yaratmağa çalışmışlar ki, guya dəyişdirilən adlar erməni mənşəlidir. Məsələn, Nerkin Zeyvə - Hartaşen, Mets Kəpənəkçi - Musaelyan və s."

Baxış sayı : 131
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00