2020-09-15 16:35:08 | MÜSAHİBƏ
Cəlil Xəlilov: Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində şanlı hadisələrdən biridir

.

Sentyabrın 15-i Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 102-ci ildönümüdür. Heç şübhə yoxdur ki, 102 il əvvəl Azərbaycanın və Türkiyənin birgə ordusu tərəfindən Bakının erməni-bolşevik dəstələri tərəfindən azad edilməsi təkcə Azərbaycanın deyil, türk dünyasının tarixində mühüm hadisədir. Çünki məhz bu hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü, Cümhuriyyətin öz fəaliyyətini və mübarizəsini davam etdirməsi üçün əlverişli şərait yarandı. Bakının azad edilməsi ilə Cümhuriyyətin formalaşması yolundakı ən böyük maneə aradan qaldırıldı.

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Bakının işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən şanlı hadisələrindən biri olduğunu bildirən polkovnik deyib: “Sevindirici haldır ki, bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümünün qeyd olunduğu bir dövrdə Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasında bütün sahələrdə, eləcə də hərbi müstəvidə çox böyük inkişaf müşahidə edilir. Bu da həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Son illər Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin sayının artması, iki dövlətin hərbi-siyasi xadimlərinin qarşılıqlı səfərləri, bu səfərlər zamanı əməkdaşlığın bütün sahələrinin inkişafı ilə bağlı əldə edilən razılaşmalar Azərbaycan-Türkiyə qardaşlığının gələcəkdə yeni zirvələrdə qərarlaşacağını göstərir”.

C. Xəlilov deyib ki, iki il əvvəl Azərbaycan paytaxtında Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakı, həmin coşqu və sevgi, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaq. Cümhuriyyətin qurulmasının 100-cü ildönümü münasibətilə Bakıda keçirilmiş hərbi paradda türk ordu birliklərinin iştirakı, bu yaxınlarda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizdə birgə hərbi təlimlərinin keçirilməsi təkcə tarixi xatırlatmadı, eyni zamanda, əməkdaşlığın böyük perspektivinin olduğunu göstərdi.

“Biz 102 il əvvəl Bakının və eləcə də Azərbaycanın digər torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan türk və Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyir, onları dərin hörmət və ehtiram hissi ilə anırıq. O zamanlar Bakı uğrundakı döyüşlərdə tökülən qanlar bir daha sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəli və əbədidir. Biz 102 il öncə olduğu kimi, bundan sonra da düşmənlərimizə qarşı birgə mübarizə aparacaq, tarixin bütün sınaqlarından birgə çıxacağıq”, - deyə polkovnik C .Xəlilov vurğulayıb.

Baxış sayı : 58
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00