SİYASƏT
A- A A+

Yaponiyada Dağlıq Qarabağ problemi ilə bağlı konfrans

2015-12-17 09:15:25

Dekabrın 14-də Yaponiyanın Hokkaydo Universitetinin Slavyan Araşdırmalar Mərkəzində professor Uyama Tomohikonun rəhbərlik etdiyi "Hokkaydo Mərkəzi Avrasiya Konfransı"nın 121-ci sessiyası keçirilib

Tədbirdə "Dağlıq Qarabağ probleminə azərbaycanlı məcburi köçkünlərin və intellektualların mövqeyindən baxış" mövzusunda müzakirələr aparılıb.

Elmi konfransda çıxış edən Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti, Rusiya və Yaponiya arasında ciddi məsələ olan "Cənubi Kuril adaları" problemi ilə Dağlıq Qarabağ probleminin müqayisəli təhlilini aparan doktorant tələbə Əlibəy Məmmədov və həmin universitetin tədqiqatçı alimi, "Müstəqil Azərbaycanın siyasi-iqtisadi dəyişikləri" mövzusunda doktor dərəcəsi almış Taçibana Yu bu ilin sentyabrında Azərbaycana səfərləri zamanı apardıqları araşdırmanın nəticələrini analiz ediblər.

Araşdırmanın nəticələrini qiymətləndirmək üçün tədbirdə Yaponiyanın Doşişa Universitetinin professoru, ərazi problemləri, millətlərarası münaqişələr üzrə tədqiqatçı, elmi-tənqidçi Tsukimura Taro da iştirak edib.

Əlibəy Məmmədov qısa giriş nitqi söyləyərək Yaponiyada Azərbaycanın haqq səsinin, münaqişənin düzgün çatdırılmasında böyük işlər görülməsinə ehtiyac olduğunu qeyd edərək, bu ağır və məsuliyyətli yükü öz üzərinə götürməkdən məmnun olduğunu bildirib.

Əlibəy Məmmədov 2015-ci il sentyabr ayında Bakıda və Bərdədə 200 nəfər məcburi köçkünə və 10 nəfər azərbaycanlı intellektuallara qarşı keçirdiyi elmi sorğularının nəticələri haqqında geniş məlumat verib. O, bildirib ki, keçirdiyi sorğu nəticəsində Azərbaycan məcburi köçkünlərlə, intellektualların, siyasətçilərin və hökumətin mövqeyində demək olar ki, bir fərqə rast gəlməyib.

Bu ona əsas verir ki, Dağlıq Qarabağla bağlı Azərbaycan cəmiyyətində vahid bir mövqe mövcuddur. İqtidar, müxalifət, elm adamları və məcburi köçkünlərin mövqeyi, bütün vacib məqamlarda demək olar ki, üst-üstə düşüb.

Anketə cavab verənlərdən 33 faizi Şuşa, 27 faizi Ağdamdan olan məcburi köçkünlər olub.

Əlibəy Məmmədovun araşdırmasının nəticələrinə görə, məcburi köçkünlərin böyük əksəriyyəti Azərbaycanın bütün işğal olunmuş ərazilərin geri qaytarılmasını tələb ediblər. Sorğuda iştirak edənlərin 94 faizi (onlardan 61 faiz dərhal, 33 faiz hökumət tərəfindən yaşamaq üçün uyğun şərait yaradıldıqdan sonra) Dağlıq Qarabağ və ətraf rayonlara geri qayıtmağa hazır olduğunu vurğulayıblar.

Onların 87 faizi problemin həllinin ilkin mərhələsi olaraq, erməni qoşunların dərhal işğal olunmuş ərazilərdən çıxarılması şərtini irəli sürüblər.

Məcburi köçkün və intellektualların böyük əksəriyyəti sülh yolu ilə məsələnin həllinə tərəfdar çıxsalar da, Azərbaycanın hərb yolu ilə də öz torpaqlarını geri qaytarmaq hüququna sahib olduğunu dəfələrlə vurğulayıblar.

Konfransda Xocalı faciəsinə xüsusi toxunulub və bu hadisə əsrin ən ağrılı cinayətlərindən biri kimi pislənilib. Dağlıq Qarabağda, xüsusilə Şuşa və Xocalı şəhərlərinin, ətraf rayonlardan Ağdamın xüsusi əhəmiyyəti ayrıca vurğulanıb.

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komissiyasının sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun rəhbəri, millət vəkili, siyasətçi, professor Yaqub Mahmudov, Akademiyanın Qarabağ tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə görüşlərindən sitatlar gətirən Əlibəy Məmmədov bildirib ki, 2001-ci ildə Azərbaycan neftindən gələn ilk gəlirlər məhz məcburi köçkünlərin yaşam səviyyəsinin yaxşılaşdırılmasına sərf edilib. Bugünə qədər Azərbaycanda 93 yeni qəsəbə salınıb və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması üçün 5.1 milyard manat vəsait xərclənib. Bunun 2.3 milyardı Azərbaycanın dövlət büdcəsindən, 1.8 milyardı Neft Fondundan, 1 milyardı isə Azərbaycanda fəaliyyət göstərən humanitar təşkilatların vəsaitlərindən ayrılıb. Bunun nəticəsində 46 min ailə, o cümlədən, 230 min məcburi köçkünün həyat səviyyəsi kifayət qədər yaxşılaşdırılıb.

Bununla belə, Əlibəy Məmmədov vurğulayıb ki, məcburi köçkünlərin böyük əksəriyyəti onlara verilən yeni evlərdən razı qalsalar da, onları narahat edən böyük bir problem hələ də qalmaqdadır. Bu, doğma torpaqlara - Dağlıq Qarabağ və ətraf rayonlara nə vaxt dönəcəkləri problemidir. Hara getsək də eyni sualla üzləşirdik. Yurdumuza nə vaxt geri dönürük? 

İkinci çıxışçı Taçibana Yu isə Dağlıq Qarabağ problemin baş verməsinin səbəbləri, sülh danışığı prosesləri, Azərbaycan hökumətinin mövqeyi ilə bağlı ətraflı məlumat verib.

Taçibana Yu bildirib ki, bir neçə dəfə Azərbaycanda olub. Bu illər ərzində məcburi köçkünlərin vəziyyətlərinin gözə çarpacaq şəkildə yaxşılığa doğru dəyişdiyini vurğulayıb.

O Tirol modeli və Madrid prinsipləri haqqında da geniş məlumat verib.

Sonda hər iki çıxışçının elmi işlərini qiymətləndirən Tsukimura Taro qeyd edib ki, Yaponiyada bu mövzuda elmi araşdırmalar aparmaq böyük əhəmiyyət kəsb edir. Problemi yalnız siyasətçilərin deyil, yerli insanların, birbaşa problemdən əziyyət çəkən insanlardan öyrənmək çox önəmlidir. O, bundan sonra da bu mövzuda işlərin davam etdirilməsini xahiş edib.  

Taçiba Yu və Əlibəy Məmmədov bu işləri də daxil olmaqla növbəti işlərini də Yaponiyanın digər universitetlərində və xarici elmi konfranslarda da qaldıracaqlarını vurğulayıblar.


Kateqoriya : SİYASƏT Baxış sayı : 1111

QHT və MEDİA

2018-11-22 08:55:09

QHT və MEDİA
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşl...

Bunu noyabrın 21-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rə...

2018-11-21 09:35:25

QHT və MEDİA
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...
QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ...

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəh...

CƏMİYYƏT

2018-11-21 08:40:21

CƏMİYYƏT
"Belarusun Qarabağ məsələsinin həllində ...
"Belarusun Qarabağ məsələsinin həllində ...

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydı...

2018-11-19 18:35:16

CƏMİYYƏT
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...
Ramiz Mehdiyevin “Qriqorian kilsəsi Səfə...

Azərbaycan tarixinin, onun dövlətçiliyinin təşəkkülünün, Ermənistan-Azərbayca...

İQTİSADİ

2018-11-19 21:05:53

İQTİSADİ
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...
SOCAR-ın Daxili Təqaüdünü qazanmış tələb...

Fact-info.az-a verilən məlumata görə, tədbir SOCAR-ın gənclər siyasətinə həsr...

2018-11-11 10:00:35

İQTİSADİ
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...
Bakı-Tbilisi-Qars dəmir yolu Naxçıvana q...

Bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib. Səfiri...