2020-09-15 06:50:51 | AKTUAL
“Qanunsuz məskunlaşma Ermənistanın danışıqlar prosesini pozmaq cəhdidir”

.

Ermənistan Dağlıq Qarabağda qeyri-qanuni məskunlaşdırma siyasəti yürüdür. Bu sözləri "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mehriban Abdullayeva deyib.

İctimai birlyin sədri vurğulayıb ki, bu qeyri-qanuni məskunlaşdırma siyasəti zaman-zaman davam etdirilib və indi də Livanda, Beyrutda baş verən partlayışdan, insanların fəlakətlərindən, faciələrindən istifadə edərək bu qeyri-qanuni məskunlaşma strategiyasını Ermənistan işə salıb və artıq bir neçə ailə də işğal altındakı torpaqlarımızda məskunlaşdırılıb, hansıki, bunun qarşısı qəti şəkildə alınmalıdır.

“Ümumiyyətlə, tarixən Azərbaycan torpaqlarında məskunlama hesabına bir zaman Ermənistan kimi bir dövlət yaradılıb və indi də Azərbaycan ərazilərini zəbt etməklə, işğal etməklə, sonra da həmin ərazilərdə erməni əsillilərin qeyri-qanuni məskunlaşdırılması cəhdi ilə ikinci bir erməni dövləti yaratmaq niyyəti göz qabağındadır. Amma, olkə başçısı, Cənab Prezident İlham Əliyevin də yaxın zamanda qeyd etdiyi kimi, ermənilərin Azərbaycan torpaqlarında ikinci bir Ermənistan dövləti yaratmasına imkan verilməyəcək. Azərbaycanın işğalçıların müvəqqəti də olsa işğalında saxlanılan torpaqları, danışıqlar vasitəsi ilə olmasa, hərbi yolla azad ediləcək. Ermənistanın nə qədər hiyləgər siyasət yürütsə də, hərhansı məkrli əməllərə əl atsa da, Daqlıq Qarabağ bağışlanılan deyil və əzəli, əbədi Azərbaycan torpağı olaraq işğal edilən ərazilər işğaldan azad edilmlidir.

Məsələ burasındadır ki, az qala 30 ildir ki, münaqişənin həlli vəzifəsini üzərinə götürən ATƏT-in Minsk Qrupu həll istiqamətində bir dənə də olsun müsbət nəticə əldə etməməsi bir tərəfə, bu qeyri-qanuni məskunlaşma siyasətinə də həmsədrlər biganə münasibət sərgiləyirlər. Əslində, bu təşkilat çoxdan bu məsələni həll etməli idi, amma üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək istəmir. ATƏT-in Minsk Qrupunun qınaq obyekti olması üçün bu fakt özü yetərli idi. Yəni, 30 ilə yaxın bir müddətdə münaqişənin həlli istiqamətində heç bir nəticə hasil etməyən bir qurum qınağa layiqdir. İndi üstəlik, bu təşkilatın indiyə qədər hansısa bir nəticə əldə etməməsi bir yana, bu qrup bu məqamda da öz kəskin mövqeyini belə bildirmirsə, o zaman fəaliyyəti nədən ibarətdir və nəyə lazımdır?

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistanın işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma siyasəti ilə bağlı açıqlaması da ictimaiyyətin diqqət mərkəzindədir və bu heç şübhəsiz ki, sadalanan beynəlxalq qurumların, ələlxüsus məsələnin həllini vəzifə olaraq üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrlərinin də diqqətindən yayınmayıb. İşğalın ardınca da qanunsuz məskunlaşma Ermənistanın danışıqlar prosesini pozmaq cəhdini təsdiqləyir və bunu da beynəlxalq aləm, beynəlxalq qurumlar, demokratik, hüquqi təsisatlar yaxşı görürlər. Amma, görə-görə qınamırlar, təsiredici tədbirlər, sanksiyalar tətbiq etmirlər. Ermənistanın qınanılması, bu işğalçı ölkəyə öz qanunsuz əməllərinə görə təsiredici tədbirlərin, sanksiyaların tətbiq edilməsi üçün faktlar yetərincədir və indi də işğal altında saxladıqları ərazilərimizdə qanunsuz məskunlaşma siyasəti və bu istiqamətdə əməllərinin qarşısı həmin beynəlxalq təşkilatlar, xüsusilə, bu işlə məşğul olan ATƏT-in Minsk Qrupu tərəfindən qətiyyətlə alınmalıdır. Qeyd etdiyim kimi, qanunsuz məskunlaşma Ermənistanın danışıqlar prosesini pozmaq cəhdidir və bu cəhdin qarşısının alınması beynəlxalq təşkilatların, xüsusi olaraq, münaqişənin həllini vəzifə olaraq üzərinə götürən məhz həmin ATƏT-in Minsk Qrupunun üzərinə düşür”, deyə Mehriban Abdullayeva bildirib.

Baxış sayı : 107
“Qabarlı əllərin möcüzələri” 2020-09-20 14:35:26 “Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub 2020-09-20 08:00:26 Prezident İlham Əliyev: “Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” 2020-09-19 22:30:42 QHT sədri: “Tofiq Yaqublu məsələsində Azərbaycan dövləti 5-ci kolonun planını pozdu” 2020-09-18 19:45:54 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının təmsilçiləri diplomatik nümayəndəliklərlə görüşləri davam etdirirlər 2020-09-19 09:20:53 "Arşın mal alan"ın əbədi şöhrəti və erməni xəbisliyi - Üzeyir Hacıbəyli - 135 2020-09-19 08:15:16 Tural Gəncəliyev: Ermənistan Azərbaycana qarşı hərbi təcavüzünü gizlətmək üçün fikiryayındırıcı addımlar atır 2020-09-19 08:10:35 “Güllələnmiş qətl edilmiş Qarabağ mədəniyyəti: Şuşa filminin çəkilməsi” layihəsi start götürüb 2020-09-18 19:55:48 Üzeyir Hacıbəyliyə həsr olunmuş elektron məlumat bazası təqdim edilib 2020-09-18 18:30:45 İşğal olunmuş ərazilərimizdə abidələrin dağıdılması məsələsi daim gündəmdədir 2020-09-18 10:15:02 ABŞ-da Ermənistanın təcavüzündən bəhs edən proqram yayımlanıb 2020-09-18 09:05:25 Türkiyəli professor: Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılmasının qarşısı alınmalıdır 2020-09-18 07:45:56 Rusiya XİN-dən ermənilərin Azərbaycanın ərazilərinə köçürülməsinə münasibət 2020-09-18 07:15:36 Prezidentin köməkçisi sosial, iqtisadi, humanitar və demokratiya sahəsində fəaliyyət göstərən QHT-lərlə görüşüb 2020-09-18 06:20:43 “İrsimizin qorunması məsələsində hamını aktivliyə çağırıram” 2020-09-17 20:25:14 Qaydalara əməl et, özünü, yaxınlarını və cəmiyyəti qoru! 2020-09-17 18:00:39 “Repressiya” adlı yeni layihə çərçivəsində ilk sənədli film Mikayıl Müşfiqə həsr olunub 2020-09-17 09:55:10 Ərəb jurnalist: Ermənistan Livandan Qarabağa erməni ailələrini deyil, yaxşı təlim keçmiş silahlıları köçürür 2020-09-17 09:45:10 Yalnız səngərdə deyil, diaspor sahəsində də məğlubiyyət xaricdəki erməniləri qəzəbləndirib 2020-09-17 09:05:16 “Elmi nəticələr COVID-19-un sonunun yaxınlaşdığını əlamətləndirir” 2020-09-17 08:45:17 Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması bəyanat yaydı 2020-09-17 07:25:31 QHT layihə çərçivəsində İsmayıllıda tədbir keçirib 2020-09-16 17:45:27 QHT “Elektron kabinetdə uçot məlumatlarının dəyişdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirib 2020-09-16 17:15:36 Azərbaycanda görülmüş işlər onu postpandemiya dövrünə ən hazırlıqlı ölkələr sırasına çıxaracaq 2020-09-16 10:55:00